Paşinyanın “etirafı” - Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır
25.11.2021 [10:55]
Erməni baş nazir siyasi manipulyasiya edir, yoxsa “silahı yerə qoyur”?
Qabil Hüseynli: Paşinyan səmimidirsə, zəhmət çəksin, ölkəsinin adından Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etsin.
2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatın ən mühüm müddəalarından biri Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi, delimitasiya və demarkasiya işlərinin aparılmasıdır. Başqa sözlə, SSRİ-nin dağılmasının ardından Ermənistan təcavüz etdiyi Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Azərbaycanın irəli sürdüyü şərtə əsasən, Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanımaqla yanaşı, illərdir davam edən əsassız iddialarından da əl çəkməlidir.
Qeyd edək ki, bir ildən artıqdır ki, bəyanatın icrasından boyun qaçıran Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 23-də verdiyi onlayn mətbuat konfransında fərqli açıqlama ilə çıxış edib. O bildirib ki, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü hələ 1991-ci ildə tanıyıb. Erməni baş nazir qeyd edib ki, hər iki ölkə 30 il öncə MDB-nin yaradılması prosesində iştirak edib və qarşılıqlı tanınma həmin vaxt imzalanan bəyannamə və dövlətlərarası saziş əsasında baş tutub.
Erməni baş nazirin bu etirafı özündə maraqlı suallar doğurur. Belə ki, bu etirafın səmimi olması o qədər də inandırıcı deyil. Bunu hətta Paşinyanın “şəxsi mövqeyi” kimi qəbul etsək belə, fikrin niyə üçtərəfli görüş öncəsi səsləndirilməsi maraq doğurur. İkinci bir tərəfdən, SSRİ-nin dağılmasının ardından baş verən proseslərə nəzər salsaq, burada yenə də bir erməni oyunu olması ehtimalı da yaranır. Çünki Sovet İttifaqı dağıldığı zaman ermənilər Qarabağda separatizm hərəkatı formalaşdırmaqla qeyri-qanuni qərarlar qəbul edir, qondarma bir qurum yaratdıqlarını bildirirdilər. Bu mənada, Paşinyanın dilindən səslənən etiraf birmənalı qarşılana bilməz.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Qabil Hüseynli bildirib ki, açıqlamaya yanaşma birmənalı olmamalıdır. Çünki bu olduqca ciddi məsələdir və diqqət tələb edir. Onun sözlərinə görə, Paşinyanın bu etirafının səmimiliyi şübhə altındadır: “Vaxtilə qondarma “Dağlıq Qarabağ” separatçıları iddia edirdilər ki, onlar Azərbaycandan əvvəl SSRİ-nin tərkibindən çıxıblar, öz “müstəqilliklərini” elan ediblər. Təbii ki, hüquqi baxımdan bu əsassız bir iddiadır. Çünki Sovet dövründə Azərbaycanın tərkibində vilayət olan, sonradan bu statusu da ləğv edilən Qarabağın bu addımı atmaq hüququ yoxdur. Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu mənada, Paşinyanın fikirlərinin arxasında Qarabağsız Azərbaycanın ərazi bütövlüyünü tanımaq iddiası da dayana bilər. Bu, qəbuledilməzdir”.
SSRİ-nin dağılmasının ardından post-sovet respublikalarının bir-birinin ərazi bütövlüyünü tanıdığını söyləyən Q.Hüseynlinin fikrincə, əgər Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tam tanıdığını nəzərdə tutursa, bunu açıq şəkildə bəyan etməlidir. “Əgər onun dediyi tanıma məsələsi tam şəkildə ərazi bütövlüyümüzün tanınmasıdırsa, bununla razılaşmaq olar. Amma mən bu fikrin səmimiliyinə şübhə edirəm. Regionda müharibə baş verib və bu müharibə status kvonu və reallıqları dəyişib. Ortada iki tərəf - təcavüzkar və təcavüzə məruz qalan, məğlub və qalib tərəflər var. Onlar arasında ərazi bütövlüyünün tanınmasına da ciddi ehtiyac var. Əgər Paşinyan səmimidirsə, zəhmət çəksin, ölkəsinin adından Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etsin”, - deyə politoloq əlavə edib.
P. Sadayoğlu
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

