Türkiyədə Azərbaycana dəstək məqsədilə izdihamlı aksiyalar keçirilib
29.07.2020 [09:03]
Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara və işğalçı siyasətini davam etdirməsinə etiraz olaraq qardaş Türkiyədə ölkəmizə dəstək məqsədilə izdihamlı aksiyalar keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Ankaranın Keçiörən Bələdiyyəsinin qarşısında “Bir millət, iki dövlətik. Azərbaycan-Türk ordusunun əsgəriyik” şüarı ilə tədbir keçirilib. Aksiyaya Keçiörən Bələdiyyəsinin üzvləri, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun nümayəndələri, Ankarada yaşayan azərbaycanlılar və yerli ictimaiyyətin təmsilçiləri qatılıblar.
Aksiyada bələdiyyə sədri Turqut Altınok, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar çıxış ediblər. Çıxışlarda iyulun 23-nun Azərbaycanın Ağdam rayonunun Ermənistan tərəfindən işğalının 27-ci ildönümünün olduğu xatırladılıb. Bildirilib ki, təkcə Qarabağ deyil, Ermənistanla sərhəd olan bütün ərazilərimiz hər zaman erməni hücumlarına məruz qalır. Türkiyənin prinsipial mövqe nümayiş etdirərək, Azərbaycanın yanında olmasının dövlətimizi və xalqımızı gücləndirdiyi vurğulanıb.
Çıxış edənlər Ermənistana işğalçı və təcavüzkar siyasətindən əl çəkməyi tövsiyə edərək, əks-təqdirdə bu vəziyyətin Ermənistanın əleyhinə işləyəcəyini nəzərə çatdırıblar. Aksiyada beynəlxalq təşkilatların tutduğu loyal mövqe kəskin tənqid olunub, Türkiyə və Azərbaycanın güclərini birləşdirərək, bu problemi həll etməsinin vacibliyi qeyd olunub.
Türkiyənin Kayseri şəhərindəki Cümhuriyyət meydanında baş tutan aksiya isə “Turan” dərnəyinin təşkilatçılığı və 53 qeyri-hökumət təşkilatının iştirakı ilə gerçəkləşdirilib. Azərbaycana dəstək aksiyasına Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr icmalarının təmsilçiləri iştirak ediblər. “7 dövlət, bir millət, susma artıq üsyan et, bitsin artıq bu zillət!”, “Ya Qarabağ, ya ölüm!”, “Qansa qan, cansa can, səninləyik, Azərbaycan!”, “Qarabağ Türk torpağıdır!” şüarlarının səsləndirildiyi aksiyada Kayseridəki Ərciyəz universitetinin müəllimləri, azərbaycanlı ziyalılar və tələbələr çıxış edərək Ermənistanın işğalçı siyasətini pisləyiblər.
Aksiyada Türk dünyası şəhidlərinin əziz xatirəsi böyük ehtiramla anılıb. Mitinq şair Əhməd Cavadın sözlərinə Üzeyir Hacıbəyovun bəstələdiyi “Çırpınırdın Qara dəniz” mahnısının ifası ilə başa çatıb.
Türkiyənin Trabzon şəhərində, Sakarya şəhərinin Adapazarı Demokratiya Meydanında, İstanbulun Bakırköy rayonundakı Azadlıq meydanında Azərbaycan Ordusuna dəstək məqsədilə aksiyalar keçirilib. Soydaşlarımızla yanaşı, yerli ictimaiyyətin çoxsaylı nümayəndələrinin iştirak etdikləri aksiyalarda Tovuz cəbhəsində həlak olan şəhidlərimiz anılıb, Ermənistanın işğalçı və təcavüzkar siyasəti qınanıb, “Qarabağ Azərbaycandır!”, “Ermənistanın işğalçı siyasətinə son qoyulsun!”, “Şəhidlər ölməz, vətən bölünməz!”, “Xocalıya ədalət!” və digər şüarlar səsləndirilib.
Türkiyə Dövlət Müəssisələri İşçilərinin İnkişafı və Həmrəyliyi Fondunun Sakarya şöbəsinin rəhbəri Recai Ciran və Sakarya Universiteti Azərbaycan-Türkiyə Qardaşlıq Platformunun rəhbəri Vüqar Nəsirovun birgə bəyanatında Ermənistanın işğalçılıq və soyqırımı siyasətinə etiraz edilib. Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsinə, minlərlə insanın qətlə yetirilməsinə baxmayaraq, dünya ictimaiyyətinin bu vəhşiliyə biganə qalmasına bir daha kəskin etiraz bildirilib.
Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin bəyanatında isə vurğulanıb ki, insan haqlarını kobudcasına pozan Ermənistan ən qısa müddətdə beynəlxalq məhkəmələrdə mühakimə olunmalı və cəzalandırılmalıdır. Dünyanın müxtəlif ölkələrində Ermənistanın terrorizm və zorakılıq siyasətinə etiraz olaraq keçirilən aksiyalara erməni diasporunun vəhşicəsinə hücumlar etməsi də buna sübutdur.
“Türkiyə və Azərbaycan hökumətləri 30 ildir işğal altındakı Azərbaycan ərazilərinin azad edilməsi və qaçqın həyatı yaşayan azərbaycanlıların torpaqlarına qaytarılması üçün sülh siyasəti yürüdür. Bu ədalətli mübarizədə Azərbaycanın yanında olduğumuzu bildirir və bütün şəhidlərimizi mərhəmət və minnətdarlıqla yad edirik. İnsanlıq və sülh əleyhinə cinayətlər törədən Ermənistanı pisləyirik və qınayırıq”, - deyə bəyanatda qeyd olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

