/ / Bakıda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 87-ci ildönümünə həsr edilmiş beynəlxalq elmi konfrans işə başlayıb
Bakıda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 87-ci ildönümünə həsr edilmiş beynəlxalq elmi konfrans işə başlayıb
29.04.2010 [11:04]
Tədbirə dünyanın 10 ölkəsindən 50-yə yaxın mütəxəssis qatılıb. Konfransda Zərifə xanım Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, görkəmli alimin elmi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyev konfransı açaraq bildirib ki, tibb elmində böyük xidmətləri olan görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva Azərbaycanın XX əsrdə ən tanınmış alim və şəxsiyyətlərindən biridir. Alimin Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var.
Nazir bildirib ki, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.
Moskva şəhərində Mərkəzi həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmolgiya üzrə ixtisaslaşdırma kursu keçmiş Zərifə xanım 1950-ci ildə aspiranturaya daxil olub. Uğurlu elmi axtarışlar nəticəsində alim oftalmologiya elminə böyük töhfələr verib və müxtəlif məsul vəzifələrdə çalışıb.
Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov, Türk Cümhuriyəti Oftalmoloji Dərnəyinin sədri Sunay Duman, Rusiya Tibb Elmləri Akademiyasının akademikləri Alevtina Brovkina, Larisa Moşetova və başqaları bütün mənalı ömrünü oftalmologiya elminin inkişafına həsr edən Zərifə xanımın zəngin elmi irsi, bu gün də öz aktuallığını itirməyən tədqiqatları, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlərindən danışıblar. Bildirilib ki, Zərifə xanım vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirmə təklifinin müəllifidir. Görkəmli alim yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına da böyük əmək sərf edib.
Zərifə Əliyeva ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafıə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, ümumittifaq “Vestnik oftalmologii” jurnalının redaksiya heyətinin üzvü olub.
Yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Tədbirdə Zərifə Əliyevaya həsr olunmuş kitabın təqdimatı da olub.
Aprelin 30-dək davam edəcək konfrans öz işini bölmə iclaslarında davam etdirib.
Xəbər lenti
Hamısına baxElm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54

