BMT uzun illər davam edən bu münaqişənin həll olunması üçün öz qəti sözünü deyəcək
07.09.2010 [12:40]
“BMT müstəvisində Azərbaycanın işğal olunmuş ərazilərinə dair sənədin müzakirəyə çıxarılması olduqca önəmlidir və çox vacibdir”. Bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib. “Bu böyük bir prosesin növbəti mərhələsidir. Yəni bu məsələ ayrı-ayrı beynəlxalq təşkilatlarda müzakirə olunub. BMT Baş Assambleyasında Dağlıq Qarabağ probleminin növbəti dəfə müzakirəyə çıxarılması beynəlxalq birliyin bu məsələyə diqqətinin xüsusi olaraq cəlb edilməsinin bariz nümunəsidir. Məsələni beynəlxalq ictimaiyyətin, BMT-nin müzakirə etməsi problemin nə qədər ciddi olduğunu təsdiqləyir” - deyə o, vurğulayıb.
Komitə sədri qeyd edib ki, artıq dünya Azərbaycanın haqlı mövqeyini müdafiə etməkdədir. R.Aslanova Assambleyada müzakirələr zamanı ölkələrin Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyinə və problemin həlli üçün öz səylərini ortaya qoyacaqlarına inandığını deyib. “İnanırıq ki, BMT uzun illər davam edən bu münaqişənin həll olunması üçün öz qəti sözünü deyəcək. Bu, BMT-nin nüfuzunun artmasına səbəb olan addım olacaq. Hər kəsə məlumdur ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi indiyə qədər icra olunmayıb. Bu sənədlərin icra olunmaması, Ermənistan tərəfindən nüfuzlu beynəlxalq quruma sayğısızlıq göstərilməsi yolverilməzdir. Ona görə də, BMT Baş Assambleyası mövqeyini ortaya qoymalıdır. Dünya xalqları BMT-ni 1945-ci ildə yaradarkən onun böyük, humanist, sülh və təhlükəsizliyin təmin edəcəyi missiyasına inanırdı. Uzun illər bu missiya uğurla gercəkləşib. Amma 21-ci əsrin birinci onilliyinin başa çatması ərəfəsində bu missiyanın tam gerçəkləşməsi, münaqişəli zonaların, dondurulmuş münaqişələrin həll edilməsi yolunda BMT-nin atacağı konkret addımlar bu qurumun fəaliyyətinin uğurla davam etməsinə dəlalət edən bir məqam olacaq. Biz inanırıq ki, artıq BMT özünün digər sahələrdə olan fəaliyyətini məhz Dağlaq Qarabağ probleminin həllində də ortaya qoyacaq və problem həll ediləcək” - deyə R.Aslanova bildirib. Onun sözlərinə görə, dünyada bu gün BMT-nin nüfuzunun aşağı düşməsi kimi fikirlər mövcuddur. Həmin fikirlərdə bildirilir ki, BMT öz funksiyasını əvvəlki kimi gerçəkləşdirə bilmir. “Qeyd olunur ki, böyük, güclü dövlətlər qarşısında BMT acizlik nümayiş etdirir. Ancaq bununla yanaşı təşkilat Qarabağ məsələsində obyektivlik, qətiyyət göstərsə, bu, onun müstəqil qurum olaraq yaşamaq haqqı qazanmasına imkan verəcək” - deyə komitə sədri bildirib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

