/ / AZƏRTAC-ın xəbərləri Ərəb Xəbər Agentlikləri Federasiyasına üzv agentliklər tərəfindən mütəmadi olaraq yayılır
AZƏRTAC-ın xəbərləri Ərəb Xəbər Agentlikləri Federasiyasına üzv agentliklər tərəfindən mütəmadi olaraq yayılır
12.11.2020 [08:50]
Beynəlxalq və regional xəbər agentlikləri təşkilatları və onlara üzv agentliklərin rəhbərləri AZƏRTAC-ın Ermənistan silahlı qüvvələrinin Gəncə və Bərdə şəhərlərinə vəhşi terror hücumları ilə bağlı müraciətlərinə cavab olaraq əməli addımlar atırlar.
Xatırladaq ki, AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresinə (NAWC), Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA), Avropa Xəbər Agentlikləri Alyansına (EANA), İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Milli Xəbər Agentlikləri Birliyinə (UNA) və Ərəb Xəbər Agentlikləri Federasiyasına (FANA) üzv agentliklərin rəhbərlərini Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı törətdiyi terror aktları barədə ətraflı məlumatlandırıb. Eyni zamanda, feyk xəbərlərin bəzi beynəlxalq KİV-lərə yol tapmasından narahatlığını ifadə edərək, azərbaycanlı mülki əhaliyə qarşı amansız terror hücumlarına və müharibə cinayətlərinə həssas yanaşmağa, münaqişə barədə həqiqətləri yaymağa çağırıb.
AZƏRTAC-ın müraciətinə cavab olaraq FANA-nın Baş katibi Fərid Əyyar agentliyə məktub göndərib. O, Azərbaycanın həssas dövründə edilmiş bu müraciətlərin əhəmiyyətini vurğulayıb və təşkilata üzv xəbər agentliklərini bununla tanış etdiyini bildirib. Dağlıq Qarabağ münaqişəsinin Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ədalətlə həll olunacağına inamını ifadə edən Fərid Əyyar qeyd edib ki, FANA-ya üzv agentliklər Azərbaycanın haqlı mövqeyini işıqlandırmaq məqsədilə AZƏRTAC-ın müxtəlif dillərdə yaydığı xəbərləri diqqətlə izləyirlər. Bunun əsasında FANA-nın ərəb dilində hazırladığı informasiyalar üzv agentliklərə göndərilir və onlar tərəfindən yayılır. Bu xəbər buraxılışlarına Azərbaycan Prezidentinin uğurlu rəhbərliyi ilə torpaqlarımızın düşmən işğalından azad edilməsi, ölkəmizin ictimai-siyasi həyatı, iqtisadi nailiyyətləri haqqında məlumatlar daxildir.
Qeyd edək ki, FANA 1975-ci ildə yaradılıb. Mərkəzi qərargahı Livanda yerləşən bu təşkilat öz sıralarında 18 ərəb xəbər agentliyini birləşdirir. Ərəb Liqasının nəzdində fəaliyyət göstərən FANA-nın məqsədi media qurumlarının əməkdaşlığının gücləndirilməsi, üzv agentliklər arasında informasiya və təcrübə mübadiləsinin genişləndirilməsidir.
Xəbər lenti
Hamısına baxİdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00

