Marginal qruplaşmanın yeni virtual qeybəti, yaxud antimilli ünsürlərin növbəti özünüifşası
05.08.2020 [08:56]
“Milli şura”nın “videoiclas”ında səsləndirilən fikirlər radikal düşərgə təmsilçilərinin xalqımıza düşmən münasibətini və antidövlət mövqeyini bir daha əks etdirir
Dünya ölkələrində yeni növ koronavirus (COVID-19) infeksiyasının sürətlə yayılması günümüzün acı reallığına çevrilib. Ayrı-ayrı regionlarda və bütövlükdə dünya miqyasında ümumi mənzərə qənaətbəxş deyil. Ölkələr bütün zəruri resurslarını səfərbər etməklə bu xəstəliklə mübarizə aparır, vəziyyətin daha acınacaqlı olmaması üçün mövcud imkanlardan maksimum istifadə edirlər. Bütövlükdə, bir çox inkişaf etmiş dövlət pandemiya səbəbindən səhiyyə böhranı və sosial-iqtisadi problemlərlə üz-üzə qalıb.
Milli həmrəylik nümunəsi, yaxud Azərbaycan dövləti daim öz vətəndaşının yanındadır
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizə təcrübəsi müsbət və mütərəqqi örnək kimi diqqəti cəlb edir. Ölkəmizdə istər vətəndaşların sağlamlığının qorunması və təhlükəsizliyinin təmin olunması, istərsə də əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl, məqsədyönlü addımlar atılır. Bir sözlə, Prezident İlham Əliyev xalqının qətiyyətli Lideri kimi növbəti dəfə ölkə vətəndaşlarının yanında olmaq iradəsini nümayiş etdirir. Bununla yanaşı, dövlət başçısının “Biz birlikdə güclüyük” şüarı əsasında milli həmrəylik çağırışının nəticəsi aşkardır: xalqımız ən yüksək mənəvi keyfiyyətlərin - ali dəyərlərin daşıyıcısı olduğunu bir daha sübuta yetirərək milli birlik - ictimai dayanışma nümayiş etdirir. Milli həmrəyliyin, vətəndaş-dövlət birliyinin bariz nümunəsi insanların Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktublarında əksini tapmış cümlələrdə ifadə olunur. “Azərbaycan xalqının taleyüklü məsələlərinin həlli ancaq Sizin qətiyyətli mövqeyiniz sayəsində mümkündür”, “Ən çətin vaxtlarda lider öz xalqının, vətəndaş isə öz liderinin yanındadır” kimi ifadələr xalqın öz Prezidentinə inamı və güvənini əks etdirir. Bu, sözün əsl mənasında, Azərbaycan dövlətinin qüdrətini, ölkəmizin milli gücünü təmin edən strateji əhəmiyyətli faktordur. Yeri gəlmişkən, mövcud sanitar-epidemioloji vəziyyəti təhlil edən Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə üzrə karantin rejiminin avqustun 31-dək uzadılması, həmçinin mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq respublikanın 13 şəhər və rayonunda sərt karantin rejimi müddətinin də həmin tarixə qədər artırılması, bununla belə, bəzi yumşaldılmaların tətbiqi barədə qərarları, hər şeydən əvvəl, insanların sağlamlığının qorunmasına xidmət edir.
Ac toyuq yuxusunda darı görər və ya dağıdıcı düşərgənin gerçəkləşməyən arzuları
Təəssüflər olsun ki, bu təqdirəlayiq addımlarla bağlı spekulyativ rəy formalaşdırmağa çalışanlar, həmçinin pandemiya şəraitində ölkəmizdə vətəndaş-dövlət birliyinin pozulmasını, hətta ölkədə çox ciddi kataklizmlərin baş verməsini istəyənlər də var. Bu arzuda olanlar xalqımıza qarşı düşmənçilik mövqeyi sərgiləyənlərdir. Bunlar təkcə ermənilər deyil, həm də onlara xidmət edən, sinxron fəaliyyət göstərən “sapı özümüzdən olan baltalar” - “beşinci kolon”dur.
Başqa sözlə, “Milli şura” adlanan antimilli dəstənin sıralarında yer alan radikallar, özünə “müxalifət” deyərək radikalizm, anarxizm kimi dağıdıcı ideyaları mənimsəyən və təbliğ edənlərdir. Bu antimilli ünsürlər “gözəgörünməz düşmənlə müharibə” adlandırılan pandemiya şəraitində - vətəndaş məsuliyyətinin, milli həmrəyliyin hər zamankından daha çox tələb olunduğu vaxtda da anti-xalq, anti-dövlət xarakterli çağırışlar edirlər. İnsanlara “karantin rejiminə əməl etməyin” deyərək vətəndaş itaətsizliyini təbliğ edirlər. Amma necə deyərlər, ac toyuq yuxusunda darı görər. Çünki radikal ünsürlərin məkrli arzuları gözlərində qalıb, onların xaos diləkləri və fəlakət ssenariləri gerçəkləşməyib.
Pandemiya şəraitini fürsət kimi görənlər, yaxud “Milli şura”çıların miskin görüntüsünün daha bir fraqmenti
Yeri gəlmişkən, bu qondarma qurumun virtual qeybət xarakterli yeni “videoiclas”ında səsləndirilən fikirlər marginal ünsürlərin Azərbaycan xalqına düşmən münasibətini, milli maraqlara zidd olan, antidövlət mövqeyini bir daha əks etdirib. Səsləndirilən fikirlərin məzmumundan görünür ki, bu radikal dəstə üzvləri koronavirusu bəla deyil, bayram və fürsət kimi qəbul edirlər, dövlətə qarşı “qara piar” kampaniyası aparmaq üçün insan ölümünü, iqtisadiyyatın geriləməsini, vətəndaşlarımızın maddi təminatının aşağı düşməsini arzulayırlar.
Beləliklə, “karantin rejiminin uzadılması bizə sərf edir”, - deyən dağıdıcı düşərgə təmsilçiləri - “Milli şura”çılar bununla öz cılızlıqları, miskinlikləri, xalqa düşmən münasibətlərini bir daha aşkar surətdə nümayiş etdirirlər. Görünən budur ki, bu dağıdıcı ünsürlər öz çirkin məqsədlərinə çatmaq üçün xalqın ən ağır duruma düşməsinə də razıdırlar.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10

