ATƏT-in sədri regiona niyə gəlir?
30.03.2022 [10:11]
Zbiqnev Raunun ziyarəti bölgədə nəyi dəyişə bilər?
P.İSMAYILOV
ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau yüksək səviyyəli rəsmilərlə görüşlər keçirmək üçün martın 29-dan aprelin 1-dək Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək. O, Gürcüstanda prezident Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili, baş nazirin müavini və xarici işlər naziri David Zalkaliani və parlament sədrinin birinci müavini Giorgi Volski ilə, Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla, Ermənistanda isə prezident Vaaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. Səfərin Cənubi Qafqaz regionunda dinc əməkdaşlıq, dialoq və sabitliyin təşviqinə yönələcəyi bildirilir.
Hazırki situasiyada ATƏT sədrinin Cənubi Qafqaza səfəri bir neçə istiqamətdə izah edilir. Belə ki, bəzi siyasi ekspertlər bunun Rusiya ilə Ukrayna arasındakı hərbi gərginliklərdən qaynaqlandığını bildirsələr də, digər bir qisim bu siyasi ziyarəti bölgənin gələcək inkişaf perspektivi ilə bağlayır. Məlumdur ki, Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlardan ən çox narahatlıq keçirən NATO ölkəsi məhz Polşadır. Lvovun bombalanmasının ardından müharibənin Avropaya keçmə ehtimalından bəhs edən Qərb siyasətçiləri köhnə qitənin təhlükəsizliyinin prioritetliyini irəli sürürlər. Bu mənada, ATƏT sədrinin region ölkələrində nəbz yoxlayacağı da ehtimallar arasındadır.
Digər tərəfdən, Rusiyaya tətbiq olunan iqtisadi sanksiyalar Avropa məkanı üçün də bir sıra çətinliklər yaradıb. İllərdir ki, ənənəvi formada davam etdirilən qarşılıqlı münasibətlər yeni dönəmə qədəm qoyur. Bu mərhələdə Avropanın əsas ticarət tranziti kimi məhz Cənubi Qafqazı seçəcəyinə şübhə yoxdur. Azərbaycanın təşəbbüsü ilə reallaşan mühüm infrastruktur layihələri isə Avropa üçün cəlbedicidir. Məsələn, Füzuli Beynəlxalq Hava Limanı, Zəngəzur dəhlizi layihələri Avropanı Asiya ilə bağlayan logistik əhəmiyyətə malikdir. Bu mənada, ATƏT sədrinin Cənubi Qafqaz səfəri perspektivdə bu istiqamətdə əməkdaşlığın inkişafı üçün mühüm əhəmiyyət daşıya bilər. Bunun üçün isə ən mühüm şərt regionda davamlı sülhün təmin olunmasıdır. Başqa sözlə, qlobal iqtisadi layihələrin gerçəkləşməsi üçün regional sabitlik amili önə çıxır. Bu mənada, region ölkələrini ayrı-ayrılıqda təhlil etdikdə maraqlı mənzərə ilə qarşılaşmaq mümkündür:
- Gürcüstan Ukrayna ilə bərabər Qərbin regiondakı ən mühüm prioritetlərindən sayılır. Hətta bu ölkənin NATO-ya və ya Avropa İttifaqına qəbulu məsələsi artıq müzakirə predmetinə çevrilib. Qərb Ukraynada baş verənlərin ardından Gürcüstanla bağlı narahatlıqlarını dilə gətirir. ATƏT sədrinin bu ölkəyə səfəri prosesin Ukraynadan fərqli olaraq daha səssiz axışını təmin etməyə yardım xarakteri daşıya bilər;
- Azərbaycan regiondakı siyasi mənzərəni dəyişmiş qalib dövlətdir. Avropanın, o cümlədən Qərbin marağında olan qlobal əməkdaşlığın ən mühüm halqası məhz Azərbaycandır. Avropanı Asiya, o cümlədən Türk dünyası ilə birləşdirəcək əsas tranzit kommunikasiyası Azərbaycanın vasitəsilə tənzimlənir. Bu gün Azərbaycan regionun mühüm güc mərkəzinə çevrilib ki, bunu Avropa təsisatları da təsdiqləyir. O baxımdan, ATƏT sədrinin məlum səfərinin dinc əməkdaşlıq, dialoq və sabitliyin təşviqi kimi məqsədləri, ilk növbədə, Bakıda müzakirə ediləcək;
- Ermənistana gəlincə, bu ölkənin siyasətinin dincliyə və sabitliyə əsas təhdid olması şübhə doğurmur. Qonşularına qarşı əsassız iddialarından əl çəkməyən Ermənistan hələ də bəzi böyük güclərin və ya dövlətlərin ona arxa çıxacağını düşünür, məlum təxribatlarından əl çəkmir. Təbii ki, Avropa bunu görür və lazımi nəticə çıxarır. Bu mənada, siyasi ekspertlər ATƏT sədrinin Ermənistana səfəri zamanı bu ölkəyə müəyyən “məsləhət”lər verəcəyini bildirirlər. Bunu “qulaqburması” kimi də izah edənlər var...
Beləliklə, ATƏT sədrinin məlum səfərinin regional əməkdaşlığa mühüm təsirləri ola bilər. Bunun üçün, ilk növbədə, siyasi iradə lazımdır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 May 21:20
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17

