Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
20.01.2021 [10:11]
Yanvarın 19-da Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Zahid Oruc yaz sessiyasının başlaması münasibətilə komitə üzvlərini təbrik edib.
Əvvəlcə, iclasda komitə sədrinin təklifi ilə 44 günlük müharibə zamanı torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi zamanı həlak olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Zahid Oruc gündəliyin birinci məsələsini - Milli Məclisin insan hüquqları komitəsinin 2020-ci il payız sessiyası dövründə gördüyü işlərə dair hesabatı diqqətə çatdırıb. Bildirib ki, 2020-ci ilin payız sessiyası dünyada hökm sürən bəşəri təhlükə şəraitində keçib. Buna baxmayaraq, parlamentimiz uğurlu platformalar taparaq fəaliyyətini bütün müstəvilərdə davam etdirib.
Payız sessiyasında komitənin 6 iclası keçirilib, 8 məsələ müzakirə olunub. Həmin dövrdə komitənin gördüyü vacib işlərdən biri Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə Azərbaycan tarixində hər zaman müqəddəs bir dövr kimi xatırlanacaq 44 günlük müharibəyə və onun nəticələrinə həsr olunmuş böyük toplantının keçirilməsi olub. Sessiya dövründə parlament üzvləri, o cümlədən komitə təmsilçiləri bütün platformalarda - informasiya, siyasi və diplomatik cəbhədə, o cümlədən vətəndaşlarımızla müxtəlif formatlı görüşlər keçirərək aktiv fəaliyyət göstəriblər. Komitə üzlərinin qeyri-hökumət təşkilatları nümayəndələri və hüquq müdafiə xarakterində çalışan qurumlarla görüşləri olub. O cümlədən Vəkillər Kollegiyası tarixində ilk dəfə olaraq, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvləri ilə görüş keçirilib. Görüşdə hüquq qanunvericiliyi istiqamətində, praktiki fəaliyyət və xüsusilə də məhkəmə sistemində aparılan islahatların qiymətləndirilməsi baxımından müzakirələr aparılıb.
Payız sessiyası dövründə Azərbaycan və Türkiyənin bütün hakimiyyət qollarının birgə fəaliyyəti kontekstində Milli Məclisin sədri Sahibə Qafarovanın dəvəti ilə Türkiyə Böyük Millət Məclisinin rəhbəri Mustafa Şentop və TBMM-in insan haqları komitəsinin sədri Hakan Çavuşoğlu ölkəmizdə səfərdə olublar. Milli Məclisin İnsan hüquqları komitəsinin rəhbərliyi, o cümlədən bir nümayəndəsi TBMM-in müvafiq komitəsinin sədri Hakan Çavuşoğlu ilə Bərdə və Tərtər rayonuna səfər etmişik və onlar orada bir gün ərzində 500-dən artıq insanla görüş keçiriblər, xüsusilə də erməni vandalizminə və terroruna məruz qalan insanlarla görüşlərdə olublar. Bunun nəticəsi olaraq, Azərbaycan və Türkiyə parlamentlərinin insan haqları komitələrinin birgə istiqamətdə fəaliyyətə dair anlaşması var və bu fəaliyyət davam etdiriləcək.
Komitə sədri diqqətə çatdırıb ki, payız sessiyası dövründə komitəyə 450-yə yaxın vətəndaşdan müraciətlər daxil olub, 200-dən artıq müraciət ayrı-ayrı hökumət strukturlarına, dövlət strukturlarına göndərilib.
İclasda komitə üzvləri Fazil Mustafa, Hikmət Məmmədov, Elman Nəsirov və Naqif Həmzəyevin fikirləri dinlənildikdən sonra hesabat səsə qoyularaq məqbul hesab edilib.
Sonra Zahid Oruc Milli Məclisin İnsan hüquqları komitəsinin 2021-ci il yaz sessiyası üçün iş planı barədə məlumat verib. Bildirib ki, yaz sessiyasında insan hüquqları üzrə müvəkkilin (ombudsmanın), insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məruzələri dinləniləcək, “Diaspor haqqında” Qanun layihəsi müzakirəyə çıxarılacaq. Həmçinin insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri ilə əməkdaşlığın inkişaf etdirilməsi, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərinin cəzalandırılması, diffamasiya və “nifrət dili” haqqında qanunvericilik sahəsində dünya təcrübəsinin təhlili istiqamətində işlər aparılacaq.
Müzakirələr zamanı komitə üzvləri Bəhruz Məhərrəmov, Elşad Mirbəşiroğlu, Fazil Mustafa, Razi Nurullayev, Hikmət Məmmədov, Jalə Əhmədova, Tahir Kərimli və Naqif Həmzəyev çıxış edərək iş planı barədə fikirlərini bildiriblər. Qeyd olunub ki, Milli Məclisin sədrinin təşəbbüsü əsasında Milli Məclisin komitələri və deputatları arasında informasiya mübadiləsi çox yüksək səviyyədə və effektiv təşkil olunub ki, bu da işin keyfiyyətinə öz müsbət təsirini göstərir. Sonra komitənin 2021-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.
İclasda “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsinə də baxılıb.
Komitənin sədri Zahid Oruc bildirib ki, Türkiyə mediasının tərkib hissəsini böyük media quruluşları təşkil edir və Türkiyə mediası qlobal medianın tərkib hissəsidir. Biz bunu praktiki olaraq 44 günlük müharibə dövründə bir daha gördük. Türkiyə mediası bizim haqq səsimizin dünyaya çatdırılmasında böyük rol oynadı. Prezident İlham Əliyevin müsahibələrinin də dünyaya yayılması Türkiyə mediası üzərindən oldu. Ona görə də bu memorandum bizim üçün mühüm əhəmiyyət kəsb edir.
Çıxış edən komitə üzvləri Hikmət Məmmədov, Elman Nəsirov və Elşad Mirbəşiroğlu bildiriblər ki, sənəd Azərbaycan-Türkiyə əməkdaşlığının yeni bir istiqamətini təyin etmək baxımından çox önəmlidir.
Sonra qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

