Mais Səfərli: Azərbaycan həmişə sülhün tərəfdarı olub və konstruktiv mövqe nümayiş etdirib
04.11.2020 [09:32]
“Bu gün bütün xalqımız qələbəyə köklənib. Qısa müddət ərzində rəşadətli ordumuz işğal altında olan bir sıra yaşayış məntəqələrimizi və strateji əhəmiyyətli yüksəklikləri düşməndən azad edib. Biz ordumuzla qürur duyuruq və ərazi bütövlüyümüzün təmin olunması məsələsində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yanındayıq”. Bu fikirləri Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.
Mais Səfərli bildirib ki, Azərbaycan həmişə sülhün tərəfdarı olub və konstruktiv mövqe nümayiş etdirib. Amma Ermənistanın məqsədli şəkildə münaqişənin sülh yolu ilə həllini uzatması yolverilməzdir. Onun sözlərinə görə, Azərbaycan çox qısa müddətdə öz torpaqlarını işğaldan azad etməyə qadir olduğunu dəfələrlə bəyan etmişdi: “Ermənistan isə bu xəbərdarlığa əməl edib sülhə gəlmədi. Dövlət başçımızın da qeyd etdiyi kimi, biz bu məsələlərdə səbrli davrandıq və maksimum sülh danışıqlarının tərəfində olduğumuzu bütün dünya ictimaiyyətinə sübut etdik. Amma bizim də səbrimizin bir həddi var idi. Biz Azərbaycan xalqı olaraq sülhpərvər xalqıq, amma 30 ilə söykənən işğal faktına son qoyulmalıdır. Biz 30 il ərzində beynəlxalq təşkilatların bəyanatlarının heç bir effektinin olmadığının şahidi olduq. Bu bəyanatlara biz səbrlə, təmkinlə yanaşdıq, amma Ermənistan dövləti BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad olunması ilə bağlı qəbul etdiyi 4 qətnaməni görməzdən gəldi. Amma indi Paşinyan ayrı-ayrı dövlətlərin rəhbərlərinə diz çöküb yalvarır”.
Partiya sədri qeyd edib ki, ordumuzun işğal altında olan torpaqlarımızı azad etməsi haqqımızdır: “Çox sevindirici haldır ki, bu gün cəmiyyətimizin bütün təbəqələri, o cümlədən siyasi partiyalar, QHT-lər Ali Baş Komandanımızın yanındadır. Hər birimiz canımızdan keçməyə hazırıq. Yetər ki, bu işğala son qoyulsun. İnsanlar artıq qələbəyə köklənib”.
Ölkədə fəaliyyət göstərən 50 siyasi partiyanın da ordumuza və Ali Baş Komandana dəstək məqsədilə birgə bəyanat imzaladığını xatırladan M.Səfərlinin sözlərinə görə, radikal müxalifət yenə də öz xislətini və antimilli mövqeyini nümayiş etdirdi: “Əslində, bu yanaşma ilə özlərini ifşa edib xalq qarşısında növbəti dəfə rəzil duruma düşdülər. Ümumilikdə, 50 siyasi partiyanın birgə mövqeyi ölkəmizdə milli həmrəyliyin daha da güclənməsində mühüm rol oynayır”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14

