/ / Azərbaycan Prezidentinin ADA Universitetində keçirilmiş beynəlxalq konfransdakı çıxışı dünya mediasının gündəmində
Azərbaycan Prezidentinin ADA Universitetində keçirilmiş beynəlxalq konfransdakı çıxışı dünya mediasının gündəmində
20.04.2021 [09:12]
Prezident İlham Əliyevin çıxışını AZƏRTAC-a istinadla 50-yə yaxın ölkənin 75-dən çox informasiya resursu işıqlandırıb
Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilmiş “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışı dünya mediasının gündəmində yer almaqdadır.
Konfransdan sonrakı bir həftə ərzində 50-yə yaxın ölkənin 75-dən çox informasiya resursu AZƏRTAC-a istinadla dövlətimizin başçısının çıxışından sitatlar verib, diqqəti Qarabağın bərpası prosesinə, Cənubi Qafqazda yaranmış yeni reallıqlara, regionun gələcəyinə dair baxışlara, Azərbaycanın qonşuları ilə münasibətlərinə və ümumilikdə beynəlxalq ictimaiyyətə ünvanlanmış mesajlara yönəldib. Həmin materiallarda, həmçinin Ermənistanın müharibə cinayətlərinə, minalanmış ərazilərin xəritəsinin hələ də Azərbaycana verilməməsi ilə bağlı məsələlərə də toxunulub.
Mövzuya ən çox dost və qardaş ölkələrin KİV-lərində müraciət olunub və bu, təsadüfi deyil. Prezident İlham Əliyevin beynəlxalq konfransda söylədiyi “İtaliya bizim yaxın dostumuz və tərəfdaşımızdır” fikri dost ölkənin media orqanlarının əsas xəbər başlığına çevrilib. “İl Giornale”, “Faro di Roma”, “Agenzia Nova” və “MSN Notizie” kimi populyar xəbər saytlarında yayılan informasiyalarda Azərbaycan Prezidentinin İtaliyanı yaxın dost və tərəfdaş ölkə kimi səciyyələndirməsi, iki ölkə arasında əməkdaşlığın müharibə zamanı və müharibədən sonrakı dövrdə sınaqdan keçdiyi, qarşıda yeni tərəfdaşlıq imkanlarının açıldığı vurğulanır.
Qardaş Türkiyənin DHA və İHA xəbər agentlikləri, “Haber Global”, “Haber türk” telekanalları, “Sabah”, “Hürriyet” və digər qəzetləri də dövlətimizin başçısının çıxışındakı maraq doğuran fikirlərə geniş yer ayırıb. Xəbər və reportajlarda qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq konfransdakı çıxışı regiondakı mövcud vəziyyəti və perspektivləri qiymətləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir, yol xəritəsi təsiri bağışlayır.
Son bir neçə gündə ərəb ölkələrinin nüfuzlu media resursları - WAM, Petra, UNA, KUNA və digər saytlar, eləcə də Bolqarıstanın “FOCUS NEWS”, Pakistanın APP agentliyi və NHT xəbər portalı, Latın Amerikası ölkələrinin İnfogate, Telam agentlikləri, Kosta-Rikanın LA NACİON informasiya portalı beynəlxalq konfransda səsləndirilən önəmli fikirləri oxucuları ilə bölüşüblər. Materiallarda vurğulanır ki, Azərbaycan lideri regionda əməkdaşlıq əlaqələrinin inkişafında maraqlıdır. Prezident İlham Əliyev dünya siyasətində hökm sürən ikili standartlara qarşı çıxır, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasını istəyir.
Xarici KİV-də yayılan xəbərlərdə, həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, torpaqların işğaldan azad edilməsindən sonra regionda yaranmış yeni geosiyasi vəziyyətdən və maraq doğuran digər məsələlərdən bəhs olunur.
Bununla yanaşı, tanınmış xarici ekspertlər Azərbaycan Prezidentinin çıxışındakı bir sıra nüansları AZƏRTAC-ın xahişi ilə şərh edib, konfransda toxunulan məsələlərə münasibət bildiriblər. Məsələn, ABŞ-dan olan beynəlxalq ekspert Piter Teyz, Macarıstanın ingilis dilində yayımlanan “Daily News Hungary” internet resursunun yaradıcısı Alpar Kato, Ukrayna Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyanın direktoru Gennadi Nadolenko, Kral I Xuan Karlos adına Universitetin hüquq professoru, Panavropa Beynəlxalq İttifaqının üzvü Karlos Uriarte Sançes və başqaları AZƏRTAC-a müsahibələrində ADA Universitetində təşkil edilmiş beynəlxalq konfransın əhəmiyyətindən danışıb, tədbirin gedişində çox maraqlı diskussiyalar aparıldığını, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakçıların bütün suallarına aydın və birmənalı cavablar verdiyini bildiriblər.
Qeyd edək ki, Azərbaycan Prezidentinin çıxışına dair materiallar bundan əvvəl Türkiyənin Anadolu Ajansı, Yeni Haber, Sözcü, Demirören Haber Ajansı, Gazete Vatan, Yeni Şafak, Rusiyanın TASS, REGNUM, RİA Novosti, Vestnik Kavkaza, Vzqləd, News.ru, Lenta.ru, Kommersant, Eurasia Daily, RBK, Federalğnoe Aqenstvo Novostey, Life, RT, İzvestiə, Vesti, Nezavisimaə Qazeta, Ukraynanın “Ukrinform”, “RBK Ukrayna” informasiya agentlikləri, “Segodnya”, “Korrespondent”, “Dialog”, “asmedia.kiev.ua”, GuildHall, 24tv.ua, News.ua, Espreso, Delovaə Stoliüa və digər KİV-lərində geniş işıqlandırılıb. Eləcə də yaxın qonşumuz olan Gürcüstanda böyük maraq doğuran konfrans barədə bu ölkənin report.ge, interpress.ge, 24news.ge, kvira.ge, aktual.ge, ghn.ge, accentnews.ge, 1tv.ge, KavkazPlu xəbər portallarında materiallar yerləşdirilib. Bolqarıstanın Focus-News, Livanın IMLebanon News, Misirin Aldiplomacy, Pakistanın Urdu Point, Hindistanın United News of India kimi media orqanları və digər ölkələrin xəbər portalları da aprelin 13-də keçirilmiş beynəlxalq konfransda Azərbaycan Prezidentinin fikirlərinə geniş yer ayırıb. Bu ölkələrin və media resurslarının siyahısını xeyli uzatmaq olar.
Sözügedən media orqanları mövzunu AZƏRTAC-ın materiallarına istinadla işıqlandırmaqla yanaşı, agentliyin fotolarından da istifadə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

