Başıbəlalı Kuril adaları: növbəti silahlı münaqişə olacaqmı?
02.04.2022 [11:30]
Məlik Məmmədov
Dünya Rusiya-Ukrayna müharibəsindən özünə gəlməmiş, üfüqdə yeni güclə növbəti münaqişə təhlükəsi alovlanır. Söhbət Rusiya ilə Yaponiya arasında Kuril adaları ilə bağlı ərazi mübahisəsindən gedir.
Xatırladaq ki, adalar zəminində münasibətlərin kəskinləşməsi Yaponiyanın Ukraynadakı hərbi əməliyyatlarla əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən sonra başlayıb. Buna cavab olaraq Rusiya Yaponiya ilə sülh müqaviləsi üzrə danışıqları davam etdirməkdən imtina etmək, Cənubi Kuril adalarında müştərək təsərrüfat fəaliyyətlərin qurulması üzrə Yaponiya ilə dialoqdan çıxmaq və Yaponiya vətəndaşlarının Cənubi Kuril adalarına vizasız gediş-gəlişini dayandırmaq qərarına gəlib. Daha sonra Rusiya Kuril adalarında hərbi təlimlər keçirib, bu da Yaponiya hökumətinin etirazına səbəb olub.
Nəticədə Yaponiya Xarici İşlər Nazirliyi “Diplomatiyaya dair mavi kitab”ın yeni versiyasını hazırlayıb və orada Cənubi Kuril adalarına münasibətdə “işğal” termininə qayıtmaq qərarına gəlib. Tokio ötən əsrin 50-ci illərində SSRİ-yə keçən adaları - Kunaşir, Şikotan, İturup və Habomaini “işğal edilmiş” hesab edir. Yapon diplomatları 2003-cü ilə qədər bu əraziləri rəsmi olaraq “qanunsuz işğal olunmuş”, daha sonra isə 2012-ci ilə qədər “əzəli torpaqlar” adlandırırdılar. Daha sonra rəsmi Tokio bu ərazilərlə bağlı Rusiya ilə kompromis əldə etmək ümidi ilə bu cür ifadələrdən çəkinməyə başladı.
Rusiya-Yaponiya münasibətlərinin kəskinləşməsi indiki vəziyyətdə nə dərəcədə realdır?
Kuril adalarının xüsusi iqtisadi dəyəri yoxdur, lakin buna baxmayaraq, Şimali ərazilər mövzusu Yaponiyanın daxili siyasətində mühüm rol oynayır. Amma həmişə belə olmayıb. 1966-cı ildə keçirilmiş sorğuya görə, yaponların demək olar ki, yarısı Şimal ərazilərinin tam olaraq nə olduğunu bilmirdi və 10%-dən az hissəsi onların məxsusluğu mövzusunu mühüm beynəlxalq problem hesab edirdi. 1970-ci illərdə vəziyyət dəyişdi. Müxalif Sosialist Partiyası fəal şəkildə Amerika qoşunlarının Okinavadan çıxarılmasını tələb edirdi. Bu gündəmi balanslaşdırmaq üçün hakim liberal-demokratlar anti-kommunist təbliğatı və Kuril adalarının qaytarılması tələbi ilə cavab verdilər. 1981-ci il fevralın 7-də, ilk Rusiya-Yaponiya müqaviləsinin imzalanmasının ildönümündə, hətta Şimal ərazilərinin xüsusi günü də təsis edildi. Nəticədə, adaların geri qaytarılması yapon kimliyinin mühüm hissəsinə çevrilib, ona görə də Yaponiyanın rəsmi mövqeyini yumşaltmaq cəhdləri o qədər də populyar deyil.
Rusiya isə daha çox Kuril adaları Yaponiyaya keçərsə, Amerika gəmiləri Kunaşir boğazı vasitəsilə Oxot dənizinə sərbəst keçə biləcəyindən narahatdır. Orada isə ABŞ-ın qərb sahilinə nüvə zərbəsi endirməyə qadir olan Rusiyanın strateji sualtı qayıqları yerləşir. O cümlədən Moskva ABŞ-ın həmin adalarda öz hərbi bazalarını yarada biləcəyindən də ehtiyatlanır. Bu baxımdan son illər Rusiya üçün Kuril adalarının əhəmiyyəti getdikcə artır. Bundan əlavə, əgər Kuril adaları II Dünya Müharibəsi nəticəsində ilhaq edildiyi əsası ilə Yaponiyaya verilsə, bu, potensial təhlükəli presedent yarada bilər və Kalininqrad vilayətinin qaytarılması məsələsi gündəmə gələ bilər. Nəhayət, bu məsələdə milli prestij məsələsi də sonuncu rol oynamır.
Hazırkı bəyanatlardan sonra hansısa real hərəkətlərin olub-olmayacağını söyləmək kifayət qədər çətindir. Axı müəyyən vaxta qədər heç kim Ukraynada müharibə olacağına da inanmırdı. Yaponiya çox güman ki, Rusiyaya müharibə elan etməyə cəsarət etməyəcək. Ümumiyyətlə, Yaponiya rəhbərliyi həmişə başa düşürdü ki, Rusiya adalardan imtina etməyəcək və danışıqların arxasında əsasən kifayət qədər praqmatik maraqlar dayanırdı - Kuril adalarına mümkün investisiyalar, humanitar əməkdaşlıq imkanları və s. Beləliklə, yaponlar uzunmüddətli perspektivlərə hədəflənmişdi, çünki yüz ildən sonra geosiyasi vəziyyətin necə olacağı məlum deyil. İndi də bu fürsət pəncərəsi qeyri-müəyyən müddətə bağlıdır.
Rusiya özü də III Dünya Müharibəsinin başlamasına səbəb ola biləcək silahlı münaqişədən çəkinəcək, çünki Yaponiyada çoxlu ABŞ hərbi bazaları var. Rusiyanın atdığı addımlar daha çox Yaponiyanın Ştatların təsiri altında qəbul etdiyi sanksiyalara cavabdır. Maraqlıdır ki, Yaponiya vaxtilə məhz amerikalıların günahı ucbatından bu adaları itirib, sonra isə ABŞ-ın özü onların geri qaytarılması məsələsini qaldırıb. Lakin təəccüblənməyə dəyməz, böyük siyasətdə ikili standartlar artıq adi hala çevrilib.
Bununla belə, dünya gündəmində daha bir potensial münaqişənin meydana çıxması yaxşı heç nə vəd etmir və bəşəriyyəti uçurumun astanasına daha da yaxınlaşdırır.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

