Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mandatı itən, siyasi vəfatı baş tutan Minsk qrupu

Mandatı itən, siyasi vəfatı baş tutan Minsk qrupu

12.04.2022 [09:49]

ATƏT-in “premature” qurumunu reabilitasiya etmək cəhdi iflasa düçar oldu

Nurlan QƏLƏNDƏRLİ

Son günlər müzakirə mövzularından biri ATƏT-in Minsk qrupunun iflasa uğramasıdır. Son olaraq Rusiyanın xarici işlər naziri Sergey Lavrov söyləyib ki, Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransa bu format çərçivəsində Rusiya ilə əlaqə saxlamaqdan imtina ediblər. “ATƏT-in Minsk qrupu üçlüyünün gələcək taleyinin necə olacağını deyə bilmərəm. Amerikalı və fransalı tərəfdaşlarımız Rusiya ilə təmasları ləğv etməyə can ataraq, ATƏT-in Minsk qrupunu ləğv ediblər. Bu format çərçivəsində bizimlə əlaqə saxlamaqdan imtina ediblər” ,- deyə Lavrov əlavə edib.

Sosial şəbəkələrin Azərbaycan bölməsində siyasi şərhçilərlə yanaşı, müxtəlif peşə sahibi olan sadə vətəndaşlar da bu barədə öz fikirlərini bildirirlər. Daha çox “ATƏT-in Minsk qrupu ləğv edildi”, “Minsk qrupu öldü, dəfn olundu”, “Bu, zatən ölü doğulmuş təşkilat idi”  kimi rəylər ifadə edilir. 

Bəs Minsk qrupu niyə fiaskoya məhkum oldu? Bu suala cavab tapmaq üçün yeni suallar vermək lazımdır. Məsələn, ATƏT-in Minsk qrupunun vəzifəsi nə idi? Vasitəçilik. Bəs missiyası? Tənzimləmə qrupu kimi münaqişənin sülh yolu ilə beynəlxalq hüquq normaları əsasında həllinə nail olmaq. Nəticə nə oldu? Azərbaycan öz milli gücüylə, hərbi-siyasi yolla münaqişənin həllinə nail oldu. Azərbaycanın 44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq torpaqlarını işğaldan azad etməsi təkcə ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil. Bu, eyni zamanda, dünyada yeni nümunənin - mühüm presedentin yaradılmasıdır. Söhbət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasına nail olmaqdan gedir. Bu, eyni zamanda, BMT-nin korlanmış imicinin bərpası üçün yeni nümunə yaradılması və ya şərait formalaşdırılması baxımından önəmlidir.

Eyni zamanda, “Münaqişənin hərbi həlli yoxdur” deyənlərin, işğalçı ilə işğala məruz qalanı eyniləşdirənlərin siyasəti iflasa uğradı. Sadə bir fakta nəzər salaq: Ermənistanın təcavüzkar siyasətini davam etdirməsinə, məlum qətnamələri yerinə yetirməməsinə görə bu ölkəyə qarşı sanksiya tətbiq edilməsi imkanı olsa da, belə bir təşəbbüs irəli sürülmədi. ATƏT isə ya siyasi susqunluq nümayiş etdirdi, ya da formal bəyanatlar verməklə kifayətləndi. Bu, ikili standartlar siyasətinin və selektiv yanaşmanın bariz nümunəsi idi. Çünki dünya təcrübəsində müxtəlif ölkələrə qarşı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin dərhal və tam icrasına dair kifayət qədər fakt, nümunə var idi. Məsələn, 1990-cı il avqustun 2-də İraq ordusu Küveytə hücum edərək onu işğal etmişdi. BMT 7 ay davam edən işğala görə İraqa qarşı sanksiyalar tətbiq etmiş, ABŞ və onun müttəfiqləri isə təşkilatın Təhlükəsizlik Şurasından mandat alaraq 1991-ci ilin fevralında “Səhrada tufan” əməliyyatına başlamışdılar. Azərbaycan isə uzun müddət qərəzli yanaşma ilə üzləşdi. Əlbəttə, bəhs olunan arzuolunmaz hal, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının nüfuzuna, reputasiyasına zərbə, beynəlxalq hüquq normalarına hörmətsizlik, laqeydlik və etinasızlıq idi. Azərbaycan bu ədalətsizliyi öz gücü ilə aradan qaldırdı, hərbi-siyasi resursları vasitəsilə münaqişəni həll etməklə beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsini təmin etdi. Ermənistanın işğalçı siyasətindən, təxribatçı hərəkətlərindən, təcavüzkar, destruktiv mövqeyindən 30 ilə yaxın müddət ərzində əziyyət çəkən Azərbaycan öz iqtisadi potensialı, siyasi imkanları, diplomatik resursları və hərbi qüdrəti vasitəsilə torpaqlarını azad etdi, ərazi bütövlüyünün bərpasına nail oldu. Bu, qeyd etdiyimiz kimi, yeni bir presedentin əsasının qoyulması idi. Milli güc resurslarını səfərbər edərək təcavüzkar qüvvəni kapitulyasiya aktına imza atmağa məcbur edən Azərbaycan bütün dünyaya işğalçı siyasətin və separatizmə əsaslanan mövqeyin, yaxud neqativ geosiyasi amil olan bölücülüyə rəvac verən aqressiv politikanın hər hansı bir perspektivi olmadığını sübut etdi. Bu, həm də ATƏT-in “premature” qurumunun perspektivsizliyini bir daha nümayiş etdirdi. 

Artıq Minsk qrupunun keçmiş missiyasına uyğun fəaliyyətinə ehtiyac - lüzum yoxdur.  Daha dəqiq desək, “turist diplomatiyası” heç kimə lazım deyil. İndi əsas məsələ müharibəsonrası dövrdə bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi, 10 noyabr Bəyanatında əksini tapan məsələlərin icrası, kommunikasiyaların açılması və digər bir sıra istiqamətlərdə fəaliyyət göstərməkdir. 44 günlük müharibənin bitməsindən bu zamana qədər (postmünaqişə dövründə) həmsədrlər Ermənistanın üçtərəfli Bəyanatın icrası ilə bağlı öhdəliklərinin yerinə yetirilməsində israrlı olmadı və ya hər hansı bir sərt bəyanat verilmədi. Bu isə Minsk qrupunun “siyasi reanimasiya”da olduğunu bir daha təsdiqlədi.

Minsk qrupunun funksiyasının bitdiyini və ya “siyasi vəfatı”nı təsdiqləməyin isə bir yolu var: həmsədrlər ayrılıqda deyil, birlikdə ya “The Washington Post”, ya “Le Figaro”, ya da “Rossiyskaya qazeta”da elan versinlər: “ATƏT-in Minsk qrupunun mandatı itdiyi üçün etibarsız sayılır” və yaxud “Minsk qrupunun siyasi vəfatından kədərləndiyimizi bildirir, ikili standartlar siyasətini dəstəkləyən bütün qüvvələrə dərin hüznlə başsağlığı veririk” formasında. Məhz indi və həm sözün, həm də əməlin bitdiyi yerdə!

Paylaş:
Baxılıb: 240 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Prezident bu gün

Prezident bu gün

21 May 09:31

Gündəm

Xəbər lenti

Xəbər lenti

Siyasət

İndi vaxtıdır!

20 May 10:43

Xarici siyasət

Siyasət

“B” planı...

20 May 10:37

Xarici siyasət

Analitik

İqtisadiyyat

Gündəm

Son mərhələ...

20 May 09:49

Prezident bu gün

Prezident bu gün

20 May 09:45

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31