Soçi və Brüsseli “hədəfə” alanlar...
08.04.2022 [09:59]
Ermənistan müxalifətinin iki “üzü”
Pərviz SADAYOĞLU
2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanat regionda təhlükəsizliyin təmin edilməsi və davamlı sülhün bərqərar olması üçün ən mühüm istinad mənbəyidir. Həmin sənədə imza atan Ermənistan isə hələ də “sözünün üstündə durmur”. Daha doğrusu, illərdir “for-post” statusundan və “yedək olmaq” psixologiyasından qurtula bilməyən Ermənistan azad şəkildə öz yolunu müəyyənləşdirməkdə acizlik göstərir. Əslində mənzərə aydındır: bu gün Azərbaycan regionda yeni siyasi-iqtisadi reallıqlar formalaşdırıb. Bu realllıqlar isə özlüyündə yeni əməkdaşlıq platformalarını aktuallaşdırır. Belə bir iqtisadi platforma Ermənistan üçün hava-su kimi lazımlıdır. Sosial problemlərin əsirinə çevrilmiş bu ölkə regionda yaranmış imkanlardan maksimum bəhrələnməli, özünün yeni inkişaf mərhələsini formalaşdırmalıdır. Təəssüf ki, hazırda bütün bunların tam əksi müşahidə edilməkdədir. Artıq iki ilə yaxındır ki, qeyri-konstruktiv mövqeyi ilə bölgədə sülhün və təhlükəsizliyin təmininə mane olan Ermənistan yenə də köhnə “azarından” xilas ola bilmir. Ən qəribəsi isə, bu dövlətin daxilində kök salmış siyasi qüvvələrin sülhlə bağlı sərgilədikləri mövqedir. Belə ki, Ermənistan ilə Azərbaycan arasında sülhlə bağlı hər hansı bir təmas və ya danışıqlar bu ölkənin xaricdən asılı siyasi qüvvələrinin “aktivləşməsi”, o cümlədən ölkələrin sərhədlərindən lokal atəş səsləri ilə müşayiət olunur.
Ohanyan və komandası Qərbə qarşı döyüşür
Məsələn, sonuncu Brüssel görüşü öncəsi Ermənistan müxalifətinin bir hissəsi, o cümlədən bu ölkənin “köhnə qvardiyası” yenidən küçələrdə idi. Görüşün detallarından (bunu özləri etiraf edirlər), mahiyyətindən, prosesin inkişafından xəbərsiz olduqları halda hansısa “xəyanət” və ya “satqınlıq” şüarları meydanı doldurur. Aprelin 6-da parlamentin müxalifətdən olan “Ermənistan” fraksiyasının Artaşatda keçirdiyi mitinqin, o cümlədən aprelin 5-də İrəvanın Azadlıq meydanında keçirilən etiraz aksiyasının iştirakçılarına baxdıqda hər şey məlum olur: Mitinqlərin əsas təşkilatçısı keçmiş müdafiə naziri, Xocalı qatili, Rusiyaya yaxınlığı ilə seçilən Seyran Ohanyandır. Aprelin 6-da keçirilən digər bir etiraz “aksiyasının” - “5165 hərəkatı”nın aksiyasında isə əsas sima keçmiş prezident Robert Koçaryanın oğlu Levon Koçaryandır. Yəqin ki, artıq şərhə ehtiyac qalmır.
Analoji situasiya ötən ilin dekabrında, Brüsseldə üçtərəli görüşün birinci raundu öncəsi də yaşanmışdı. Həmin vaxt, hətta parlamentdə açıq etiraz səslərini ucaldan Ermənistan müxalifətinin məlum kəsimi baş nazir Paşinyandan izahat tələb etmişdilər. Onlar bildirmişdilər ki, Paşinyan keçiriləcək görüşün müzakirə predmetlərini parlament fraksiyalarına təqdim etməlidir. Təbii ki, onların bu hay-küyünün birmənalı şəkildə Brüssel görüşünə qarşı yönəldiyi ilk baxışdan məlum idi. Ən əsası isə hər iki görüş öncəsi Qarabağdakı erməni silahlılarının məlum təxribatları, sərhəd bölgələrində atəş səsləri öz “işində” idi.
“Rusiya düşmənçiliyi”nin Soçi izləri
Bu mənzərə yalnız tərəflərin “Qərb masasında” bir araya gəldiyi dövrdə müşahidə olunmur. Ermənistan rəhbərliyinin Azərbaycan tərəfi ilə təması Rusiyada baş tutan zaman müxalifətin digər qolu - “qərbpərəstlər” hərəkətə keçir. Məsələn, 2021-ci ilin noyabrında keçirilən Soçi görüşü öncəsi paytaxt İrəvanda bir neçə gün Ermənistan hökumətinə qarşı vətəndaş itaətsizliyi aksiyaları keçirilmişdi. N?yabrın 26-da səhər saatlarından etibarən isə “Azadlıq hərəkatı” təşəbbüs qrupunun üzvləri İrəvanda hakimiyyətin hazırkı siyasətinə etiraz əlaməti olaraq küçələri bağlamışdılar. Polislə qarşıdurma əsnasında 6 etirazçı saxlanılmışdı. Qərbə yaxın “Oyanış” partiyasının sədri Ara Zöhrabyan isə baş verənləri dinc aksiya adlandırmışdı. O, Nikol Paşinyanın anti erməni proqramı ilə razılaşmadıqlarını bildirərək erməniləri küçə döyüşünə başlamağa dəvət etmişdi. Buna cavab olaraq isə, polis Ara Zöhrabyanı da həbs etmişdi.
Göründüyü kimi, bu ölkə sanki fərqli ünvanlara satılmış, onlara xidmət edən siyasi qüvvələrin əsirinə çevrilib. Bu mənada, Ermənistan cəmiyyəti, ilk növbədə, öz ölkəsini xarici dövlətlərin işğalından azad etməlidir...
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59
