Azərbaycanın güvənc yeri xalqı və dostlarıdır!
18.11.2021 [10:00]
Türkiyə-Azərbaycan qardaşlığının növbəti nümunəsi - bu gün də Azərbaycanın yanındayıq
Azərbaycan-Ermənistan sərhəddində yaranan gərginliklə bağlı çoxsaylı açıqlamaların və ya bəyanatların şahidi olsaq da, qardaş Türkiyə növbəti dəfə açıq şəkildə yanımızda olduğunu bəyan etdi. Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla telefon danışığı zamanı Türkiyənin həmişə olduğu kimi bu gün də Azərbaycanın yanında olduğunu bildirdi. Bu açıqlama, həm də rəsmi Ankaranın 2020-ci ilin payızında baş vermiş Vətən müharibəsi dövründə Azərbaycana verdiyi mənəvi dəstəyin davamı sayıla bilər.
Ümumiyyətlə, qlobal dünyanın bir parçası olan və iqtisadi-siyasi cəhətdən olduqca qaynar bir nöqtədə yerləşən ölkəmiz hər zaman öz xalqına və dostlarına arxalanır. II Qarabağ müharibəsində əldə olunan qələbə də xalq-dövlət birliyini, Azərbaycanın beynəlxalq müstəvidə qazandığı yüksək nüfuzunu hər kəsə nümayiş etdirdi.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, cəmisi 30 illik müstəqillik tarixinə malik Azərbaycan dövlətinin əldə etdiyi çoxsaylı uğurlar, ilk növbədə, ölkəmizdəki milli birliyin təcəssümüdür. Millət vəkilinin fikrincə, Prezident İlham Əliyevin yürütdüyü və milli maraqlarımıza əsaslanan dövlət siyasəti nəticəsində dünyanın əksər dövlətləri Azərbaycanla yüksək əlaqələrə, dost münasibətə malikdir. Bu, bütün müstəvilərdə özünü əks etdirməkdədir: “Təbii ki, müəyyən istisnalar var. Məsələn, Türkiyə-Azərbaycan əlaqələrini yalnız iqtisadi və ya siyasi müstəvidə təhlil etmək yanlış olardı. 2020-ci ildə baş vermiş Vətən müharibəsində bir yumruğa çevrilən Türkiyə-Azərbaycan birliyi bütün dünyaya öz gücünü göstərdi. Prezident İlham Əliyev də bildirmişdi ki, həmin dövrdə Türkiyənin açıq şəkildə Azərbaycanı dəstəkləməsi, bir sıra xarici güclərin müdaxiləsinin qarşısını aldı. 2021-ci il iyunun 15-də imzalanmış “Şuşa Bəyannaməsi” isə bu birliyi, strateji müttəfiqliyi, qardaşlığı rəsmiləşdirdi, hüquqi status verdi. Bununla yanaşı, Azərbaycanın hər zaman arxalana biləcək dövlətləri sırasında Pakistanı və digər dostlarımızı unutmaq olmaz. Hələ torpaqlarımızın erməni işğalı altında olduğu dövrdə Ermənistanla əlaqə qurmayan rəsmi İslamabad bütün beynəlxalq tribunalardan Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini tələb edib. Bunlarla yanaşı isə, Azərbaycan dövləti bütün addımlarında yalnız xalqa güvənir. Azərbaycanda formalaşan xalq-iqtidar-ordu birliyi bütün problemlərin öhdəsindən gəlməyə qadirdir”.
Milli Məclisin deputatı Ramil Həsən də son illərdə beynəlxalq arenada Azərbaycanı dəstəkləyən dövlətlərin çoxaldığını düşünür. Onun sözlərinə görə, aparılan praqmatik siyasət kursu nəticəsində bu uğura imza atılıb: “2020-ci ilin payızında biz real mənzərə ilə qarşı-qarşıya dayandıq. Ermənistandan fərqli olaraq, Azərbaycanın haqq işini dəstəkləyən, hətta öz köməyini belə təklif edən dövlətlərin sayı bitmədi. Bütün bunlar ölkəmizin bütün sferalarda apardığı rasional siyasətin nəticələridir. Tək bir faktı bildirim ki, Azərbaycan qlobal pandemiya dövründə dünyanın bir sıra dövlətlərinə yardımlar etdi, vaksinlə təmin edilməsinə kömək göstərdi. Azərbaycanın dünyada nüfuzunun artmasında bu kimi amillərin rolu olduqca əhəmiyyətlidir”.
Millət vəkilinin fikrincə, Azərbaycan dövlətinin hər zaman arxalandığı əsas faktor məhz xalqımızın birliyidir. Müharibə dövründə bütün siyasi təşkilatların vahid mövqedə birləşməsi, düşmənə qarşı həmrəylik nümayiş etdirməsi ən böyük addım oldu: “Türkiyəyə gəldikdə isə, bu ölkənin bizə dəstəyi əsl qardaşlıq nümunəsidir. Təsadüfi deyil ki, dünyanın bir sıra dövlətləri və təşkilatları noyabrın 16-da baş vermiş erməni təxribatları ilə bağlı bəyanatlarında yalnız gərginliyin aradan qalxmasının vacibliyini bildirdisə, Türkiyə bir daha açıq şəkildə Azərbaycanın yanında olduğunu dedi. Bu, olduqca mühüm məqamdır.
T?rkiyə hazırda bölgənin, bəlkə də dünyanın aparıcı siyasi, hərbi aktorlarından biridir. Belə bir gücün açıq şəkildə Azərbaycanı dəstəkləməsi ölkəmizə qarşı olan qüvvələrin zərərsizləşdirilməsində böyük əhəmiyyət daşıyır. İnanıram ki, Azərbaycan-Türkiyə birliyi qarşıdakı dövrdə də regionun təhlükəsizliyinə, iqtisadi inkişafına öz töhfəsini verəcək”.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

