Azərbaycan-Türkiyə qardaşlığının və dostluğunun növbəti qələbəsi
29.04.2010 [11:03]
Bildiyimiz kimi, Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına nail olmaq, özünü düşdüyü ağır vəziyyətdən çıxara bilmək üçün son iki il müddətində demək olar ki, hər cür vasitəyə əl atıb. Bu məqsədlə Ermənistan rəsmiləri “futbol diplomatiyası”ndan da, artıq ənənəvi hal alan “soyqırımı” iddialarından da istifadə etməyə çalışıblar. Lakin Türkiyə tərəfi bütün təzyiqlərə baxmayaraq, öz sözünün üzərində sonadək dayanmağı bacardı. Baş nazir Rəcəb Tayyib Ərdoğan öz bəyanatlarında dəfələrlə bildirib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması yalnız Dağlıq Qarabağ münaqişəsinin ədalətli yolla həllindən asılıdır. Türkiyə hökumətinin başçısı bu sözləri aprel ayında ABŞ-a səfəri öncəsi və ABŞ-da olarkən prezident Barak Obamayla görüşündə də söylədi. Məlum olduğu kimi, bundan sonra danışıqların dalana dirəndiyini görən rəsmi Yerevan Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasını nəzərdə tutan Sürix protokollarının parlamentdə ratifikasiyasının “dondurulduğunu” elan etməli oldu. Bu, bir daha onu göstərir ki, Ermənistanın öz işğalçılıq siyasətini rəsmi Ankaraya qəbul etdirmək cəhdləri nəticəsiz qaldı.
İndi ermənilərin əlində Türkiyəyə qarşı yeganə təzyiq vasitəsi kimi qondarma “soyqırımı” iddiaları qalıb. Ancaq Ermənistan rəsmilərinin və erməni lobbisinin dəridən-qabıqdan çıxaraq ABŞ prezidenti Barak Obamaya “genosid” sözünü söylətmək arzusu bu il də ürəklərində qaldı. ABŞ prezidenti ötən il olduğu kimi, bu dəfə də manevr edərək ermənicə “Böyük fəlakət” anlamını verən “Meds yeghem” kəlməsini işlətməklə kifayətləndi. Bu isə ermənilərin “qondarma genosidi” bütün dünyaya tanıtdırmaq, daha sonra əsassız iddianın Türkiyənin özü tərəfindən tanınmasına nail olmaq, bununla da, Türkiyədən təzminat qoparmaq və sonda bu ölkəyə qarşı torpaq iddialarını gerçəkləşdirmək kimi dörd mərhələni əks etdirən çirkin niyyətlərdən ibarət planının gerçəkləşməsinə növbəti zərbə deməkdir. Məhz bu sonluğun yaşanmasında əsas rolu Azərbaycan-Türkiyə həmrəyliyi oynadı.
Hamıya məlumdur ki, Azərbaycan-Türkiyə münasibətləri iqtisadi maraqlardan çox mənəvi dəyərlərə söykənir ki, bu da dünya təcrübəsində nadir hal sayılır. Bu səbəbdən də, Türkiyə hər zaman Azərbaycanın yanında olub. Elə Türkiyənin 1993-cü ildə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə cavab olaraq, bu ölkə ilə sərhədləri bağlaması, iqtisadi və siyasi əlaqələrə son qoyması deyilənlərə ən tutarlı sübutdur. Eyni zamanda, Azərbaycan da Ermənistanın Türkiyəyə qarşı ərazi və “soyqırım” iddialarına cavab olaraq qardaş ölkəni rəsmi və qeyri-rəsmi səviyyələrdə hər zaman dəstəkləyib. Bu birliyin, həmrəyliyin nəticəsidir ki, Ermənistan tərəfi rəsmi surətdə Sürix protokollarının müzakirəsinin heç bir nəticə verməyəcəyini etiraf etməli oldu. Azərbaycan-Türkiyə həmrəyliyinin nəticəsidir ki, ABŞ rəsmi dairələri sərhədlərin açılmasını ürəkdən istəsələr də, Türkiyə ilə əməkdaşlığa xələl gətirməmək üçün erməniləri növbəti dəfə məyus etdilər.
Beləliklə, hadisələrin bu gedişatı bir daha göstərir ki, Ermənistan rəsmiləri protokollarla, “soyqırımı” iddiaları ilə nə qədər manevr etməyə çalışsalar da, onların, əslində, yeganə çıxış yolu mövcuddur. Bu yol Ermənistanın Dağlıq Qarabağ və yeddi rayonun işğalından əl çəkməsindən ibarətdir və yalnız belə olan halda ermənilər, nəinki Türkiyə ilə, Azərbaycanla da sərhədlərin açılmasına ümid bəsləyə bilərlər. Hazırkı durumda isə rəsmi Yerevanın Azərbaycanla Türkiyə arasına nifaq salmaq yolu ilə öz niyyətlərini gerçəkləşdirmək cəhdləri Ermənistanın “ətlə dırnağın arasına girənin” aqibətini yaşamasına gətirib çıxardı.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

