Rusiya MDB dövlətlərini yenidən bir çətir altına yığmaq istəyir
16.10.2021 [10:04]
Koordinasiya Şurası Azərbaycan üçün nə qədər cəlbedicidir?
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat xidmətləri rəhbərlərinin XVII toplantısında bütün MDB dövlətlərinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Koordinasiya Şurasına cəlb olunması təklifini irəli sürüb. O, MDB-yə üzv ölkələri bioloji və toksiki silahların qadağan olunması ilə bağlı Konvensiya çərçivəsində çoxtərəfli universal mexanizmin yaradılmasını dəstəkləməyə çağırıb.
Patruşev onu da diqqətə çatdırıb ki, ABŞ Rusiyanın Mərkəzi Asiyadakı tərəfdaşları ilə əlaqələrinin zəiflədilməsinə çalışır: “Bizim Mərkəzi Asiyadakı tərəfdaşlarımızla mövcud əlaqələrimizi zəiflətməyə yönələn səylər əhəmiyyətli dərəcədə artırılacaq”.
Təhlükəsizlik Şurasının katibi, həmçinin bioloji təhlükəsizlik problemləri ilə bağlı məsələyə də diqqət çəkib: “Birliyə üzv dövlətlərdən bioloji təhlükəsizlik problemləri ilə bağlı qarşılıqlı əlaqələri aktivləşdirmək tələb olunur. ABŞ və müttəfiqlərinin himayəsi altında müxtəlif ölkələrdə aparılan bioloji tədqiqatların şəffaflığını və yoxlanılmasını təmin edən mexanizmlərin olmaması səbəbindən bu sahədə birgə işlərin aktuallığı artır”.
Patruşevin verdiyi açıqlamalar barədə “Yeni Azərbaycan”a açıqlama verən politoloq İlqar Vəlizadə qeyd edib ki, Rusiya təhlükəsizliklə bağlı bütün məsələlərinin MDB çərçivəsində həll olunmasını istəyir: “Ona görə də Patruşev MDB dövlətlərinin KTMT-nin Koordinasiya Şurasına cəlb olunmasını zəruri hesab edir. Fikrimcə, bu, müşgül məsələdir. Çünki Azərbaycanla-Ermənistanın KTMT-nin Koordinasiya Şurasında birgə iştirakı çətindir. İki dövlət arasındakı münasibətlər tam normallaşsa, o zaman bu formatda tam tərkiblə iştirakımız ola bilər. İndiki şəraitdə isə bu, qeyri-mümkündür. Rusiyanın belə bir istəyi varsa, o zaman səylər göstərilməlidir ki, bütün ölkələr məsələyə eyni nöqteyi-nəzərdən yanaşsın. Əlbəttə, fərdi yanaşmalar bu ideyanın reallaşmasına əngəllər yaradır”.
Patruşevin ABŞ-ı Rusiyanın Mərkəzi Asiyadakı tərəfdaşları ilə əlaqələrinin zəiflədilməsində ittiham etməsinə gəlincə, İ.Vəlizadə vurğulayıb ki, Amerika Mərkəzi Asiya ilə əlaqələr yaradaraq, Əfqanıstan strategiyasını həyata keçirmək niyyətindədir. Ona görə də bu durum Moskvanı narahat edir: “Çünki ABŞ Mərkəzi Asiyanı öz təhlükəsizlik orbitinə dəvət edir, beləliklə də Rusiyanın mövqeyi zəifləyir. Patruşev, eyni zamanda, Amerikanın regiona dolayı yolla müdaxilə edə biləcəyindən də ehtiyatlanır. Ona görə belə çağırışlar edir.
Yeri gəlmişkən, son zamanlar Ermənistan siyasi rəhbərliyi də çalışır ki, bəzi məsələləri qərb ölkələri, xüsusilə Fransa ilə koordinasiya şəklində həyata keçirsin. Rəsmi İrəvan bu cəhdləri yalnız qərb ölkələri yox, həmçinin İranla da həyata keçirir. Bu da rəsmi Moskvanı narahat etməyə bilməz. Heç kəsə sirr deyil ki, region dövlətləri, həmçinin Ermənistanın özü Rusiyanın maraq orbitindədir. Ona görə də düşünmürəm ki, Rusiya bu proseslərə biganə yanaşsın”.
Siyasi analitik Turab Rzayevin sözlərinə görə, Rusiya keçmiş sovet ittifaqını və ya onun yerinə yeni bir ittifaqı bərpa etmək istəyir: “Kreml bunu fərqli üsullarla-Gömrük İttifaqı, Avrasiya İttifaqı, KTMT və MDB platforması ilə həyata keçirməyə çalışır. Ancaq bəlli olan bir məsələ var ki, müstəqillik qazanmış ölkələr heç vaxt bu faktla razı olmayacaq. Hətta bu yaxınlarda Özbəkistan açıq şəkildə bildirdi ki, öz sərhədlərini qoruya bilər, ona görə də yenidən KTMT-yə üzv olmaya ehtiyacı yoxdur. Azərbaycanın da KTMT-yə qatılmasını istəyirlər, ancaq bəlli oldu ki, ölkəmiz də bu təşkilata üzv olmayacaq. Vladimir Jirnovski və başqalarının dilindən səsləndirilən təzyiqlərə baxmayaraq, Azərbaycan KTMT-dən imtina edib.
Patruşevin təklifi isə sadəcə Rusiyanın yeni bir həmləsi, fərqli bir şəkildə KTMT-nin Koordinasiya Şurası adı ilə ölkələri yenidən bir yerə yığmaq cəhdidir. Lakin bunun uğurlu olacağını düşünmürəm. Fikrimcə, KTMT-yə üzv olan ölklələr bu təklifi müsbət qarşılayacaqlar. Ancaq müstəqil siyasət yeridən digər ölkələr - Ukrayna, Gürcüstan, Azərbaycan və Özbəkistan kimi ölkələr bunu rədd edəcəklər”.
Yeganə Bayramova
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

