Qriqoryan kimə hansı yolu göstərir?
13.11.2021 [09:00]
Ermənistanın cəmi bir yolu var - bütün kommunikasiyalar açılmalıdır
Zəngəzur dəhlizi bir neçə kommunikasiyadan ibarət şəbəkədir. Bu kommunikasiyaların bir qismi Meğri şəhərinin ətrafından keçir. Buraya həm dəmir yolu, həm də avtomobil yolu aiddir
Davamlı sülhü təmin edəcək sənədin gecikməsi Ermənistanın özünün dövlət maraqlarına zidd və zərbədir
Dalana dirənmiş Ermənistan 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının icrasını gecikdirmək üçün fərqli yollara əl atır. Qeyd edək ki, Ermənistanın siyasi rəhbərliyinin ziddiyyətli açıqlamaları bir daha onu deməyə əsas verir ki, rəsmi İrəvanda siyasi böhran hələ bitməyib. Məsələn, bu ölkənin baş naziri Nikol Paşinyan Azərbaycanla bütün yolların, kommunikasiyaların açılacağını bildirsə də, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan onu “təkzib” edir. Belə ki, Qriqoryan daha çox sərsəmləməyə bənzəyən açıqlamasında bildirib ki, Azərbaycan yalnız Naxçıvana yol istəyirsə, o zaman Xndzoresk-Biçənək (Naxçıvan şəhəri - müəllif) hissəsindən istifadə etmək məqsədəuyğundur. Qriqoryan vurğulayıb ki, söhbət dəhlizdən yox, “yolla təmin olunmaqdan gedir.
Göründüyü kimi, yenə də erməni xisləti öz sözünü deməkdədir. 10 noyabr üçtərəfli Bəyanatının müvafiq bəndində “bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır” qeyd edilsə də, Qriqoryanın hansı sənədə istinadən “yol göstərməsi” bəlli deyil.
Məsələ ilə bağlı “Yeni Azərbaycan”qəzetinə açıqlamasında politoloq İlqar Vəlizadə bildirib ki, Azərbaycan dövlətini Qriqoryanın açıqlaması deyil, 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın icrası maraqlandırır. Politoloq qeyd edib ki, Qriqoryan çox şey deyə bilər və deyir: “Yeri gəlmişkən, üçtərəfli Bəyanata istinad etsək, orada qeyd olunur ki, bütün kommunikasiyalar açılmalıdır. Bəli, Zəngəzur dəhlizi bir neçə kommunikasiyadan ibarət şəbəkədir. Bu kommunikasiyaların bir qismi Meğri şəhərinin ətrafından keçir. Bura həm dəmir yolu, həm də avtomobil yolu aiddir. Qriqoryanın “göstərdiyi yol” isə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunu Laçınla birləşdirən və Biçənək dağ aşırımından keçən yoldur. Naxçıvan şəhərindən başlayaraq, Laçın rayonundan keçərək Ağdam, Bərdə rayonuna qədər uzanan bu yol Sovetlər dönəmində tikilib və istifadə də olunub. Qriqoryan həmin yolun açılmasını təklif edir. Amma bizə onların hər hansı bir təklifi lazım deyil”.
İ.Vəlizadə vurğulayıb ki, Ermənistan imza atdığı bəyanatı icra etməli və bütün yolar açılmalıdır. “Bunu üçtərəfli Bəyanat tələb edir. Qriqoryan sadəcə diqqəti yayındırır və dedikləri də boş şeylərdir. Onun dediklərini özündən başqa da heç kim eşitmir. Üçtərəfli Bəyanatın icrası ilə bağlı yaradılan üçtərəfli komissiya çərçivəsində başqa müzakirələr gedir. Orada bütün kommunikasiyaların açılması ilə bağlı müzakirələr aparılır”, - deyə İ.Vəlizadə əlavə edib.
Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov da Ermənistanın milli təhlükəsizliyinə cavabdeh olan Armen Qriqoryanın son zamanlar absurd açıqlamalar verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Ermənistanın hakim siyasi sistemində başda ombudsman Totayan olmaqla bəzi şəxslər siyasi proseslərdən uzaq olduqlarını nümayiş etdirməkdədirlər: “Bu siyahıya Ermənistanın təhlükəsizlik siyasətinə cavab verən nazir və eyni zamanda müdafiə naziri də daxildir. Ermənistanın siyasi rəhbərliyinin bu cür açıqlamaları yalnız vaxt uzatmağa xidmət edir. Söhbət nəqliyyat dəhlizlərinin açılmasından gedir və bu açılacaq. Ermənistan bu məsələdə soyuqqanlılıq nümayiş etdirməlidir. İmzalanması nəzərdə tutulan və davamlı sülhü təmin edəcək sənədin gecikməsi bu gün Ermənistanın özünün dövlət maraqlarına zidd və zərbədir. Yaxşı olar ki, ermənilər dinc yolla Azərbaycanın ultimatumlarını və xəbərdarlıqlarını qəbul etsinlər. Unutmasınlar ki, üçtərəfli ?əyanat onların kapitulyasiyasıdır. Azərbaycan bundan sonra da istəsə, erməniləri diz çökdürə bilər”.
P.İsmayılov
Xəbər lenti
Hamısına baxDünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37

