Fazil Mustafa: Ölkəmizdə milli birlik və həmrəylik daha da güclənməkdədir
11.11.2020 [09:48]
“Azərbaycan tarixində yeni mərhələ başlayır. Artıq biz qalib dövlətin vətəndaşlarıyıq. Bizə bu qalibiyyəti yaşadan Uca Tanrı, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev və rəşadətli ordumuzdur”. Bu fikirləri Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa deyib.
F.Mustafa qeyd edib ki, hadisələrə düzgün siyasi qiymət vermək lazımdır: “Azərbaycan bu qələbə ilə Cənubi Qafqazda lider dövlət olduğunu bir daha təsdiqlədi. Düşünürəm ki, bundan sonra ölkəmizin regionda mövqeyi daha da güclənəcək. Eyni zamanda, gücümüzü artıran əsas amillərdən biri ölkəmizdə fəaliyyət göstərən siyasi qüvvələrin birliyidir. Ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiya Vətən müharibəsinin başladığı ilk gündən birlik nümayiş etdirib, dövlətimizin arxasında olduğunu bəyan etdi. Ölkəmizdə milli birliyin güclənməsi bizim ən böyük uğurlarımızdandır. Bu həmrəyliyin yaranmasında əsas səbəb prosesin xalqla açıq dialoq şəklində yönləndirilməsidir. Cənab Prezident bütün məsələlərdə xalqın iradəsinə əsaslanır, bütün addımları xalqın istəyinə uyğun şəkildə atır. Dövlət başçısı çıxışlarında bu məqamı hər zaman vurğulayıb. Bu məsələdə həmrəylik əsas əhəmiyyət daşıyır və biz mübarizəmizi bu istiqamətdə daha da irəli apara bilərik”.
“Onu da qeyd etməliyəm ki, Azərbaycanda siyasi qüvvələrin milli birliyinin formalaşdırılması olduqca vacib bir məsələdir. Bir müddət öncə Prezident Administrasiyasında ölkə başçısının siyasi iradəsini əks etdirən böyük bir layihə başladıldı və bu layihənin nəticələri artıq özünü göstərməkdədir. Məhz bu kimi layihələrin, aparılan siyasi islahatların nəticəsidir ki, ölkəmizdə milli birlik və həmrəylik daha da güclənməkdədir”, - deyə BQP sədri vurğulayıb.
NARDAR
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

