/ / Əli Əhmədov: Gəncə qətliamının bütün məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür
Əli Əhmədov: Gəncə qətliamının bütün məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür
20.10.2020 [09:55]
Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov özünün rəsmi “Facebook” səhifəsində ermənilərin Gəncə şəhərini xaincəsinə bombalaması, eləcə də Füzuli şəhərinin işğaldan azad edilməsi ilə bağlı fikirlərini paylaşıb.
Əli Əhmədov qeyd edib: “Bu gün Azərbaycan Respublikasının Prezidenti, Alı Baş Komandan İlham Əliyev Füzuli şəhərinin işğaldan azad edildiyini bəyan etdi. Ordumuzun yeni möhtəşəm qələbəsi Qarabağın azadlığını anbaan yaxınlaşdırır. Füzulinin azad edilməsi xalqımızın azadlıq mübarizəsində xüsusi əhəmiyyətə malikdir.
Füzulinin işğaldan azad olunmasını heç cür həzm edə bilməyən erməni faşistləri dinc əhaliyə qarşı yeni vəhşiliyə əl atdılar. Gəncəni yenidən raket atəşinə tutdular.
Gəncənin ikinci dəfə raket atəşinə tutulması erməni vəhşiliyinin növbəti iyrənc ifadəsidir. Hərb meydanında məğlub olan Ermənistan adətinə uyğun olaraq dinc əhalini, uşaq və qadınları hədəfə alır. Xocalıdakı vəhşəti törədənlərin övladlarından başqa bir şeyi gözləməyə dəyməz.
İllərlə hər cür şıltaqlıqlarına dözərək, bir sıra hallarda isə bu şıltaqlıqlara həvəsləndirərək indiki vəhşi xislətli Ermənistanı yaradanlar onun törətdiyi vəhşiliklərə görə məsuliyyət daşımalıdırlar. Lakin çox təəssüf ki, islah edilməsi mümkün olmayan barbar hərbi cinayətkarı yetişdirib bugünkü bəşəriyyətə ürcah edənlər nədənsə susurlar. Dinc əhalinin, uşaqların, qadınların, yaşlı insanların həlak olması da onların daş qəlbini diqqətə gətirmir. İki raket zərbəsi nəticəsində Gəncə şəhərində 20-dən çox günahsız insan, o cümlədən qadın və uşağın qətlə yetirilməsi, 80-nə yaxın insanın isə ağır xəsarət alması cəzasız qalmamalıdır və qalmayacaqdır. Gəncə qətliamının bütün məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.
Ermənistan rəhbərliyi əmin olmalıdır ki, törətdiyi vəhşiliklər Azərbaycan xalqının mübarizə və qələbə əzmini sındıra bilməz. Qəhrəman Azərbaycan Ordusunun zəfər yürüşü davam edir və edəcək. Qarabağ Azərbaycandır!”.
Xəbər lenti
Hamısına baxSiyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03

