/ / İqbal Ağazadə: Bizim əsas hədəfimiz başladığımız müqəddəs zəfər yürüşünü sona çatdırmaq, Vətən müharibəsini qələbə ilə başa vurmaqdır
İqbal Ağazadə: Bizim əsas hədəfimiz başladığımız müqəddəs zəfər yürüşünü sona çatdırmaq, Vətən müharibəsini qələbə ilə başa vurmaqdır
05.11.2020 [08:31]
“Azərbaycan 30 ildən çoxdur ki, erməni terrorçuluğu ilə üz-üzədir. Belə ki, 1988-ci ildən bu günə qədər xalqımıza qarşı aparılan mənfur siyasətdə terror elementləri üstünlük təşkil edir. Erməni terrorizminin əsas hədəfi isə dinc sakinlərimiz olub. Qaradağlı, Malıbəyli, Ağdaban və digər faciələr, onlardan ən dəhşətlisi olan Xocalı soyqırımı xalqımızın qan yaddaşına əbədi olaraq həkk olunub. İndiki halda şəhərlərimizə, dinc əhaliyə qarşı qadağan olunmuş silahlarla, raketlərlə hücumların təşkili həmin soyqırımın tərkib hissəsidir. Ermənistan bu cür terror metodları ilə müharibənin xarakterini dəyişməyə, onun miqyasını böyütməyə cəhd edir”.
Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə səsləndirib.
Partiya sədrinin sözlərinə görə, düşmən əhali arasında təşviş yaratmağa və Azərbaycan tərəfini adekvat addımlar atmağa vadar etməyə çalışır: “Amma Ali Baş Komandanın rəhbərliyi altında aparılan Vətən müharibəsinin gedişində Azərbaycan Ordusunun qarşısına konkret tapşırıq və vəzifələr qoyulub. Onların tərkibində isə kimliyindən asılı olmayaraq dinc sakinlərə qarşı güc tətbiq etmək qətiyyən yer almır. Ermənistanın məğlub ordusu elə bir vəziyyətdədir ki, bir tərəfdən döyüş meydanından qaçır, digər tərəfdən dinc yaşayış məntəqələrinə raket atmaqla namərdlik nümayiş etdirir. Ən acınacaqlısı isə odur ki, onlar uşaqları və qadınları cəbhəyə göndərirlər”.
“Bizim əsas hədəfimiz başladığımız müqəddəs zəfər yürüşünü sona çatdırmaq, Vətən müharibəsini qələbə ilə başa vurmaqdır. Biz işğal edilmiş torpaqlarımızın azad edilməsini başa çatdıranda artıq Ermənistanın müharibənin xarakterini dəyişmək cəhdləri boşa çıxacaq. Hesab edirəm ki, sona qədər getməliyik. Mən Ali Baş Komandanın əks-hücum əməliyyatları başlaması barədə qərar verdiyi ilk andan siyasi partiya rəhbəri kimi elan etmişəm ki, mən bu gündən əsgərəm. Ali Baş Komandan bizim yerimizi harada müəyyən etsə, orada da vuruşmağa hazırıq. İndi arxa cəbhədə gedən proseslərə öz töhfəmizi veririk. Şükürlər olsun ki, Azərbaycan Ordusu cəbhədə yeni-yeni uğurlar əldə edir. Ali Baş Komandanın rəhbərlik etdiyi Vətən müharibəsində daim Onun yanındayıq. Doğma torpaqların işğaldan azad olunması yönündə Azərbaycan Ordusunun apardığı müqəddəs işdə sona qədər Ali Baş Komandanın yanında olacağıq”.
Q.RAMAZANOV
Xəbər lenti
Hamısına baxGündəm
26 May 11:26
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Siyasət
25 May 22:31
Siyasət
25 May 22:31
Siyasət
25 May 22:30
Siyasət
25 May 22:29
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Siyasət
25 May 21:28
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Siyasət
25 May 20:36
Müsahibə
25 May 20:31
Siyasət
25 May 20:27
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Siyasət
25 May 19:56
Siyasət
25 May 19:45
Siyasət
25 May 19:35
Siyasət
25 May 19:34
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Gündəm
25 May 18:39
Gündəm
25 May 18:32
Dünya
25 May 18:30
Gündəm
25 May 17:37
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11

