/ / İtaliya mətbuatı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsinə dair məqalələr yayıb
İtaliya mətbuatı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsinə dair məqalələr yayıb
08.04.2021 [08:41]
İtaliyanın “Politicamente Corretto”, “Askanews”, “Agenzia Nova”, “Yahoo Notizie”, “KmetroO” kimi kütləvi informasiya vasitələrində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mina təhlükəsi barədə məqalələr dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalələrdə Beynəlxalq Mina Xəbərdarlığı və Minalara Qarşı Mübarizə Günü münasibətilə ADA Universitetində təşkil olunmuş tədbirdə səsləndirilmiş fikirlərə geniş yer verilib.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev tədbirdə çıxış edərək, Ermənistanın Azərbaycan ərazilərində basdırdığı minaların mülki əhalinin təhlükəsizliyi, sağlamlığı və həyatı üçün ciddi bir təhlükə yaratdığını, eləcə də sosial-iqtisadi inkişafa mane olduğunu vurğulayıb.
H.Hacıyev bildirib ki, ölkələr tərəfindən minalara qarşı mübarizə şəraitinin yaradılması və səylərin inkişaf etdirilməsi məsələsi çox vacib əhəmiyyət kəsb edir. Bu, xüsusən də minalardan zərər çəkmiş ölkələrə aiddir. Təəssüf ki, Azərbaycan minalardan zərər çəkmiş ölkələr kateqoriyasına daxildir. Həmçinin vurğulanıb ki, hərbi əməliyyatlar zamanı və ya hərbi vəziyyətlərdə mülki şəxslər hədəfə alınmamalıdır.
Prezidentin köməkçisi, eyni zamanda, vurğulayıb ki, azad olunmuş ərazilərində qalan hər bir mina Ermənistan tərəfindən Azərbaycan vətəndaşlarına və mülki əhaliyə təhdid təşkil edir.
Hikmət Hacıyev xüsusi qeyd edib ki, minaların yaratdığı əlillik ağır fəsadlarla müşayiət olunur, qurbanlar, onların ailələri və ümumilikdə cəmiyyətin rifahına mənfi təsir göstərir. Minaların qurbanları ölçüyəgəlməz dərəcədə fiziki ağrı, psixoloji və emosional zədə alırlar. Piyada əleyhinə minalar Ermənistan tərəfindən məqsədyönlü qisas strategiyasının bir hissəsi kimi mülki əhalini terrora məruz qoymaq və təxminən 30 ildən bəri davam edən etnik təmizləmə siyasətinin nəticələrini aradan qaldırılmasını əngəlləmək üçün istifadə olunur.
Ermənistanın minalanmış ərazilərin xəritələrini təhvil verməməsi məsələsinə də toxunan Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Ermənistanın xəritələri verməkdən imtina etməsi də iki ölkə arasında sülh və etimadın yaranmasına mənfi təsir göstərir, ölkələr arasında, eyni zamanda, bölgədəki sabitliyi və əmin-amanlığı əngəlləyir. İşğaldan azad edilmiş ərazilərə səpələnmiş minalar sosial-iqtisadi inkişafa mane olur və 2030-cu ilədək davamlı inkişaf proqramı çərçivəsində Azərbaycanın hədəflərinə çatmaq üçün ciddi maneə törədir. Hazırda Azərbaycanın azad edilmiş ərazilərini minalardan və digər partlayıcı qurğulardan təmizləmək Azərbaycan hökumətinin əsas prioritetlərindən biridir.
Sonda Hikmət Hacıyev diqqətə çatdırıb ki, minaların basdırılması çətin olmasa da, onların çıxarılması son dərəcə ləng, təhlükəli və bahalı bir işdir. Minaların təmizlənməsi Azərbaycan hökumətinin prioritetlərindən biri kimi müəyyən edilib.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14

