/ / Romada Azərbaycan və İtaliya parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
Romada Azərbaycan və İtaliya parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
19.05.2021 [08:47]
Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İtaliya tərəfinin dəvəti ilə mayın 17-dən Romada səfərdədir. AZƏRTAC xəbər verir ki, Milli Məclisin Sədri səfər çərçivəsində mayın 18-də Qustiniani sarayında İtaliya Senatının Sədri Maria Elisabetta Alberti Kasellati ilə görüşüb.
İtaliya Senatının Sədri Milli Məclisin Sədri Sahibə Qafarovanı və nümayəndə heyətini salamlayaraq İtaliyanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. 2018-ci ildə Bakıya səfərini xatırladan M.Kasellati iki ölkə arasında həm hökumətlərarası, həm də parlamentlərarası münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib.
İtaliya Senatının Sədri xüsusi olaraq vurğulayıb ki, COVID-19 pandemiyasının dünyadakı təhlükəli fəsadlarına baxmayaraq, İtaliya-Azərbaycan münasibətləri yüksək səviyyədə inkişaf edir.
Azərbaycanın sabit və davamlı inkişaf etdiyini vurğulayan M.Kasellati xüsusi olaraq iqtisadiyyat sahəsində əldə olunan nailiyyətləri təqdir edib.
Azərbaycan tərəfindən həyata keçirilən layihələrin, xüsusilə TAP-ın əhəmiyyətini qeyd edən M.Kasellati, bu layihəni Avropaya açılan qapı kimi qiymətləndirib. Senatın Sədri neft və qazla zəngin ölkə olan Azərbaycanda iqtisadiyyatın şaxələndirilmiş formada inkişaf etdiyini və 2018-ci ildə ölkəmizə səfəri zamanı bunun bir daha şahidi olduğunu söyləyib.
M.Kasellati Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun gördüyü işləri xüsusilə alqışladığını bildirib. O, mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, mədəniyyəti xalqlar arasında körpü kimi qiymətləndirib.
Görüşdə Milli Məclisin Sədri Sahibə Qafarova göstərilən qonaqpərvərliyə və rəsmi səfərə dəvətə görə Senatın Sədrinə təşəkkürünü bildirib, qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Sahibə Qafarova hazırda ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bildirərək, 2018-ci və 2020-ci illərdə dövlət başçılarının qarşılıqlı səfərlərinin münasibətlərin dinamik inkişafında mühüm rolunu diqqətə çatdırıb.
Milli Məclisin Sədri ölkələrimiz arasında münasibətlərin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolundan söz açıb, 2020-ci ilin İtaliyada “Azərbaycan mədəniyyət ili” elan olunmasının, film festivalları keçirilməsinin əhəmiyyətindən danışıb.
Daha sonra parlamentlərarası münasibətlərə toxunan Milli Məclisin Sədri qeyd edib ki, hazırda ölkələrimizin parlamentləri arasında münasibətlər yüksək səviyyədədir, dostluq qrupları arasında əlaqələr qənaətbəxşdir.
44 günlük Vətən müharibəsi barədə danışan Milli Məclisin Sədri Qarabağ münaqişəsinin artıq həll olunduğunu və tarixə çevrildiyini vurğulayıb. Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan 30 illik işğala son qoyub və BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edib. Hazırda isə Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasını həyata keçirir.
Milli Məclisin Sədri Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı və artıq azad olunmuş torpaqlarımızda törətdiyi dağıntılar, şəhərləri yerlə-yeksan etməsi, mədəni, tarixi abidələri məhv etməsi faktlarını qeyd edib. S.Qafarova Ermənistanın növbəti təxribatını - minalanmış ərazilərin xəritəsini vermək istəmədiyini də diqqətə çatdıraraq bildirib ki, bunun nəticəsində həm mülki şəxslər, həm də hərbçilər həlak olurlar.
Milli Məclisin Sədri qeyd edib ki, beynəlxalq ictimaiyyət bununla bağlı Ermənistana təzyiq göstərməlidir. Çünki minalanmış ərazilərin xəritələrinin verilməməsi, bundan imtina edilməsi beynəlxalq hüququn bütün normalarına görə hərbi cinayətdir.
Söhbət zamanı Sahibə Qafarova ölkəmizdə mövcud olan tolerantlıq və multikulturalizm mühitindən danışaraq, Azərbaycanın bu sahədə nümunə olduğunu vurğulayıb.
Ermənistan tərəfindən terrorçuların hərbi əsirlər kimi təqdim olunması cəhdlərinə də toxunan Milli Məclisin Sədri qeyd edib ki, Azərbaycanda hərbi əsirlər yoxdur, bütün hərbi əsirlər təhvil verilib. Azərbaycanda saxlanılan şəxslər isə terrorçulardır, çünki onlar 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisinə təxribat məqsədilə göndəriliblər.
Söhbət zamanı Milli Məclisin Sədri Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən İtaliya parlamentinin nümayəndələrinə təşəkkürünü bildirib.
Görüşdə iki ölkə arasında parlamentlərarası əlaqələrin bu günü və inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10

