/ / Avropa Xəbər Agentlikləri Alyansı: Pandemiya dövründə informasiya istehlakı artsa da, xəbər müxtəlifliyi azalıb
Avropa Xəbər Agentlikləri Alyansı: Pandemiya dövründə informasiya istehlakı artsa da, xəbər müxtəlifliyi azalıb
13.06.2020 [09:37]
Vebinarda AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov informasiya istehsalı və istehlakında mövcud meyillərdən danışıb
Pandemiya dövründə informasiya istehlakı artsa da, xəbər müxtəlifliyi azalmağa doğru dəyişib. İş formatında və üslubunda da müəyyən dəyişikliklər baş verib.
Bu məsələlər Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv agentliklərin iyunun 12-də keçirilən onlayn görüşündə müzakirə olunub.
Görüşdə Fransanın France Press, Almaniyanın DPA, Türkiyənin Anadolu, İspaniyanın EFE, Finlandiyanın STT, Ukraynanın Ukrinform və digər agentliklərin rəhbərləri və nümayəndələri iştirak ediblər. Azərbaycanı Alyansın üzvü olan AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Aslan Aslanov təmsil edib.
Təqdimatla çıxış edən DPA agentliyinin prezidenti Piter Kropş qeyd edib ki, koronavirus pandemiyası xəbər istehlakının xeyli artmasına səbəb olub. İnsanlar əsasən bu xəstəlik və yaranan iqtisadi böhranla daha çox maraqlanıblar. Lakin bununla belə, bütün sahələrdəki durğunluq informasiya müxtəlifliyinə mənfi təsir edir. Video və mətn həcminin qısalması, foto satışının, press-reliz və reklam biznesinin zəifləməsi müşahidə olunur. Bu baxımdan Avropa agentlikləri gəlirlərin azaldığı dövrdə qənaət rejiminə keçmək niyyətindədir.
Eyni zamanda, karantin səbəbindən agentliklər fəaliyyətlərinin böyük hissəsini mobil texnologiyalar və məsafədən iş vasitələri ilə həyata keçirdiklərini, bunun da yeni imkanlar açdığını qeyd edirlər. Bu cür iş rejimində uzun müddət fəaliyyət göstərmək mümkün olsa da, mövcud məhdudiyyətlər innovasiyaların tətbiqinə mənfi təsir göstərir.
Görüşdə çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov bu qeyri-adi dövrdə insanların etibarlı informasiyaya ehtiyacından, dezinformasiyanın cəmiyyətə mənfi təsirindən danışıb. O bildirib ki, Azərbaycanda COVID-19-a qarşı mübarizə ilə yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin həyata keçirdiyi sosial-iqtisadi dəstək və tibbi iqtisadiyyatın təşkili proqramları maraq doğuran əsas mövzular olub. Agentlik bu sahələr üzrə xəbər, video, analitik və infoqrafika materialları hazırlayaraq 8 dildə yayıb. Statistikaya əsasən, AZƏRTAC-ın informasiyalarına müraciətlərin pandemiya dövründə 40 faiz yüksəldiyini qeyd edən Aslan Aslanov deyib: “Azərbaycanda koronavirusla bağlı vəziyyəti idarə edən Nazirlər Kabineti yanında Operativ Qərargahın mütəmadi brifinqləri, medianın sorğularına operativ cavabları dezinformasiyanın ölkədə geniş yayılmasının qarşısını alıb”.
Görüşdə pandemiya zamanında auditoriya üçün müxtəlif informasiya növlərinin istehsalından da bəhs edilib. Qeyd olunub ki, karantin rejimində məktəblərin bağlanması ilə əlaqədar AZƏRTAC özünün Uşaq Bilik Portalı vasitəsilə şagirdlər və uşaqlar üçün təlim və tədris materialları, maarifləndirici və düşündürücü məlumatlar yayıb.
Alyansın vebinarda iştirak edən üzv agentliklərinin rəhbərləri öz təcrübələrini bölüşüb, belə görüşlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

