Qüdrət Həsənquliyev: Bu gün ölkəmizdə heç vaxt olmadığı qədər güclü milli birlik mövcuddur
13.10.2020 [09:04]
“Bu günlərdə ölkəmizdə 50 siyasi partiyanın rəhbərlərinin iştirakı ilə “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” adlı videokonfrans formatında keçirilən görüş əslində milli birliyin və vəhdətin bir nümunəsidir. Cənab Prezidentin dediyi kimi ölkəmizdə siyasi islahatların dərinləşdirilməsi istiqamətində addımlar atılır”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
Qüdrət Həsənquliyev bildirib ki, siyasi islahatların nümunəsi kimi Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı və Ədalət Vəliyev həmin şöbənin müdiri təyin olundu. Bundan sonra ölkə Prezidentinin tapşırığı ilə Ədalət Vəliyevin siyasi partiyaların rəhbərləri ilə görüşləri oldu. Yəni bu görüşlərdə partiyaların hansı mövqedə olmasına fərq qoyulmadı. İqtidaryönlü, neytral və müxalifət partiyaları ilə görüşlər baş tutdu.
Onun sözlərinə görə, sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təxribatından sonra Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya birgə bəyanat imzalayaraq Qarabağ məsələsində Prezident, Ali Baş Komandanın yanında olduqlarını bəyan etdilər: “Bu günlərdə isə 50 siyasi partiya tərəfindən ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransanın prezidenti Emmanuel Makronun ünvanına birgə etiraz bəyanatı qəbul olundu. Partiyaların mövqeyi bundan ibarətdir ki, Fransa həmsədrlikdən kənarlaşdırılmalıdır. Ümumiyyətlə, bu gün ölkəmizdə heç vaxt olmadığı kimi güclü milli birlik mövcuddur. Hazırda Azərbaycanda möhkəm vətəndaş birliyi yaranıb. Hesab edirəm ki, torpaqlarımızın işğaldan azad olunması yolunda qələbə qazanana qədər bu birliyə heç kim mane ola bilməz. Digər vacib bir məqam ondan ibarətdir ki, əvvəllər ayrı-ayrı partiyalar arasında əməkdaşlıq yox idi. Amma bu gün isə yaranmış siyasi dialoq nəticəsində partiyalar bir-biri ilə təmasda olurlar. Bu əməkdaşlıq ona gətirib çıxaracaq ki, ölkədə siyasi mədəniyyət yüksələcək, çoxpartiyalı sistem inkişaf edəcək, cəmiyyətimiz bundan faydalanıb irəli gedəcək”.
Torpaqlarımızın işğalda azad olunması uğrunda əsgərlərimizin böyük ruh yüksəkliyi ilə döyüşdüyünü deyən Q.Həsənquliyev qeyd edib ki, ordumuz əslində, bütün xalqımızın iradəsini ifadə edir. Ona görə də, siyasi partiyalar, QHT-lər, mətbuat, bütövlükdə cəmiyyətimiz ordumuzun arxasındadır, ona dəstək verir. Cəmiyyətimizdə həddindən artıq böyük ruh yüksəkliyi var. “Bir məqamı qeyd edim ki, erməni cəmiyyəti təlaş içindədir, Paşinyan dünya ölkələrinin liderlərinə zəng edib yalvarır ki, Azərbaycanı dayandırın. Yəni, ermənilər müharibənin davam etməsindən qorxurlar, bizim cəmiyyətdə isə narahatlıq ondan ibarətdir ki, birdən beynəlxalq güclərin təzyiqi ilə döyüşlər dayanar. Yəni bütün cəmiyyətimiz torpaqlarımızın işğaldan azad edilməsi üçün döyüş ruhunda köklənib. Azərbaycan və erməni cəmiyyətində fərq bundan ibarətdir. Mən əminəm ki, Azərbaycan bu məsələdə ədalətli mövqeyimizi müdafiə edən dövlətlərin mənəvi dəstəyi ilə 30 il işğal altında qalan torpaqlarını azad edəcək, 1 milyondan çox insan öz doğma yurdlarına qayıdacaq”, - deyə BAXCP sədri vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

