İran Qərbə yol axtarır
18.12.2021 [11:32]
Pərviz Sadayoğlu
İran İslam Respublikasının 2016-cı ildə irəli sürdüyü “Fars körfəzi - Qara dəniz” beynəlxalq nəqliyyat və tranzit dəhlizinin genişləndirilməsi üzrə regional təşəbbüsü ilə bağlı mühüm addımlar atılmaqdadır. Layihənin ilkin variantında İrandan başqa Ermənistan, Azərbaycan, Gürcüstan, Bolqarıstan və Yunanıstanın da iştirakı nəzərdə tutulmuşdu. Artıq İran, Azərbaycan və Gürcüstan arasında müəyyən danışıqlar aparılıb və Fars körfəzini Qara dənizə birləşdirən tranzit marşrutunun yaradılması ilə bağlı razılığa gəlinib. Müqaviləyə əsasən, ilk növbədə, yaxın 4 ay ərzində İran mallarının Astara sərhədindən Azərbaycana, həmçinin Gürcüstanın Qara dənizdəki limanları vasitəsilə Bolqarıstana və ya digər Şərqi Avropa ölkələrinə çatdırılması üçün İrandan bəzi pilot yüklər göndəriləcək. Layihənin pilot mərhələsinin 2022-ci il martın 20-dək həyata keçirilməsinə çalışırlar ki, maneələr və problemlər müəyyən olunsun. Nəhayət, üç ölkə arasında göndərmə xərclərini və vaxtı azaltmaq üçün mexanizmin yaradılması ilə bağlı yekun üçtərəfli görüş keçiriləcək.
Rusiyalı politoloq Daria Qrevtsova isə KİV-ə açıqlamasında bildirib ki, bu dəhliz Çinin yaxınlıqdan keçəcək “Bir kəmər, bir yol” təşəbbüsü ilə bir növ əlaqəli də ola bilər. Çindən gələn mallar bu dəhlizlə Avropaya keçə bilər ki, bu da İrana əlavə gəlir gətirəcək. Rusiyalı politoloq belə hesab edir ki, İran ABŞ və İsrailin ona qarşı fəaliyyətə başlamasından qorxur və dəstək axtarır. Dəstəyi isə digər ölkələr üçün də sərfəli olacaq iqtisadi layihələrdən ala biləcəyini düşünür. Daria Qrevtsovanın fikrincə, İranın bu cür iqtisadi layihələri nə qədər çox olsa, təhlükəsizliyini beynəlxalq arenada bir o qədər artıq təmin edə bilər.
Məsələ ilə bağlı fikirlərini bölüşən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, uzun müddətdir ki, Şərq-Qərb, Şimal-Cənub istiqamətli bir sıra layihələr müzakirə predmetinə çevrilməkdədir. Sözügedən layihənin də bir sıra ölkələr tərəfindən məqbul sayıldığını önə çəkən politoloqun fikrincə, hazırda əsas məsələ layihənin hansı nöqtələrdən keçməsi məsələsi ilə bağlıdır: “Bir müddət öncə İran-Ermənistan-Gürcüstan marşrutu ilə bağlı bəzi fikirlər ortaya atılmışdı. Bu fikirlər müzakirə edilsə də, uğur qazana bilmədi. Düzdür, Ermənistan tərəfi bu istiqamətdə fəallıq nümayiş etdirdi. Hətta İrandakı bəzi qüvvələr də Ermənistan vasitəsilə Gürcüstana, oradan isə Qərbə yeni marşrut reallaşdıra biləcəklərinə inanırdılar. Bəlli məsələdir ki, bu gün bütün regional tranzit xətlərinin mərkəzi qismində Azərbaycan çıxış etməkdədir. Təsadüfi deyil ki, hələ Vətən müharibəsi öncəsi Rusiya-Azərbaycan-İran formatında Şimal-Cənub dəhlizi ilə bağlı görüşlər keçirilmişdi, hətta razılıqlar da əldə olunmuşdu. Bu layihə də məhz Prezident İlham Əliyevin təklifi əsasında ərsəyə gəlmişdi. Postmüharibə dövründə isə Zəngəzur dəhlizi məsələsinin ortaya çıxması, kommunikasiyaların açılması ilə bağlı razılığın əldə edilməsi situasiyanı dəyişib. Yəni Azərbaycan Şimal-Cənub xətti ilə yanaşı, digər istiqamətlər üzrə də əsas qovşağa çevrilmək məqsədini qarşısına qoyub. Bakı yaxınlığında Ələt beynəlxalq dəniz limanın tikilməsi, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi və digər infrastrukturlar Azərbaycana üstünlüklər qazandırır. Beləliklə, Azərbaycan həm dəmiryolu, həm də avtomobil yolu şəbəkəsi üzrə əsas logistika mərkəzi funksiyasını oynayacaq. Zəngəzur dəhlizi açılandan sonra isə əsas logistika məntəqələrindən biri Naxçıvan olacaq”.
Z.Məmmədovun fikrincə, gələcəkdə bu layihələrə körfəz ölkələri, həmçinin Pakistan da qoşula bilər. Bunun üçün də mühüm addımlar atılır. “Eləcə də Xəzər hövzəsi ölkələri, həmçinin Əfqanıstan gələcəkdə bu layihələrdə iştirak edə bilər. Nəzərə almaq lazımdır ki, Xəzər vasitəsilə Avropa ilə ticarət mübadiləsi artan xətlə inkişaf etməkdədir. Azərbaycanın bir uğuru da rəqib olan geosiyasi subyektləri qarşılıqlı maraq ətrafında birləşdirməyi bacarmasıdır. Bu gün Azərbaycan Avrasiyanın mərkəzində nəqliyyat qovşağının şaxələndirilməsində aparıcı rol oynayır”, - deyə Z.Məmmədov əlavə edib.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

