/ / Pandemiyadan əziyyət çəkən bir sıra ölkələrə yardım göstərməsi Azərbaycanın humanist siyasətinin əyani göstəricisidir
Pandemiyadan əziyyət çəkən bir sıra ölkələrə yardım göstərməsi Azərbaycanın humanist siyasətinin əyani göstəricisidir
21.05.2020 [11:00]
Azərbaycan dövləti xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığa böyük əhəmiyyət verir. Bu prinsip pandemiya şəraitində də xarici ölkələrlə əlaqələrdə özünü aydın şəkildə göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, bütün dünyanı koronavirus pandemiyası bürüdüyü bir şəraitdə Azərbaycan pandemiyaya qarşı mübarizə ilə bağlı mühüm təşəbbüslərlə çıxış edib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin sədrliyi ilə Türk Şurasının və Qoşulmama Hərəkatının videoformatda Zirvə görüşlərinin keçirilməsi də buna nümunədir. Hər iki Zirvə görüşü məhz Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşdi. Zirvə görüşlərində koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı geniş müzakirələr aparıldı, müxtəlif fikir və təkliflər irəli sürüldü. Şübhəsiz ki, dünya ölkələrinin bu formatda əməkdaşlığı pandemiya ilə mübarizədə öz müsbət təsirini göstərməkdədir. Təsadüfi deyil ki, Zirvə görüşlərində iştirak edən ölkələrin başçıları, eləcə də, BMT-nin və Ümumdünya Səhiyyə Təşkilatının rəhbərləri Azərbaycan Prezidentinin pandemiya ilə mübarizə təşəbbüslərini yüksək qiymətləndiriblər. Bütün bunlar onu göstərir ki, Azərbaycanın bu beynəlxalq təşkilatlara sədrliyi formal xarakter daşımır, əksinə ölkəmiz çox fəal işlər aparır.
Deputat qeyd edib ki, pandemiya ilə mübarizədə Azərbaycan dünyada nümunə kimi təqdim olunur. Təsadüfi deyil ki, Azərbaycan bu məsələdə bəzi ölkələrə yardım da göstərib. “Mayın 19-da Azərbaycan Televiziyasına müsahibəsində Prezident İlham Əliyev bildirib ki, çətin gündə kimin imkanı varsa, kömək etməlidir, həyatda da, siyasətdə də. Dövlətimizin başçısı da müsahibədə ölkəmizin bu günə qədər bır sıra ölkələrə və beynəlxalq təşkilatlara yardım göstərdiyini deyərək vurğulayıb: “Biz təyyarələrlə yardımlar göndərmişik, yüzlərlə ton yardım göndərmişik. Azərbaycanda istehsal olunan dezinfeksiya vasitələri, qoruyucu vasitələr və digər əşyalar göndərmişik, amma bunu reklam etməmişik. Bunu mənəvi borc bilərək etmişik, o ölkələrə ki, onlar bizə müraciət edib. Biz bilirik, o ölkələrin maliyyə vəziyyəti imkan vermir ki, onlar lazımi tədbirləri görsün. Əminəm ki, bu yardım bir çox insanın həyatını xilas etdi. Əsas məsələ budur”.
O bildirib ki, ölkəmizin bu istiqamətdə təşəbbüsləri və humanist addımları beynəlxalq müstəvidə nüfuzunun daha da güclənməsi ilə müşayiət olunur. Pandemiyadan əziyyət çəkən bir sıra ölkələrə yardım göstərilməsi Azərbaycanın humanist, yardımsevər siyasətinin əyani nümunəsidir.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

