NATO-Rusiya dialoqu bitib - etimadsızlıq mühiti hökm sürür
17.12.2021 [10:10]
Sürətli silahlanma Rusiya ilə NATO arasında hərbi qarşıdurmaya təkan verə bilərmi?
Pərviz Sadayoğlu
Rusiya ilə NATO arasında gərginliklər pik həddə çatır. Bir müddət öncəyə qədər dialoqun mümkünlüyü barədə bəyanatlar verən, problemin masa arxasında tənzimlənməsini arzulayan tərəflər artıq qarşılıqlı ittihamlar irəli sürürlər. Belə ki, NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə Alyansın mənzil-qərargahında keçirilən mətbuat konfransında qeyd edib ki, Rusiya ilə NATO arasında uzun illər ərzində orta mənzilli raketlərə dair qadağa qüvvədə olub. Sözügedən razılaşma Avropada bu tip raketləri qadağan edən və 1987-ci ildə imzalanan İNF müqaviləsi idi. NATO baş katibi bildirib ki, artıq bu müqavilə mövcud deyil, çünki Rusiya uzun illər ərzində Avropa ərazisində nüvə başlığı daşımaq imkanına malik orta mənzilli raketlər yerləşdirib: “Beləliklə, moratorium ilə bağlı Rusiya tərəfindən irəli sürülən təklif etibar edilən deyil. Ortada qadağa mövcud idi, onlar isə həmin qadağanı pozdular. Rusiya təsdiq oluna biləcək qaydada “SSC8” tipli raketlərini məhv etməyənə qədər, hansı ki, həmin tip raketlər İNF müqaviləsini pozmuş oldu, onların artıq yerləşdirdiyi raketlərə dair moratorium təklifinə etibar oluna bilməz”.
NATO baş katibi qeyd edib ki, rəhbərlik etdiyi qurum Avropada nüvə başlığı daşımaq imkanına malik raketlər yerləşdirmək fikrində deyil. O bildirib ki, hazırda silahlanma yarışının qarşısını almaq üçün silahlara nəzarətə ehtiyac var. Göründüyü kimi, iki tərəf arasında etimadsızlıq mühiti formalaşıb. Bu isə qarşıdakı mərhələdə bütün addımları, hətta hərbi qarşıdurmaları belə mümkün edə bilər.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, artıq hər iki tərəf - həm NATO, həm də Rusiya sürətlə silahlanmaya başlayıb. Onun fikrincə, bu məsələdə bir-birinə etibar etməyən tərəflər silahların məhdudlaşdırılması ilə bağlı köhnə öhdəliklərə də inanmırlar: “Görünən budur ki, hansısa bir sənəd və ya öhdəlik önəm kəsb etmir. Bu, Avropa məkanında hərbi-siyasi gərginliyi daha da artıracaq. Bir müddət öncəyə qədər Rusiya ilə NATO arasında dialoq formatı mövcud idisə, artıq qarşılıqlı təmaslar yalnız ABŞ prezidenti ilə Rusiya prezidenti arasındakı məsləhətləşmələrlə məhdudlaşır. Dialoq mexanizminin yoxluğu, qarşılıqlı addımların tənzimlənməməsi isə gərginliyi daha da artırır”.
İ.Vəlizadənin fikrincə, hadisələrin bu cür inkişafı müxtəlif qlobal qarşıdurmaların reallaşmasına imkanlar yaradır. Belə ki, hazırkı durum beynəlxalq aləmdə “ikinci soyuq müharibə” kimi xarakterizə edilməkdədir. Bu soyuq müharibənin əvvəlkindən fərqi isə ideoloji fərqliliklərin olmamasıdır. “Digər tərəfdən, bu gün nə bütövlükdə NATO-nun, nə də Rusiyanın yanında yer alan müttəfiqlər mütləq şəkildə qarşıdurma arzusundadırlar. Məsələn, elə NATO ölkəsi var ki, Rusiya ilə müharibə aparmaq niyyətində deyil. Hərbi qarşıdurmaya daha çox ABŞ meyilli görünür. Nə Türkiyə, nə Almaniya, nə Fransa Rusiya ilə müharibə istəyində deyil. Eləcə də KTMT-yə daxil olan ölkələr də ABŞ ilə müharibə aparmağa hazır deyillər”, - deyən politoloq onu da əlavə edib ki, son dövrlərdə “köhnə qitə”də formalaşan “Avropa ordusu” ideyası da məhz NATO daxilindəki parçalanmanın göstəricisidir. İ.Vəlizadə bildirib ki, hazırda vəziyyət gərgin olsa da, hərbi qarşıdurma elementləri sezilmir.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

