Hikmət Babaoğlu: Azərbaycan əsgəri xilaskar olduğunu bir daha nümayiş etdirdi
25.11.2020 [09:17]
“Azərbaycan Ordusunun misli görünməmiş humanizmi bütün dünyaya örnək göstəriləcək bir hadisədir. Xilaskar Azərbaycan əsgəri bir daha öz davranışı ilə sübut etdi ki, o sözün əsl mənasında xilaskardır”.
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, əsgərlərimiz döyüşdə nə qədər qətiyyətli və amansızdırsa, sülh şəraitində bir o qədər humanist və mülayimdir: “Ağdam rayonun Gülablı kəndində öz məişət əşyalarını çıxarmaq üçün ordumuza müraciət edən insanlara əsgərlərimiz hətta məişət əşyalarının daşınmasına belə kömək etdilər. Bu, birinci Qarabağ savaşından bu günədək davam edən müharibədə minlərlə şəhid vermiş, hər cür erməni vəhşiliyi ilə üz-üzə qalmış bir xalqın övladlarının ən ali insani duyğulara sahib olduğunu göstərir. Xocalı soyqırımını törədənlərə, gecə vaxtı yatan şəhərimizi ballistik raketlə vuranlara, günahsız uşaqları, körpələri, qocaları qətlə yetirən hərbi cinayətkarlara, canilərə verilən humanizm dərsidir. Bəlkə də Gülablıda qalan və imdad diləyən ermənilərin məqsədi başqa idi. Onlar xarabazara çevirdikləri vətənimizin vəziyyətindən hiddətlənən Azərbaycan əsgərinin qəzəbini bu hərəkətlərilə üzərlərinə çəkib silaha ət atmalarını və onlara əl qaldırmasını istəyir, sonradan isə bu təxribatı dünyaya yayaraq bizim əleyhimizə istifadə etmək niyyətində idilər. Ancaq Azərbaycan əsgəri bunu etmədi. Soyuqqanlı və humanist davrandı, xilaskar əsgər olduğunu bir daha nümayiş etdirdi. Ancaq sülh vaxtı humanist olan əsgərimizin döyüş vaxtı nəyə qadir olduğunu 44 günlük müharibədə ermənilər də, onların yalançı qəhrəmanları da, Köçəryanlar da, Sarkisyanlar da yaxşıca gördülər. Bunu tarix boyu unutmayacaqlar. Əgər indi çarəsizlik içində hansısa yardım və imdad diləyirlərsə, Azərbaycan əsgəri bunu edəcək”.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14

