Milli Məclisin ABŞ Konqresinə müraciəti
09.03.2010 [10:12]
Müraciətdə daha sonra qeyd olunur ki, erməni millətçilərinin həmin təklifi rədd etməsi sübut edir ki, onları tarixi həqiqətlərin üzə çıxarılması deyil, əksinə, ört-basdır edilməsi və faktların saxtalaşdırılması daha çox maraqlandırır: “Obyektiv araşdırmalar göstərir ki, XX əsrin əvvəllərində erməni millətçiləri müasir Türkiyə Cümhuriyyətinin ərazisində və Qafqazda kütləvi terror və soyqırımı aktları törədərək, 2 milyondan artıq günahsız türkü və azərbaycanlını qətlə yetirmişlər. Son 18 ilə yaxın bir dövrdə Azərbaycan parlamenti beynəlxalq təşkilatlara və dünya ölkələrinin parlamentlərinə, o cümlədən ABŞ Konqresinə ötən əsrdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərinin, xüsusən 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımının tanınması barədə dəfələrlə müraciət etmişdir. Təəssüf ki, sivil dünyanın gözü qarşısında baş vermiş bu dəhşətli cinayətə Amerika Birləşmiş Ştatları indiyədək heç bir qiymət verməyib”.
Milli Məclisin etiraz müraciətində Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin bu qədər ədalətsiz bir akt qəbul etməsinin heyrət doğurduğu qeyd olunub: “Erməni millətçilərinin XX əsrin əvvəllərinə aid soyqırımı iddiaları və uydurmaları qəbul edildiyi halda onların müasir dövrdə apardıqları işğalçılıq müharibəsinə və bu zaman azərbaycanlılara qarşı törətdikləri soyqırımına göz yumulması açıq-aşkar ermənipərəst qərəzli mövqedən xəbər verir. Belə bir şəraitdə Ermənistan Respublikası bölgədə sülhün, sabitliyin və qarşılıqlı anlaşma mühitinin bərqərar edilməsinin tərəfdarı olduğunu sözdə bəyan etsə də, əslində Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamaqla və 1 milyon azərbaycanlını qaçqın və köçkün həyatına məhkum etməklə beynəlxalq hüquq normalarını və prinsiplərini kobudcasına pozmaqda davam edir. Azərbaycan cəmiyyətində belə bir fikir kök salmışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olan ən böyük amil dünyanın nüfuzlu dövlətləri tərəfindən münaqişəyə ikili standartlarla yanaşılması, təcavüzkarın öz adı ilə çağırılmaması və cəzasız qalması, işğalçı ilə işğalın qurbanının bərabər tutulmasıdır. Münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi Amerika Birləşmiş Ştatlarının Konqresinin Nümayəndələr Palatasının komitəsində ədalətsiz qərarın qəbul edilməsi bölgədə sülh yaradılması səylərinə mane olur və danışıqlar prosesində indiyədək əldə edilmiş pozitiv nəticələri heçə endirə bilər. Lakin biz əminik ki, ABŞ-ın bölgədəki maraqlarına zidd olan, ABŞ-Türkiyə və ABŞ-Azərbaycan strateji tərəfdaşlığına zərbə vura biləcək bu qərar Amerika Konqresi tərəfindən rədd ediləcək. ümid etmək istəyirik ki, ABŞ kimi demokratik imicə malik olan bir dövlətin rəhbərliyi ABŞ-Türkiyə və ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirə biləcək bu qərarın qəbul edilməsinə yol verməmək üçün mümkün olan hər şeyi edəcək”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

