Məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması hökumətin əsas prioritetlərindəndir
08.09.2010 [09:42]
Son dövrlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda bir durğunluq müşahidə olunsa da, Azərbaycan bütün imkanlarını bu münaqişənin sülh yolu ilə həllinə səfərbər edib. Təbii ki, bu da işğal altında olan rayonlarımızın gec-tez azad olunacağı, Azərbaycanın ərazi bütövlüyünün yenidən bərpa ediləcəyi və qaçqın və məcburi köçkünlərin öz dədə-baba torpaqlarına geri qayıdacağına şübhə yeri qoymur. Bununla belə, Ermənistanın işğalçı siyasəti nəticəsində öz doğma yurdlarını müvəqqəti tərk etmiş qaçqınlara diqqət və qayğı hökumətin başlıca prioritetlərindən biridir. Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin məskunlaşması, onların sosial şəraitinin yaxşılaşması, səhiyyə, təhsil, infrastruktur təminatları ilə əhatə olunmaları, bütün iaşə-məişət qayğılarının həll edilməsi üçün davamlı tədbirləri həyata keçirir.
Sirr deyil ki, Azərbaycan hökuməti həm büdcə vəsaitləri və Dövlət Neft Fondundan ayrılan subsidiyalar, həm də digər maliyyə mənbələri hesabına məcburi köçkünlərin sosial həyat şəraitinin yüksəldilməsi ilə bağlı mühüm layihə və proqramları gerçəkləşdirməkdədir. 1992-ci ildən indiyədək, ümumilikdə məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərə 2,9 milyard dollardan artıq vəsait xərclənib. Həmin vəsaitin 2,1 milyard dollarını Azərbaycan hökuməti, 800 milyon dollarını isə beynəlxalq humanitar qurumlar yönəldib. Bu vəsaitlər hesabına qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması, məişət qayğılarının həll olunması, çadır şəhərciklərinin ləğv edilməsi və onların hər cür infrastruktura malik yeni salınmış qəsəbələrdəki mənzillərlə təmin edilməsi yerinə yetirilib. Bu tədbirlərin davamlı və geniş xarakter alması dövlətin bu insanlara olan yüksək diqqət və qayğısının bariz nümunəsi hesab oluna bilər.
Son 7 ildə görülən işlər isə məcburi köçkünlərin sosial şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşmasında müstəsna rol oynayıb. Prezident İlham Əliyev hər zaman məcburi köçkünlərin həyat şəraiti ilə yaxından maraqlanaraq ölkəmizin artan iqtisadi imkanları hesabına əldə olunmuş gəlirlərin, ilk növbədə, bu insanların rifah halının yaxşılaşmasına yönəldilməsinə çalışıb. Dövlət başçısı hələ prezidentlik fəaliyyətinin ilk günündən etibarən qaçqınların mənzil probleminin həll olunması üçün mühüm addımlar atıb. Prezident İlham Əliyev 2003-cü ildə keçirilmiş prezident seçkiləri ərəfəsində ölkəmizdə bir dənə də olsun çadır şəhərciyinin qalmayacağını vəd etmişdi və bu vədə vaxtından əvvəl əməl etməklə qaçqın və məcburi köçkünlərə olan hədsiz diqqətini təsdiq etmiş oldu.
Məcburi köçkünlərin sosial həyat şəraitinin yüksəldilməsi ilə bağlı proqramlarla yanaşı, onların məşğulluğunun artırılmasına dair mühüm layihələr həyata keçirilməkdədir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramlarında məcburi köçkünlərin iş yerləri ilə təmin olunması, onların məskunlaşdığı ərazilərdə yeni müəssisələrin yaradılması, istehsal imkanlarının artırılmasına dair tədbirlər planı nəzərdə tutulub və həmin layihələrin icrası qaçqınların məşğulluğunun artmasına və onların sahibkarlıq fəaliyyətini genişləndirməsinə səbəb olub. Qeyd edək ki, hökumət hər bir ailəyə 12 sot həyətyanı sahədən əlavə, təsərrüfatla məşğul olmaq üçün 60 sot torpaq verib, eyni zamanda, ən aşağı faizlə, təxminən 3 faizli kreditlərlə təmin edib. Hökumət onların iş yerləri ilə təmin olunmaları üçün davamlı tədbirlər görməkdədir. Hazırda bu qəsəbələrdə 3 mindən çox insana kreditlər verilib və yeni layihələrin icrası nəticəsində yüzlərlə məcburi köçkün iş yerləri ilə təmin olunub. Qaçqınların məşğulluq probleminin həlli ilə bağlı intensiv işlər həyata keçirilir. Bunun nəticəsidir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı birinci proqramda həmin tədbirlərin yerinə yetirilməsi nəticəsində qaçqınların fəaliyyət göstərdiyi yaşayış bölgələrində xeyli iş yerlərinin yaradılması mümkün olub.
2009-2013-cü illəri əhatə edən Dövlət Proqramında isə Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarına daxil olan ərazilərdə sosialyönümlü obyektlərin inşa edilməsinin, kommunal və infrastruktur şəbəkələrinin yaradılmasının daha da gücləndirilməsi nəzərdə tutulub. Proqramdakı tədbirlərin əsas mahiyyəti məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması, məktəb, səhiyyə, xəstəxana və digər sosial obyektlərin tikintisi, vətəndaşların yeni iş yerləri ilə təmin edilməsindən ibarətdir. Yeni müəssisələrin yaradılmasının miqyasının genişləndirilməsi üçün sahibkarların maliyyə təminatının yaxşılaşdırılması, onlara güzəştli vergi-gömrük tarifləri tətbiq edilməsi, yeni yaradılan müəssisələrin ən müasir avadanlıqlarla təmin edilməsi və digər tədbirlər də proqramın başlıca istiqamətlərini təşkil edəcək.
Məcburi köçkünlərin həyat şəraitinin daha da yüksəldilməsi, onların daha da yaxşı yaşamaları üçün həyata keçirilən tədbirlərin miqyası qarşıdakı illərdə də əsas prioritetlərdən olacaq. Qarşıdakı illərdə ictimai yerlərdə, hərbi hissələrin ərazilərində, məktəblərdə, yataqxanalarda yaşayan qaçqınların mənzil şəraiti yaxşılaşdırılacaq, onlar yeni mənzillərlə təmin ediləcək.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

