Əli Kərimlinin tarixi təhrif etmək cəhdi uğursuzluğa məhkumdur
26.08.2021 [09:51]
44 günlük Vətən müharibəsində qazanılan qələbəyə kölgə salmaq üçün bütün vasitələrdən istifadə edən radikal müxalifət təmsilçiləri sosial şəbəkələrdə xalqımıza və dövlətimizə qarşı çirkin təbliğatı davam etdirirlər. Ekspertlərin də qeyd etdikləri kimi, radikalların sosial şəbəkələrdəki budəfəki “fəallığı” onların vaxtilə etdikləri xəyanətlərdən diqqətin yayındırılmasına hesablanıb. Hər halda, AXCP sədri Əli Kərimlinin və antimilli şuranın digər üzvlərinin sosial şəbəkələrdəki son paylaşımları bunu deməyə əsas verir. AXC-”Müsavat” cütlüyünün vaxtilə etdiyi xəyanətlərin bu dövlət və xalq üçün hansı bəlalara yol açdığını yaxşı bilən Əli Kərimli, necə deyərlər, ayıbına kor olmaq əvəzinə, bu gün “günahsız” olduqlarını əsaslandırmağa çalışır. Lakin o, əslində, bu açıqlamaları ilə AXC-”Müsavat” hakimiyyətinin torpaqlarımızın işğalına şərait yaratdığını və səbəb olduğunu etiraf edir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Şahin İsmayılov deyib ki, radikallar sosial şəbəkələrdə danışdıqları yalanlarla tarixi saxtalaşdırmağa, vaxtilə ərazilərimizin onların hakimiyyət hərisliyi ucbatından işğal altına düşməsi faktını “unutdurmağa” çalışırlar. O zaman baş verənlərin cəmiyyət tərəfindən unudulmadığını, yaxşı xatırlandığını bildirən millət vəkili qeyd edib ki, hakimiyyəti silah gücü ilə zəbt edən AXC-”Müsavat” qruplaşmasının xalqımıza və dövlətimizə vurduğu zərbələr heç kimə sirr deyil: “Bu gün həmin reallıqları inkar etməyə çalışan radikal müxalifət tarixi saxtalaşdırmaq istəyir. Əslində, onların 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbəyə qarşı antimilli xarakterli çirkin kampaniyalar aparmaları da xəyanətkar mövqedən qaynaqlanır. Radikal müxalifət təmsilçiləri anlayırlar ki, onlar tarixdə torpaqların itirilməsinin, Azərbaycanın suverenliyinin təhdid altına düşməsinin, ölkənin vətəndaş müharibəsinə sürüklənməsinin günahkarları kimi qalıblar”.
Milli Məclisin deputatı Ramin Məmmədov da radikal müxalifətin Vətən müharibəsində qazanılan tarixi Zəfərin əhəmiyyətini kiçiltməyə çalışmaqla yanaşı, vaxtilə etdikləri xəyanətlərin üstünü örtməyə cəhd göstərdiyini deyib. Millət vəkili diqqətə çatdırıb ki, vaxtilə torpaqların işğal olunmasına zəmin yaradanların bu gün tutduqları xəyanətkar mövqe təsadüfi ola bilməz: “Onlar bu gün də analoji xəyanətlərini davam etdirirlər. İstər müharibə dönəmində, istərsə də müharibədən sonrakı dövrdə xalqla, dövlətlə, ordu ilə birgə olmayanlar, erməni təbliğatının danışan dilinə çevrilənlər anlamalıdırlar ki, onların əməlləri Azərbaycan xalqına yaxşı bəllidir. İşğaldan azad olunmuş ərazilərimizdə aparılan abadlıq-quruculuq işlərinə qara yaxmağa çalışanlar, Zəngəzur dəhlizinin açılmasına qarşı təbliğat aparanlar bilməlidirlər ki, bu kimi qara piar kampaniyaları ilə heç nəyə nail ola bilməyəcəklər”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14

