1993-cü ildə ABŞ səfiri Naxçıvana niyə gəlmişdi?
04.02.2022 [10:09]
Azərbaycan xalqının 4 fevral 1993-cü ilə qədər “Azadlığa dəstək aktı” adlı sənədə 907-ci düzəlişdən xəbəri yox idi...
Nurlan QƏLƏNDƏRLİ
1992-ci ilin oktyabrında ABŞ Konqresi SSRİ-nin dağılmasından sonra müstəq?llik əldə etmiş dövlətlərə yardım üçün “Azadlığa Dəstək Aktı” (“Freedom Support Act”) adlı sənəd qəbul etmişdi. Lakin həmin dövrdə postsovet məkanında vəziyyət olduqca mürəkkəb və ziddiyyətli, həmçinin qeyri-müəyyən idi. Xüsusilə də, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, təcavüzkar - işğalçı siyasəti regional təhdidlərin artmasına, situasiyanın xaotik xarakter almasına səbəb olmuşdu.
Belə bir şəraitdə ermənilərin saxta təbliğatı, bəzi güc mərkəzlərinin bu propaqandaya dəstək verməsi - şərait yaratması nəticəsində Azərbaycan həm də informasiya blokadası ilə üzləşmiş, bütün cəbhələrdə ağır məğlubiyyətə düçar olmuşdu. Həmin vaxt ölkəmizdə hakimiyyətdə olan səriştəsiz qüvvələrin də bu işdə “xidmət”ləri az deyildi. Onların aciz, qorxaq, uğursuz siyasəti və xəyanətkar mövqeyi cəbhədə - hərbi arenada olduğu kimi, informasiya-təbliğat və siyasi-ideoloji müstəvidə də Azərbaycanın məğlub tərəfə çevrilməsinə səbəb olmuşdu. Belə bir şəraitdə “Azadlığa dəstək aktı” adlı sənədə 907-ci düzəliş edilməklə Azərbaycana ABŞ tərəfindən yardım göstərilməsi də qadağan olunmuşdu. Səbəb kimi Qarabağ müharibəsində guya Azərbaycanın günahkar olması - ölkəmizin “Ermənistanı nəqliyyat blokadasına alması” göstərilmişdi. Reallıq isə bəlli idi: Ermənistan Azərbaycana qarşı təcavüzkar hərəkətlərə yol verir - işğalçı siyasət yürüdürdü. Üstəlik, erməni tərəfi Bakıdan Naxçıvana (oradan da Ermənistana) gedən qatarların qarşısını kəsmiş, dəmiryolunda hərəkət dayanmışdı. Nəticədə Naxçıvan blokada vəziyyətinə düşmüşdü.
Bu reallıqların fonunda o vaxtkı Azərbaycan hakimiyyəti nəinki haqq səsimizi beynəlxalq ictimaiyyətə çatdıra bilmirdi, hətta proseslər, eləcə də 907-ci düzəliş barədə xalqa məlumat vermirdi. Təsadüfi deyil ki, Azərbaycan ictimaiyyəti ilk dəfə “Azadlığa dəstək aktı” adlı sənədə 907-ci düzəlişdən ABŞ səfiri Riçard Maylsın 4 fevral 1993-cü il tarixində Naxçıvan Muxtar Respublikasına səfəri və muxtar respublikanın Ali Məclisinin Sədri Heydər Əliyevlə görüşündən sonra xəbər tutmuşdu. Qeyd edək ki, o zaman Heydər Əliyev ABŞ prezidenti Bill Klintona yazdığı məktubda blokada vəziyyətində olan Naxçıvana humanitar yardım göstərilməsini xahiş etmişdi. Səfir R.Mayls isə Naxçıvana gedərək Heydər Əliyevlə yardımın hansı marşrutla və necə çatdırılması barədə müzakirə aparmışdı. Çünki qeyd etdiyimiz kimi, 907-ci düzəliş yardımla əlaqədar ciddi məhdudiyyət yaradırdı. Buna baxmayaraq, ABŞ hökuməti muxtar respublikaya 1993-cü ilin martında 1 milyon dollar dəyərində ilk humanitar yardım göndərmişdi. Göstərilən yardımdan əlavə, Birləşmiş Ştatların bir sıra hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri Naxçıvana gələrək vəziyyətlə yerində tanış olmuşdular. Eyni zamanda, Heydər Əliyevin aktiv diplomatik təmasları nəticəsində digər dövlətlərin hökumətləri də öz nümayəndələrini vəziyyətlə tanış olmaq üçün Naxçıvana göndərmişdilər. Muxtar respublikaya yardım göstərən ilk beynəlxalq təsisatlar isə BMT-nin müvafiq qurumları idi.
Ümumiyyətlə, Heydər Əliyevin bu təmasları və təşəbbüsləri təkcə blokada vəziyyətində olan Naxçıvana humanitar yardımın göstərilməsi baxımından əhəmiyyətli deyildi. Bu, eyni zamanda, dünyanın - regionda və qlobal miqyasda mühüm təsir imkanlarına malik olan dövlətlərin, beynəlxalq təşkilatların diqqətinin Qarabağ probleminə, Azərbaycana qarşı təcavüzkar siyasətə, onun nəticələrinə yönləndirilməsi, reallıqların geniş auditoriyaya çatdırılması üçün böyük önəm daşıyırdı. Heydər Əliyev qonşu İran, Türkiyə dövlətinin rəhbərləri ilə keçirdiyi görüşlərdə, xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri ilə apardığı danışıqlarda daim bu məsələləri əsas müzakirə mövzusu kimi nəzərə çatdırırdı. Azərbaycan hakimiyyətinin ölkəni təcrid vəziyyətinə saldığı bir şəraitdə ümummilli lider Heydər Əliyev böyük tarixi missiya yerinə yetirir, ölkəmiz ətrafındakı informasiya blokadasını yarmağa çalışırdı.
Ulu Öndər 1993-cü ildə hakimiyyətə gəldikdən sonra sistemli fəaliyyətini davam etdirərək Azərbaycanın informasiya blokadasından çıxması, dünyada etibarlı tərəfdaşa çevrilməsi, Qarabağ məsələsinin həlli ilə əlaqədar obyektiv beynəlxa?q rəyin formalaşması istiqamətində çox mühüm addımlar atdı. Öz növbəsində, onun layiqli davamçısı - siyasi varisi olan cənab İlham Əliyevin strateji kursu Azərbaycanın dialoq və əməkdaşlıq məkanına, Ermənistanın isə təcrid vəziyyətinə düşərək autsayderə - dalan ölkəyə çevrilməsini şərtləndirdi. Azərbaycan öz milli gücü - hərbi-siyasi resursları ilə torpaqlarını işğaldan azad etdi, tarixi ədaləti bərpa etməyə müvəffəq oldu.
Ölkəmiz hərb meydanında möhtəşəm qələbə qazandı, siyasi-diplomatik arenada və informasiya müharibəsində böyük üstünlük əldə etdi. Artıq tarixi Zəfər prosesə çevrilib və Azərbaycan bütün strateji hədəflərini addım-addım gerçəkləşdirir.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24

