Cəmil Həsənli xalqı aldatmağa çalışır
13.08.2021 [09:03]
Azərbaycanın əldə etdiyi nailiyyətlərin əsasında milli maraqlara əsaslanan uğurlu dövlət siyasətinin dayandığı heç kimə sirr deyil. Ən əsası, şaxələndirilmiş iqtisadi siyasət, vətəndaşların sosial rifahının yüksəldilməsi və sabitlik amili müstəqil Azərbaycanın regionun aparıcı aktoruna çevrilməsində, 44 günlük Vətən müharibəsində qazanılan qələbədə mühüm rol oynayıb. Bütövlükdə, Azərbaycanın davamlı və dayanıqlı inkişafı ölkəmizin qarşısında yeni perspektivlər açır.
Təbii ki, bu reallıqlar dostlarımızı sevindirdiyi kimi düşmənlərimizin və onların əlaltılarının narahatlıqlarına səbəb olur. Bunun nəticəsidir ki, istər ölkə daxilində “beşinci kolon” funksiyasını həyata keçirən radikal müxalifət düşərgəsi, istərsə də onların xaricdəki uzantıları mütəmadi şəkildə sosial şəbəkələrdə yalanlar yaymağa, şər-böhtan kampaniyaları aparmağa cəhdlər göstərirlər. Məsələn, qondarma antimilli şuranın marionet sədri, uzun müddətdir ki, xaricdə “lövbər” salaraq ermənipərəst mərkəzlərin sifarişlərini yerinə yetirən Cəmil Həsənli yenidən gündəmə gəlmək üçün manipulyasiyalara əl atır, Azərbaycanın artan gücündən, iqtisadi inkişafından narahat olduğunu açıq şəkildə büruzə verir. Görünən odur ki, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payının ildən-ilə artması, Azərbaycanın çoxşaxəli iqtisadi inkişaf strategiyasının müsbət nəticələr verməsi C.Həsənli və onun kimilərinin yuxusunu ərşə çəkib. Bunun nəticəsidir ki, ucuz və cılız “iqtisadi mülahizə”ləri ilə özünün varlığını sübuta yetirmək istəyən antimilli şuranın sədri utanmadan əsl reallıqları gizlətməyə çalışır, ermənipərəst mərkəzlərdən aldığı sifarişlər əsasında absurd iddialar səsləndirir. O, sosial şəbəkələrdə Azərbaycanın davamlı və dayanıqlı inkişafı ilə bağlı reallıqları təhrif etməyə, ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışır.
Vurğulamaq yerinə düşər ki, respublikamızda qeyri-neft sənayesinin davamlı inkişafının təmin olunmasına güclü siyasi iradə və maddi dəstək göstərilir, neftdənkənar sənaye müəssisələrinin yaradılmasına sərmayə qoyuluşu təşviq edilir, bu məqsədlə hüquqi baza möhkəmləndirilir. Son illərdə reallaşdırılan islahatların böyük bir qismi məhz respublikamızda qeyri-neft sektoru üzrə sənaye quruculuğunun genişləndirilməsinə hesablanıb. Vurğulanmalıdır ki, ölkəmizdə iri və kiçik sənaye müəssisələrinin istifadəyə verilməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Bunun sayəsində respublika üzrə qeyri-neft sənaye istehsalı və ixracı əhəmiyyətli dərəcədə artıb. Artıq neçə ildir ki, milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri məhz qeyri-neft sənayesində qeydə alınır. Bu baxımdan, 2021-ci ilin ilk yarısının göstəriciləri də istisna deyil. Belə ki, qeyri-neft sənayemiz 16,6 faiz artıb. Nəzərə alsaq ki, ölkənin sənaye xəritəsi ildən-ilə regionlara doğru genişlənir və artıq işğaldan azad edimiş regionlarımızda da sənaye parkları istifadəyə veriləcək, qeyd edə bilərik ki, bu rəqəm daha da yüksələcək.
Bəli, bütün bu reallıqlar antimilli şuraçı Cəmil Həsənlinin qərəzli olduğunu və dezinformasiyalar yaymaqla manipulyasiyaya cəhd etdiyini göstərir. Əlbəttə, radikal müxalifət nümayəndələrinin bu cür antimilli təbliğatları onların ermənipərəst mərkəzlərdən yeni sifarişlər aldıqlarını bir daha təsdiqləyir. Amma hər zaman olduğu kimi, dağıdıcı düşərgə təmsilçilərinin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri fiaskoya məhkumdur.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07

