/ / Qulamhüseyn Əlibəyli: Azərbaycan-Türkiyə əməkdaşlığı regionda sülhün, sabitliyin və inkişafın təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir
Qulamhüseyn Əlibəyli: Azərbaycan-Türkiyə əməkdaşlığı regionda sülhün, sabitliyin və inkişafın təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir
27.02.2021 [14:32]
“Bu günlərdə Azərbaycanın Baş nazirinin rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyətinin Ankaraya səfəri Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir”.
Bu fikirləri qəzetimizə açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində Türkiyə-Azərbaycan Biznes Forumunun keçirilməsi, Forumun sonunda hökumət üzvləri və iş adamları arasında əməkdaşlığa dair 11 sənədin imzalanması, eyni zamanda İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi iki ölkə arasında siyasi, iqtisadi, mədəni, sosial, təhsil və digər sahələrdə əməkdaşlığın daha da inkişafına təkan verəcək: “Bu baxımdan, demək olar ki, Azərbaycanla Türkiyə arasındakı dostluq və müttəfiqlik münasibətləri yüksək səviyyədədir. İki dövlətin yaxınlaşması Türk dünyasına daxil olan ölkələrin əlaqələrinə də kömək edəcək. Bütün sahələrdə Azərbaycan-Türkiyə əməkdaşlığı regionda sülhün, sabitliyin və inkişafın təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir".
Q.Əlibəyli deyib ki, Türkiyənin işğaldan azad olunmuş ərazilərin bərpasında da hərtərəfli dəstək verəcəyi şübhəsizdir: "Məlum olduğu kimi, artıq işğaldan azad olunan ərazilərdə yenidənqurma və bərpa işlərinə başlanıb. Sözsüz ki, bu işlərdə yerli şirkətlərlə bərabər, Türkiyənin dövlət və özəl şirkətlərinin iştirakı da təmin olunur. Belə ki, Türkiyə şirkətləri artıq azad edilmiş ərazilərdə infrastruktur layihələrinin icrasında yer alırlar. Bütün bunlar iki qardaş ölkənin azad edilmiş Qarabağ torpaqlarında əməkdaşlığına töhfə verəcək".
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10

