/ / Rəvan Həsənov: Azərbaycan milli kimliyindən və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın Vətənidir
Rəvan Həsənov: Azərbaycan milli kimliyindən və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın Vətənidir
29.10.2021 [19:19]
Oktyabrın 29-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Bütün təhdidlərə qarşı multikulturalizm və dini harmoniyanın təmin olunması” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, dəyirmi masada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycanda səfərdə olan Los-Anceles Dinlərarası Şurasının sədri Yepiskop Xuan Karlos Mendez, Los-Anceles Valley Qutreach Sinaqoqunun baş ravvini Ron Li-Paz, Kolorado ştatı Şalom Sinaqoqunun baş ravvini Ravvin Cey Şervud, Los-Anceles İnanc və Ümid Lüteran Kilsəsinin rəhbəri Pastor Marta Moskoso, Los-Anceles İnqlvud İslam Mərkəzinin prezidenti Caved Bava, Mərkəzin direktoru İsmayıl Kikibai, müsəlman icması ilə iş üzrə direktoru Zubair Ravda, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiya Şurasının katibi protoiyerey Mefodiy Əfəndiyev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı Dağ yəhudiləri icmasının sədri Melih Yevdayev və digər icma nümayəndələri iştirak ediblər.
Tədbiri açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov deyib ki, Azərbaycan milli kimliyindən və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın Vətənidir. Müxtəlif millətlərin və dinlərin nümayəndələri min illərdən ölkəmizdə dost və qardaş kimi yaşayıb, Azərbaycanı ümumi vətənləri kimi qoruyublar. Ona görə də 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycanda yaşayan bütün millətlərin və dinlərin nümayəndələri könüllü olaraq ordu sıralarına yazılıb, döyüşlərdə qəhrəmancasına iştirak edib, bəziləri isə ya şəhidlik zirvəsinə ucalıb, ya da qazi olublar.
Qeyd edək ki, ABŞ nümayəndə heyətinin ölkəmizə səfərinin məqsədi dünyada ekstremizmin, zorakılığın yayıldığı bir zamanda multikulturalizmin həyat tərzi kimi qəbul edildiyi Azərbaycanın bu sahədəki təcrübəsi ilə daha yaxından tanış olmaq, eyni zamanda, “Məcburi köçkünlərin təhlükəsiz qayıdışı” layihəsi çərçivəsində regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi, sülhün bərqərar olması, eləcə də digər prioritet məsələlər üzrə əməkdaşlıq üçün müzakirələr aparmaqdır. Səfər çərçivəsində qonaqlar bir sıra görüşlər keçirib, işğaldan azad olunmuş ərazilərə - Ağdam və Şuşa şəhərlərinə səfər edərək, erməni vandalizminin nəticələrini öz gözləri ilə görüb, həmçinin ölkəmizdəki dini ibadət yerlərində – məscidlərdə, sinaqoqlarda və kilsələrdə olublar.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

