“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 109-cu kitabı çapdan çıxıb
02.07.2021 [10:36]
Bu müharibəni biz şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah onların yaxınlarına səbir versin! Bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub. Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcəkdir. Artıq bu ildən başlayaraq göstəriş verildi. Şəhid ailələri üçün müavinət 300 manatdan 500 manata qaldırıldı və daim o ailələr diqqət mərkəzində olacaqdır. Birinci Qarabağ müharibəsində həlak olmuş 9 min şəhidin ailəsinə dövlət tərəfindən artıq mənzillər, evlər verilib.
Yaralı hərbçilərimiz dövlət tərəfindən qayğı ilə əhatə olunub. Əlil olmuş hərbçilərin reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi məsələsi öz həllini tapacaq. Müharibədə qəhrəmanlıq göstərmiş minlərlə hərbçi mənim tərəfimdən yüksək orden və medallarla təltif edilib.
AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 109-cu kitabında yer alan bu fikirləri Azərbaycan Prezidenti yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı söyləyib.
Çoxcildliyin yeni kitabındakı materiallar 2020-ci ilin dekabrından 2021-ci ilin fevralınadək olan dövrü əhatə edir.
Bu cildə Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri, Füzuli-Şuşa avtomobil yolunun və Füzuli rayonunda hava limanının təməlqoyma mərasimində iştirakı barədə materiallar, Şuşada, Cıdır düzündə çıxışının mətni daxil edilib. Dövlətimizin başçısının Füzuli rayonunda hava limanının təməlqoyma mərasimində söylədiyi “Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik” sözləri xalqımızın tarixi günlər yaşadığını bir daha təsdiqləyir.
Oxucular yeni nəşrdə Prezident İlham Əliyevin Moskvaya işgüzar səfəri çərçivəsində Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli görüşü haqqında informasiya, 2021-ci il 11 yanvar tarixli birgə Bəyanatın, mətbuata bəyanatlarla çıxışların mətnləri, Rusiya Prezidenti ilə görüşünə dair materiallarla tanış ola bilərlər.
Kitaba Azərbaycan Prezidentinin Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti, Rusiya Federasiyası Hökumətinin sədr müavini, Rusiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə hökumətlərarası birgə Komissiyasının həmsədri Aleksey Overçuk, ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Dövlət katibi Jan Batist Lömuan ilə görüşlərinə dair informasiyalar daxil edilib.
Çoxcildliyin 109-cu kitabında Azərbaycan Prezidentinin 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə söylədiyi nitqlərin mətnləri, Sabunçu rayonunda yenidən inşa edilmiş 90 saylı və Suraxanı rayonunda 97 saylı tam orta məktəblərdə, Xırdalan şəhərində 3 saylı Texniki-təbiət fənləri təmayüllü məktəb-liseydə yaradılmış şəraitlə tanışlığına, Yasamal rayonunda yeni salınmış meşə tipli parkın, Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilmiş binasının açılış mərasimlərində və digər tədbirlərdə iştirakına dair materiallar yer alıb.
Yeni nəşrdə Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına, Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına müraciətinin mətnləri də verilib.
“Azərnəşr” tərəfindən buraxılan 109-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29

