Pərvin Kərimzadə: Siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməlidir
27.04.2021 [08:39]
“ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı “soyqırımı” ifadəsini işlətməsi qəbuledilməzdir. Əslində, Baydenin bu fikri səsləndirməsi ABŞ-ın geosiyasi və strateji maraqlarına ziddir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, belə bir bəyanat qarşılıqlı münasibətlərə və strateji tərəfdaşlığa qətiyyən uyğun deyil. İllər öncə Türkiyə tərəfi bu məsələ ilə bağlı vacib təşəbbüslərlə çıxış edib. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistana tarixçilərdən ibarət ortaq komissiyanın yaradılmasını və arxivlərin açılmasını təklif edib. Amma erməni tərəfi bundan imtina edib. Çünki tarixdə belə bir “soyqırımı” olmayıb. Yeganə həqiqət budur. Digər tərəfdən, tarixdə baş verən hadisələrlə bağlı siyasətçilər deyil, tarixçilər məşğul olmalıdır.
Millət vəkilinin sözlərinə görə, əsl həqiqət ondan ibarətdir ki, tarixdə dəfələrlə ermənilər türk-müsəlmanlara qarşı qətliamlar, soyqırımlar törədiblər. Tarixdən məlum olduğu kimi, 1905-1907, 1918-1920-ci illərdə erməni-daşnakları azərbaycanlılara qarşı kütləvi qətliamlar törədiblər. Erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamı olan Xocalı faciəsi zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 3 nəfər diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları və başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə yarılıb. Erməni təcavüzkarlarının törətdikləri bu vəhşilik yaddaşlardan heç zaman silinməyəcək. Bu, təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş beynəlxalq cinayətdir. ABŞ Prezidenti əgər ədalətlidirsə, obyektivdirsə, bu hadisələrə münasibət bildirsin.
Pərvin Kərimzadə söyləyib ki, insanlığa sığmayan cinayət aktını törədən erməni millətçiləri və onların havadarları öz siyasi məqsədləri naminə tarixdə heç zaman olmayan uydurma “soyqırımı”nı gündəmə gətirməyə çalışırlar: “Saxta erməni tarixçiləri nə vaxtsa “böyük Ermənistan” adlı dövlətin mövcud olmasını iddia edir və bu uydurma dövlətin ərazisinin Azərbaycan, Türkiyə və Gürcüstan torpaqları olduğunu göstərirlər. Özlərini erməni adlandıran bu etnosun tarixinə nəzər saldıqda onların çox zaman böyük dövlətlərin hakimiyyəti altında olduğunu, “böyük Ermənistan” adının çəkildiyi tarixdə bu adda dövlətin mövcud olmadığının şahidi oluruq. İlk mənbələr sübut edir ki, tarixi saxtalaşdıran ermənilərin və ermənipərəst müəlliflərin dəqiq mənbələrə söykənən dəlilləri olmadığı üçün cızma-qaralarının heç bir elmi əsası yoxdur. Aydın məsələdir ki, təcavüzkar erməni millətçiləri yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətini dünyada erməni birliyini bir arada tutmağa çalışan “erməni soyqırımı” pərdəsi arxasında gizlətməyə çalışıblar. Onlar yaxşı bilirlər ki, qondarma “erməni soyqırımı” iddiasının iç üzü ortaya çıxsa erməni birliyi dağılmış olar, erməni lobbisinin və onlara havadarlıq edən bəzi böyük güclərin siyasi ambisiyalarının məkrli planları baş tutmaz”.
Deputat qeyd edib ki, belə bir halda ABŞ Prezidenti Co Baydenin erməni saxtakarlarının mövqeyini dəstəkləməsi Amerikanın maraqlarına zərbə vurur: “Bununla da o, təkcə Türkiyə ilə deyil, bütün Türk dünyası ilə münasibətlərini şübhə altına alır. 44 günlük Vətən müharibəsində Azərbaycan qələbə qazanaraq işğal altında olan torpaqlarını azad etdi. İşğalçı Ermənistan məğlub oldu. Azərbaycan və Türkiyə iki qardaş ölkə olaraq hər zaman bir-birinin yanındadır. “Erməni soyqırımı”nın saxta tarix olduğunu birlikdə bütün dünyaya sübut edəcəyik. Aprelin 24-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığında da dövlətimizin başçısı bu qərarın yanlış olduğunu bildirib, onu tarixi səhv adlandırıb. Bu yanaşmanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğu xüsusi qeyd edilib. Azərbaycanın hər zaman Türkiyənin, Türkiyənin də hər zaman Azərbaycanın yanında olduğu vurğulanıb. Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Xarici İşlər Nazirliyi, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar, həmçinin siyasətçilərimiz, ziyalılarımız, bütün vətəndaşlar ABŞ Prezidentinin ABŞ-ın geosiyasi maraqlarına uyğun olmayan, tarixin saxtalaşdırılmasına şərik olan bəyanatına sərt münasibətlərini bildiriblər. Siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməlidir”.
Xəbər lenti
Hamısına baxElm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22

