/ / Azərbaycan İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı səylər göstərir
Azərbaycan İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı səylər göstərir
21.06.2021 [08:45]
Prezident İlham Əliyev: Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvüdür və həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində üzv dövlətlərlə sıx əməkdaşlıq edir
Azərbaycanın milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasəti ölkəmizə dünya miqyasında böyük nüfuz qazandırıb. Regional və qlobal əməkdaşlığın, təhlükəsizliyin möhkəmlənməsinə sanballı töhfələr verən respublikamız qısa müstəqillik tarixində dünyanın əksər dövlətləri, həmçinin aparıcı beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlara əsaslanan sıx təmaslar qurmağa nail olub.
Azərbaycanın xarici siyasət kursunda prioritet istiqamətlərdən birini də İslam ölkələri ilə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi təşkil edir. Qürurverici haldır ki, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatında (İƏT) uğurla təmsil olunur və qurumun tədbirlərində fəal şəkildə iştirak edir. Bunun təsdiqi olaraq vurğulayaq ki, İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə elə bu günlərdə - iyunun 16-da onlayn formatda keçirilən ikinci Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim edilib. Çıxışında respublikamızın İƏT-lə əməkdaşlığının hazırkı yüksək səviyyəsindən məmnunluğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvüdür və həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində üzv dövlətlərlə sıx əməkdaşlıq edir”.
Azərbaycanın qısa müstəqillik tarixində bütün müsəlman dünyasının nüfuzlu ölkələrindən birinə çevrilməsi son dərəcə qürurverici haldır
Xatırlatmaq yerinə düşər ki, İslam Əməkdaşlıq Təşkilatı 1969-cu ildə müsəlman ölkələri arasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsi, İslam dəyərlərinin və irsinin qorunması məqsədilə təsis edilib. Qurum 2011-ci ilədək İslam Konfransı Təşkilatı adlandırılıb. Baş qərargahı Səudiyyə Ərəbistanın Ciddə şəhərində yerləşən qurumun hazırda 57 üzvü var. Təşkilat BMT yanında müşahidəçi statusa malikdir. İƏT-in fəaliyyət istiqamətləri üzrə siyasi qərarlar üç ildən bir keçirilən İslam Zirvə görüşündə verilir. Hər il keçirilən İslam ölkələri Xarici İşlər nazirlərinin konfranslarında Zirvə görüşündə qəbul edilmiş qərarların icrası nəzərdən keçirilir. Təşkilatın icraedici orqanı Baş Katiblikdir. Baş Katibliyə üzv dövlətlər tərəfindən beş illik müddətə seçilən Baş katib rəhbərlik edir. 2016-cı ildən İƏT-in Baş katibi vəzifəsini Yusif bin Əhməd Əl-Oseymin (Səudiyyə Ərəbistanı) tutur. Azərbaycanın qısa müstəqillik tarixində bütün müsəlman dünyasının nüfuzlu ölkələrindən birinə çevrilməsi və İƏT-in fəaliyyətində yaxından iştirak etməsi son dərəcə qürurverici haldır.
Respublikamız öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikaları arasında ilk olaraq İƏT-ə üzv olmaq barədə müraciət ünvanlayıb və 1991-ci il dekabrın 8-də qurumun Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul edilib. Ötən dövrdə Azərbaycanın müsəlman dünyasında böyük nüfuza malik dövlətə çevrilməsi ölkəmizin apardığı siyasətin məntiqi nəticəsidir. Biz dini kimliyimizlə, İslam aləminə məxsus olmağımızla qürur duyuruq. İslam dini Azərbaycan xalqının həyatına VII əsrdən başlayaraq daxil olub və həmin dövrdən etibarən milli-mənəvi dəyərlərimizin formalaşmasında və zənginləşməsində mühüm rol oynayıb. Belə ki, bəşəriyyəti saflığa, vəhdətə səsləyən İslam dininin çağırışları xalqımızın həyata baxışının, yaşam fəlsəfəsinin formalaşmasına öz müsbət təsirini göstərib. Eyni zamanda, ölkə ərazisində mövcud olan “Əshabi-Kəhf” ziyarətgahı, “Bibiheybət” məscid-ziyarətgah kompleksi, Gəncə “İmamzadə” kompleksi və digər çoxsaylı abidələr Azərbaycanın İslam dini-mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfəsi kimi qiymətləndirilə bilər. Azərbaycan xalqı haqlı olaraq qürur duyur ki, bütün İslam dünyasının ən qədim abidələrindən olan Şamaxı Cümə məscidi 743-cü ildə məhz ölkəmizin ərazisində inşa edilib. Bu abidənin inşası bir daha təsdiqləyir ki, Azərbaycan böyük İslam coğrafiyasının qədim və zəngin mədəniyyətə malik olan məkanlarından biridir. 2014-cü il 26 dekabr tarixində Bakıda Cənubi Qafqazda ən böyük məscidin - Heydər Əliyev məscidinin istifadəyə verilməsi Azərbaycanda müasir dövrdə də İslam dəyərlərinə dərin hörmətlə yanaşıldığını təsdiqləyir. İndiyədək ölkəmizdə İslamı təmsil edən 933 dini qurum dövlət qeydiyyatına alınıb və respublikamızın ərazisində 2250 məscid mövcuddur.
Azərbaycan, eyni zamanda, İslam ölkələri arasında həmrəyliyin möhkəmlənməsinə sanballı töhfələr verir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunub. Ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi İslam aləminə və bütün dünyamıza əmin-amanlıq, həmrəylik çağırışları kimi qiymətləndirilməlidir. Hazırda bir sıra ölkələrdə islamofobiyanın geniş vüsət almasına rəğmən, ölkəmiz ümumbəşəri İslam dəyərlərinin təbliği istiqamətində ardıcıl səylər göstərir. Azərbaycan, həmçinin 2008-ci ildən başlayan “Bakı prosesi” çərçivəsində İslam ölkələri ilə Avropa dövlətlərini bir araya gətirməyə nail olub. Bundan başqa, deyə bilərik ki, son illərdə Azərbaycan İƏT-ə üzv ölkələrin nazirlərinin görüş yerinə çevrilib. İƏT Baş katibinin və təşkilatın məsul şəxslərinin intensiv şəkildə Azərbaycana səfərə gəlmələri ölkəmizin müsəlman dünyasında nüfuzunun və mövqeyinin artmasının əyani göstəricisidir. Prezident İlham Əliyev Azərbaycanın dünyada İslam həmrəyliyinin gücləndirilməsinə mühüm töhfələr verdiyini diqqətə çatdıraraq “Azərbaycan hər zaman İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində səylər göstərib. 2017-ci ildə 54 dövlətin iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyimiz bunun növbəti təzahürü idi. Bununla yanaşı, biz, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin vətəndaşları üçün ölkəmizdə təhsil almaq imkanı verən təqaüd proqramına da başlamışıq”, - deyə vurğulayıb.
İƏT ötən dövr ərzində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən 80-dən artıq qətnamə qəbul edib
Öz növbəsində, İƏT Azərbaycanın beynəlxalq səviyyədə İslam və digər sivilizasiyalar arasında əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfələri yüksək dəyərləndirir. Qurum Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini də həmişə birmənalı şəkildə pisləyib. İƏT ötən dövr ərzində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən 80-dən artıq qətnamə qəbul edib. 2016-cı ildə Təmas Qrupunun təsis edilməsi İƏT-in Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə necə böyük önəm verdiyini əyani şəkildə təsdiqləyir.
Dünyada nüfuzu getdikcə artan İƏT Azərbaycana növbəti birmənalı dəstəyini ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində göstərdi. Əlbəttə, burada söhbət heç də hərbi dəstəkdən getmir. Bütövlükdə, beynəlxalq təşkilat olan İƏT müharibənin ilk günlərindən Azərbaycana mənəvi-siyasi dəstək verdi. Bu, ədalətli müharibə aparan ölkəmizə, ordumuza əlavə güc verdi və biz 44 günlük müharibədə şanlı qələbə qazanaraq ərazi bütövlüyümüzü təmin etdik. Prezident İlham Əliyev Azərbaycan dövlətinin və xalqının dost ölkələrin dəstəyini minnətdarlıq hissi ilə dəyərləndirdiyini nəzərə çatdıraraq vurğulayıb: “Biz müharibə zamanı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən nümayiş etdirilən qətiyyətli mövqeyi yüksək qiymətləndiririk. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanı dəstəkləyən bəyanatlarla çıxış edib”.
Xatırlatmaq yerinə düşər ki, üç onillik ərzində işğal altında qalan ərazilərimizdə İslam irsinə aid tarixi-dini abidələrimizə qarşı ermənilər tərəfindən vandalizm əməlləri törədilib. Bütövlükdə, bəhs olunan ərazilərimizdə yerləşən 67 məsciddən 65-i yerlə-yeksan edilib, iki məscidə isə ciddi zərər dəyib və onlar təhqir edilib. Prezident İlham Əliyev çıxışında həmkarlarına bizim şəhər və kəndlərimizin işğaldan əvvəl və sonrakı vəziyyəti ilə bağlı qısa məlumat və fotoşəkillərdən ibarət təsviredici kitab göndərəcəyini bildirib. Həmin kitabda Azərbaycanın dini və tarixi abidələrinin tamamilə məhv olunması və darmadağın edilməsi öz əksini tapıb. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu il İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi, İslam Əməkdaşlıq Təşkilatının Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı Təmas Qrupunun üzvləri, habelə ICESCO-nun nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib və Ermənistanın İslam irsinə qarşı törətdiyi vandalizmin şahidi olub. “İslam Əməkdaşlıq Təşkilatı öz qətnamələrində Azərbaycanın keçmiş işğal altında olan torpaqlarında Ermənistan tərəfindən İslam tarixi və mədəniyyət nümunələrinin, ibadət yerlərinin dağıdılması və təhqir edilməsini qətiyyətlə pisləyib”, - deyə dövlətimizin başçısı bildirib.
Azərbaycanda neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir
Elm və texnologiya bəhs olunan Zirvə toplantısının mövzusu olduğuna görə, Prezident İlham Əliyev bu sahədə Azərbaycanın niyyətini və tətbiq etdiyi yenilikləri də diqqətə çatdırıb. Dövlət başçımız bildirib ki, hökumət innovasiyaların və startap ekosistemlərinin inkişafı ilə bağlı əməli addımlar atır. “Bu yaxınlarda Azərbaycanın növbəti onillik üçün sosial-iqtisadi inkişafına dair müəyyən etdiyim beş milli prioritet sırasında rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması da yer alır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Ölkəmizdə neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində ardıcıl siyasət aparılır. Qısa müstəqillik tarixində ölkəmizin dünya kosmos ailəsinin üzvləri sırasında yer alması qürurverici haldır. Qeyd edək ki, respublikamız 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi hüququ qazanıb. Ümumiyyətlə, müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycanda texnoloji yeniliklərin, innovasiyaların tətbiqinə geniş meydan verilir. İşğaldan azad edilmiş ərazilərin bərpasında da yeni yanaşmaların tətbiqinə üstünlük verilir. Bəhs olunan ərazilərin Prezident İlham Əliyev tərəfindən “yaşıl enerji” zonası elan edilməsi, burada ilk “Ağıllı kənd” pilot layihəsinin icrasına başlanılması deyilənləri əyani şəkildə təsdiqləyir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02

