Azərbaycan İstanbulda keçirilən XII Boğaziçi Sammitində təmsil olunur
06.12.2021 [15:43]
Dekabrın 6-da İstanbulda XII Boğaziçi Sammiti işə başlayıb. Builki Sammit “Daha yaxşı dünya naminə çağırışlar” mövzusunda baş tutub.
Beynəlxalq Əməkdaşlıq Platforması (UİP-İCP) tərəfindən təşkil edilən tədbirdə ölkəmiz Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil olunur.
Tədbirin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakçılara müraciəti oxunub.
Müraciətində tarixin ən böyük səhiyyə böhranlarından biri olan COVID-19 pandemiyası zamanı beynəlxalq ictimaiyyətin, xüsusilə inkişaf etmiş ölkələrin bu imtahandan yaxşı çıxa bilmədiyini vurğulayan türkiyə Prezidenti pandemiyanın xüsusilə az inkişaf etmiş ölkələrdə çox ciddi humanitar böhranlara yol açdığını qeyd edib. Məhz bu səbəbdən humanitar və iqtisadi sahələrdə də ədalətli nizamın qurulmasının vacibliyini bildirib.
Sammitdə Azərbaycanla yanaşı, Pakistan, Meksika, İngiltərə, Belçika, Danimarka da daxil olmaqla, dünyanın 49 ölkəsindən təmsilçilər iştirak edirlər.
Tədbir çərçivəsində “Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlıqları-İş dünyasının perspektivləri” mövzusunda panel iclası keçiriləcək.
Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin (TAİB) rəhbəri Nəslihan Tombulun moderatorluğu ilə baş tutacaq iclasın fəxri qonağı Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovdur.
İclasda Türkiyənin “Yeni yüz il” Universitetinin rektoru, professor Yaşar Hacısalehoğlu, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza, “SOCAR Türkiyə”nin Kommunikasiya və dövlət ilə əlaqələr üzrə rəhbəri Mikayıl Yusifovun iştirakı nəzərdə tutulur.
İki gün davam edəcək Sammitdə “Daha yaxşı bir dünya üçün çalışmaq” mövzusunda dəyirmi masa, “Virtual və real dünyanın müdafiə sənayesi”, “Effektiv idarə heyəti ilə şirkətlərin yaxşı idarə edilməsi və innovasiyası”, “Yaşıl enerji”, “Bank işi və maliyyə”, “Texnologiya iqlim dəyişikliyi problemini həll edə bilərmi?”, “Qadın, iqtisadiyyat, elm və hüquq”, “Türkiyə hazır geyim sənayesinin dəyişmə və çevrilmə prosesi” və digər mövzularda panel iclasları keçiriləcək.
Qeyd edək ki, YAP nümayəndə heyətinə Milli Məclisin deputatı Ramil Həsən daxildir.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

