Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Elşad Musayev: Azərbaycanın tarixi qələbəsi Koçaryan kimi cinayətkarların hakimiyyətə qayıdış yolunu birdəfəlik bağladı

Elşad Musayev: Azərbaycanın tarixi qələbəsi Koçaryan kimi cinayətkarların hakimiyyətə qayıdış yolunu birdəfəlik bağladı

24.06.2021 [09:04]

“Ermənistanda keçirilən parlament seçkilərində Paşinyanın qalib gəlməsi göstərdi ki, erməni xalqı revanşistlərə “yox” deyir. Yəni 44 günlük müharibədə məğlubiyyətin əsas günahkarı hesab edilən Paşinyanın seçkidə uğur qazanması Ermənistan cəmiyyətinin yaranmış yeni reallığı, müharibənin nəticələrini qəbul etdiyini göstərir”.
Bu fikirləri qəzetimizə açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.
Partiya sədrinin sözlərinə görə, istər daxildəki keçmiş hakimiyyətin nümayəndələri, istərsə də xaricdə olan erməni diasporunun təmsilçiləri 44 günlük müharibədə Ermənistanın deyil, guya Paşinyanın məğlub olduğunu iddia edirdilər: “Həmin vaxt Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev birmənlı şəkildə bəyan etdi ki, Azərbaycan Ordusu Xocalı cəlladları Koçaryan-Sarkisyan cütlüyünün ordusunu məğlub edib. Bu seçkilərin nəticəsi göstərdi ki, işğalçılıq siyasəti aparan Koçaryan-Sarkisyan cütlüyü hərb meydanında olduğu kimi, siyasət sahəsində də məğlub oldular. Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsi Koçaryan kimi cinayətkarların hakimiyyətə qayıdış yolunu birdəfəlik bağladı”.
E.Musayev bildirib ki, parlament seçkilərinin nəticələri bir sıra vacib məqamlara da aydınlıq gətirdi: “Birincisi, məğlubiyyətdən sonra Ermənistan cəmiyyəti revanşist meyillərə qarşı olduğunu nümayiş etdirdi. Bütün cəhdlərə baxmayaraq, R.Koçaryan erməni xalqı tərəfindən qəbul edilmədi. Burada daha bir amil öz rolunu oynadı. Koçaryan-Sarkisyan cütlüyünün məğlubiyyəti bir daha göstərdi ki, ermənilərin əksəriyyəti “Qarabağ klanı”na və müharibəyə “yox” deyir”.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 645 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31