/ / Fahrettin Altun: Türkiyə işğaldan azad edilmiş ərazilərin bərpasında Azərbaycanın yanında olacaq
Fahrettin Altun: Türkiyə işğaldan azad edilmiş ərazilərin bərpasında Azərbaycanın yanında olacaq
13.04.2021 [09:10]
Bu torpaqlara gələn zaman Qarabağ zəfərinin necə böyük zəfər olduğunu bir daha açıq şəkildə anladıq. Bunu ürəkdən hiss etdik. Şəhid olan bütün qardaşlarımıza Allahdan rəhmət, yaralılara uzun ömür diləyirik. Bu zəfər üçün onlara minnətdarıq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun Ağdam şəhərində jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu qələbə Azərbaycan, bölgə və Türkiyə üçün böyük bir zəfərdir: “30 illik işğal sona çatdırıldı. Həqiqətən, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində işğal aradan qaldırıldı və bölgə azad edildi. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə bu haqlı mübarizədə Azərbaycana dəstək verdi. Bu gün bunun qürurunu yenidən burada yaşadıq”.
Fahrettin Altun Ağdamda gördüyü erməni vəhşiliyindən bəhs edərək deyib: “Buradakı zülmü, əziyyəti və barbarlığı gördük. Bu, bənzəri olmayan bir barbarlıqdır. Burada barbarlıq olan zaman dünyanın, beynəlxalq təşkilatların necə ikiüzlü bir mövqe sərgilədiyini də gördük. Baxın, burada mədəniyyət abidələri tar-mar edilib. Amma özünü dünyanın mədəniyyət abidələrini qorumaq məsuliyyəti daşıyan qurumlardan heç bir səs çıxmayıb. Ona görə də buradakı mədəniyyət abidələri məhv edilib. Bu abidələr, əslində, türklüyün və İslamın izlərini itirmək üçün məhv edilib. Amma bunu bacarmadılar, bacara bilməyəcəklər. Çünki bu torpaqlar türklərin, İslamın torpaqlarıdır”.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri işğaldan azad edilən torpaqların yenidən bərpa ediləcəyini vurğulayıb: “Azərbaycan sahibi olduğu torpaqları işğaldan azad etdi. Bir milyon azərbaycanlı qardaşımız bu torpaqlara dönəcək. Bu ərazilər yenidən bərpa olunacaq. Türkiyə dövlət və özəl qurumları ilə bu ərazilərin bərpasında iştirak edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfəri zamanı dedi ki, biz bölgənin sülh göyərçinləri olmaq istəyirik. Eyni zamanda, bölgənin əsas oyunçuları olaraq bir daha belə işğala imkan verməyəcəyimizi göstərdik. Ağdam da, Şuşa da, işğaldan azad edilən digər ərazilər də bərpa ediləcək, inkişaf edəcək, dünyanın cazibə mərkəzlərindən birinə çevriləcək. Biz bu yöndə bütün gücümüzlə azərbaycanlı qardaşlarımızın yanındayıq. İnşallah, birlikdə bu ərazilərin bərpasını, inkişafını təmin edəcəyik”.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun UNESCO-ya müraciət edərək deyib: “Mən buradan UNESCO başda olmaqla bütün beynəlxalq təşkilatlara səslənərək bildirmək istəyirəm ki, ikili standartları kənara qoysunlar. Burada barbarlıq həyata keçirilib, mədəniyyət abidələri məhv edilib. Bu gerçəkləri heç bir şəkildə saxlaya bilməzlər”.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

