/ / Milli Məclisin deputatı Hikmət Babaoğlu: Prezident İlham Əliyevin “RİA Novosti”yə müsahibəsi üslub və məzmun etibarilə tarixi əhəmiyyətə malikdir
Milli Məclisin deputatı Hikmət Babaoğlu: Prezident İlham Əliyevin “RİA Novosti”yə müsahibəsi üslub və məzmun etibarilə tarixi əhəmiyyətə malikdir
17.10.2020 [08:20]
“Sentyabr ayının 27-dən bu günə qədər davam edən Vətən müharibəmizdə informasiya müharibəsi də öndə olub. Azərbaycan Prezidenti bu qurtuluş savaşımızda Ali Baş Komandan kimi döyüş meydanında qələblər əldə etdiyi kimi, informasiya müharibəsində də, sözün əsl mənasında, diplomatiya tarixinə yazılacaq məzmunda, üslubda müsahibələr verir. Prezident İlham Əliyevin “RİA Novosti” agentliyinə verdiyi müsahibə də bu qəbildəndir”. Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
O bildirib ki, Azərbaycan Prezidenti sentyabrın 27-dən bu günə qədər, az qala, hər gün bir televiziya kanalına müsahibə verib: “Bu müsahibələrin hər biri tarixi əhəmiyyətə malikdir və Azərbaycan həqiqətlərinin dünyaya onun anladığı dildə çatdırılmasıdır. Dünya ictimaiyyətinin qəbul etdiyi hüquqi, diplomatik, siyasi dildə çatdırılmasıdır. Ona görə də düşünürəm ki, istər döyüş meydanındakı, istərsə də informasiya, diplomatiya savaşındakı qələbələrimizin tək memarı Azərbaycan Prezidentidir”.
“Azərbaycan Prezidenti “RİA Novosti”yə bir daha diplomatiya tarixində nümunəvi çıxış kimi tədris olunacaq xüsusi bir məharətlə dolğun məzmunlu müsahibə verdi. Şübhəsiz ki, bu, Ermənistanın küçə səviyyəli baş nazirinin verdiyi rabitəsiz, məzmunsuz, şər-böhtan və yalanlarla dolu, həqiqəti əks etdirməyən müsahibəsi ilə əsla müqayisə edilməyəcək bir müsahibə idi. Çünki Azərbaycan Prezidenti həqiqəti deyirdi. Azərbaycanın haqlı davasını diqqətə çatdırırdı, onun hüquqi, beynəlxalq əsaslarını hər kəsin anlayacağı bir dildə bütün Rusiya auditoriyasına çatdırırdı. Ona görə düşünürəm ki, istənilən intellektual göstəriciyə malik olan geniş rus auditoriyası bütün səviyyələrdə ölkəmizin nə qədər haqlı olduğunu Azərbaycan Prezidentindən bir daha dinləmiş oldu. Xüsusən müsahibənin sonunda Azərbaycan Prezidentinin Rusiya ictimaiyyətinə müracətindəki məzmun tarixi önəmə malikdir. Eyni zamanda, bu, informasiya savaşında bəzi hallarda Ermənistanı müdafiə etməyə meyilli görünən, Rusiyada mövcud olan ayrı-ayrı siyasi qruplaşmalara, təşkilatlanmalara verilən əhəmiyyətli bir mesaj idi. Həmçinin bu müsahibə bütövlükdə Rusiya informasiya məkanında Azərbaycana münasibəti köklü şəkildə dəyişdirə biləcək üslub və məzmunda idi. Çünki Azərbaycan Prezidenti qeyd etdi ki, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin səviyyəsi hər hansı qonşular üçün nümunə ola bilər. Ona görə də mən düşünürəm ki, bu müsahibə tarixi müsahibə hesab ediləcək qədər əhəmiyyətli idi”, - deyə Hikmət Babaoğlu əlavə edib.
Millət vəkili bildirib ki, bəhs olunan müsahibə xüsusən indiki həssas mərhələdə Azərbaycanın haqq səsinin bir daha Rusiya ictimaiyyətinə çatdırılması baxımından önəmli idi: “Əlbəttə ki, bunun müqabilində Ermənistanın baş nazirinin isə rabitəsiz, məzmunsuz, şərə, böhtana əsaslanan qeyri-inandırıcı fikirləri olduqca sönük görünürdü”.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14

