Azərbaycan Əfqanıstanda humanitar böhranın aradan qaldırılması üçün dəstəyini davam etdirəcək
20.12.2021 [14:57]
19 dekabr 2021-ci il tarixində İslamabad şəhərində Əfqanıstanda humanitar vəziyyət mövzusunda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 17-ci növbədənkənar iclasında Əfqanıstandakı vəziyyət, onun regional və qlobal təhlükəsizliyə təsiri ətrafında fikir mübadiləsi aparılıb.
Trend-in məlumatına görə, bu barəd Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 17-ci fövqəladə iclasının yekunlarına dair şərhində deyilir.
Qeyd edilir ki, iclas zamanı iştirakçı ölkələr tərəfindən ölkədəki böhranın, ilk növbədə ciddi humanitar fəsadlar törətdiyi və bu fəsadların aradan qaldırılmasında beynəlxalq əməkdaşlığın vacibliyi vurğulanıb.
"İclasın yekununda Əfqanıstanda humanitar vəziyyətin sabitləşməsi istiqamətində İslam Əməkdaşlıq Təşkilatı tərəfindən atılacaq praktiki addımları özündə əks etdirən yekun qətnamə qəbul edildi.
Qətnamədə İslam İnkişaf Bankının himayəsi altında Humanitar Etimad Fondunun yaradılması, habelə Əfqanıstan Ərzaq Təhlükəsizliyi Proqramının təsis edilməsi qərara alındı.
İƏT-in Əfqanıstanda vəziyyətin sabitləşməsi istiqamətində səylərinin daha effektiv əlaqələndirilməsi məqsədilə Təşkilatın Əfqanıstan üzrə xüsusi nümayəndəsi vəzifəsi təsis edildi, habelə İƏT-in Əfqanıstandakı missiyasının iqtisadi və insan resursları baxımından gücləndirilməsi qərara alındı. İƏT Baş katibinin Humanitar, Mədəni və Ailə məsələləri üzrə müavini cənab Tarıq Əli Baxet İƏT-in Əfqanıstan üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edildi.
İƏT-in 57 üzv-dövləti adından qəbul edilən yekun qətnamədə Əfqanıstandan əhalinin təxliyəsi ilə bağlı və bu xüsusda mühüm rol oynayan ölkələrə dair ayrıca bənd öz əksini tapdı. Vurğulamaq istərdik ki, sözügedən dövlətlər arasında Azərbaycan Respublikasının Əfqanıstandan mülki əhalinin təxliyəsi prosesində oynadığı mühüm rol təqdir edildi.
Azərbaycan Respublikası İƏT-in məsuliyyətli üzvü kimi və islam həmrəyliyinə sarsılmaz sadiqliyindən irəli gələrək, Əfqanıstanda humanitar böhranın nəticələrinin beynəlxalq birliyin, o cümlədən İƏT üzv-dövlətlərinin birgə addımları nəticəsində aradan qaldırılmasının tərəfdarıdır və bu istiqamətdə atılan addımlara töhfə verməkdə davam edəcəkdir", - məlumatda deyilir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

