Qazaxıstan hadisələrinə fərqli baxış – ABŞ Orta Asiyadan hücuma keçir?
13.01.2022 [10:52]
Pərviz Sadayoğlu
2022-ci ilin ilk günlərindən etibarən Qazaxıstanda baş verən hadisələr dünya ictimaiyyətinin əsas müzakirə predmetlərindən biridir. Bu proseslərlə bağlı səsləndirilən ehtimallar və proqnozlar isə birmənalı deyil. Belə ki, bəzi siyasi ekspertlər bu hadisələrin səbəbi kimi “aysberqin görünən tərəfi”ni əsas götürsələr də, bu fikirlərlə razılaşmayanlar da tapılır.
2021-ci ildə koordinatlar Şərqi göstərirdi
Ötən ilin dekabrında ABŞ prezidentinin təşəbbüsü və iştirakı ilə keçirilən “demokratiya sammiti”ndən sonra ilk qığılcımın Mərkəzi Asiyada ortaya çıxmasını təsadüfi saymayanlar var. Çünki Vaşinqton dünyada təkqütblü hakimiyyət uğrunda mübarizə apardığını gizlətmir və bu yolda da yenidən “demokratiya” silahından istifadə edəcəyini açıq-aşkar ortaya qoyur. Xatırladaq ki, “The Wall Street Journal” qəzetinin eksperti Endryu Mista da yaxın beş ildə böyük dövlətlər arasında silahlı münaqişənin baş verə biləcəyini bildirmişdi. Ekspert bu qarşıdurmanın ABŞ və Çin arasında baş vermə ehtimalından bəhs etmişdi. Onun fikrincə, ABŞ-ın Avstraliya və Böyük Britaniya ilə birgə qurduğu AUKUS hərbi ittifaqı da əbəs yerə formalaşdırılmayıb. Ortaya çıxan qənaət isə bundan ibarətdir: ABŞ Çini zərərsizləşdirməklə Rusiyaya Şərqdən müdaxilə etmək niyyətindədir. Ağ Evin sözçüsü Cen Psaki də ötən il “Twitter” səhifəsində bildirmişdi ki, ABŞ müdafiə məsələlərində Hind-Sakit okean regionunda müttəfiqləri ilə getdikcə daha çox əməkdaşlıq edir. Psaki tərəfindən verilən koordinat isə dünyanın aparıcı beyin mərkəzləri tərəfindən III Dünya müharibəsinin potensial başlama nöqtəsi kimi dəyərləndirilmişdi. Siyasi ekspertlərin bu qənaətə gəlməsinə əsas səbəblərdən biri isə Pentaqonun müttəfiqi saydığı Avropa ölkələrini Ukrayna müharibəsinə cəlb edilə bilməməsi olub. ABŞ-ın bəzi beyin institutları da Ukraynada müharibənin Avropa üçün təhlükəli ola biləcəyini qeyd edirdilər. Onlar da koordinatları Şərqə tərəf yönəldirdilər.
Qərb ilə Rusiya arasında...
Nəticə etibarilə, birinci mərhələsi geridə qalan Qazaxıstan hadisələrinin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq olduqca çətindir. Əlinə düşən fürsətləri maksimum dəyərləndirməkdə mahir olan ABŞ-ın əsas rəqibləri olan Çin ilə Rusiya arasında yerləşən bu “münaqişə ocağı”nı gözdən qaçırması ehtimalı çox azdır. Bəlkə də, Qazaxıstanda alovlanan “ocağın” “yanacağı” da elə okeanın o tayından gəlir.
Məsələ ilə bağlı fikirlərini bölüşən hərbi ekspert Ramil Məmmədli bildirib ki, Qazaxıstan hadisələri dünyanın siyasi düzəninə mühüm təsirlər göstərməkdədir. Baş vermə səbəblərindən asılı olmayaraq bu gün Orta Asiyada cərəyan edən proseslərin hansısa gizli əl tərəfindən idarə olunması ehtimalı günü-gündən artmaqdadır. Onun sözlərinə görə, baş verənlərin yeni dönəmin soyuq müharibəsinin nəticələri kimi meydana çıxma ehtimalı da var: “Bəlli olduğu kimi, II Dünya müharibəsindən sonra ortaya çıxan əsas çağırışlar SSRİ-nin iqtisadi çöküşünə nail olunmasına hədəflənmişdi. II Dünya Müharibəsindən öncə Hitler Almaniyasının güclənməsində mühüm “xidmətləri” olan Böyük Britaniya və Amerika öz arzularına çatmamışdılar, Almaniyanın vasitəsilə SSRİ-ni süquta uğrada bilməmişdilər. Qərb bu işi sonradan soyuq müharibə formasında reallaşdırdı və nəticədə SSRİ dağıldı. Artıq öz hədəfinə çatdığını düşünən Qərb Rusiyanın qlobal liderlik uğrunda mübarizəyə mane olmayacağını düşünürdü. XXI əsrin ilk illərindən başlayaraq Rusiyanın özünün xarici siyasət kursunda, hədəflərində müəyyən dəyişikliklər etməsi ilə dünya siyasətində yeni bir mərhələ başlandı. Rəsmi Moskva yenidən dünyanın əsas siyasi-iqtisadi güc mərkəzlərindən birinə çevrildi. Fikrimcə, ötən 20 il ərzində Qərb ilə Rusiya arasındakı gərginliklərin harada “partlayacağı”nı hələ də gözləyənlər var”.
Yeni planlar: hədəf nədir?
Son illərdə Rusiya ilə Çinin nüfuz dairəsinin genişləndiyini deyən R.Məmmədlinin sözlərinə görə, bu amil Pentaqonu düşündürməyə bilməzdi. Bu mənada, ABŞ və müttəfiqləri uzun müddətdir ki, Rusiya və Çinin zərərsizləşdirilməsi üçün yeni planlar üzərində işləyirlər. “Ukrayna cəhdi uğursuz oldu. Bu mənada, planda yeni münaqişə ocağının yaradılması məsələsi də yer ala bilər. Rusiya və Çinə eyni anda zərbə vurmaq üçün isə ən rahat region Mərkəzi Asiyadır. Orta Asiyanın ən böyük dövləti olan Qazaxıstan regionda, demək olar ki, bütün dövlətlərlə həmsərhəddir. Bu mənada, ABŞ-ın Qazaxıstan üzərindən yeni münaqişə ocağı formalaşdırmaqla Rusiya və Çinə qarşı həmlə etməsi gözləniləndir. Qərb indiki məqamda Qazaxıstanı, ümumilikdə Orta Asiyanı anti-Rusiya və anti-Çin əhvalına hazırlamaq istəyir. Bu isə Rusiya üçün böyük itki olar. Çünki Mərkəzi Asiya bölgəsi Rusiya üçün bir neçə aspektdən böyük əhəmiyyət kəsb edir. Qazaxıstan həm də Rusiyanın cənub-şərq sərhədlərinin toxunulmazlığı üçün bir buferdir”, - deyən R.Məmmədli onu da əlavə edib ki, qarşıdakı dövrdə Qazaxıstanla yanaşı, bəzi region ölkələrində də hansısa süni qarşıdurmaların yaranması ehtimalı var.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

