“Qarabağ klanı” yeni təxribatlara əl atır
26.04.2022 [10:16]
Danışıqları pozmaq istəyən qüvvələr siyasi manipulyasiya ilə məşğuldur
P.İSMAYILOV
Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqları ilə bağlı pozitiv məqamlar artdıqca bəzi dairələrin “üçüncü əl” qismində prosesə müdaxilə arzusu da intensivləşir. Belə ki, sosial şəbəkənin erməni seqmentində Xankəndi ilə bağlı informasiyalar yayılmaqdadır. Bu informasiyalarda Xankəndi şəhərinin əhalisinə xəbərdarlıq edilir. Bildirilir ki, buradakı ermənilər aprelin 30-na qədər təxliyə olunacaqlar. Sözügedən informasiya sosial şəbəkənin erməni seqmentində şok effekti yaradıb və böyük təşvişə səbəb olub. Bir məqamı da vurğulamaq gərəkir ki, bu, separatçıların adından yayılan məlumatdır.
Məsələ ilə bağlı fikirlərini qəzetimizə bölüşən Milli Məclisin deputatı Arzu Nağıyev bu xarakterli məlumatların yayılmasının təxribat olduğunu düşünür. Millət vəkili bildirib ki, Azərbaycan dövləti heç bir vaxt ermənilərin həmin ərazilərdən köçürülməsi ilə bağlı bəyanatla çıxış etməyib: “Və ya onlara bu kimi informasiyalarla hansısa təzyiqlər edilməyib. Biz hər zaman bildirmişik ki, Xankəndidə və digər regionlarda yaşayan ermənilər Azərbaycan Konstitusiyasına, qanunlarına riayət etməlidirlər. Onların bizim qanunvericiliyi pozması və ya hər hansı bir cinayət xarakterli əməllərinin olmaması halları araşdırılmalıdır. Belə hallar olmadığı təqdirdə onlar gələcəkdə Azərbaycan vətəndaşları kimi həmin ərazilərdə yaşayıb fəaliyyət göstərə bilərlər”.
A.Nağıyevin fikrincə, son günlərdə bu və ya digər şəkildə məqsədli təxribatlara rast gəlinməkdədir. Belə ki, Zəngilan istiqamətində sərhəddə baş verən hadisələr bilərəkdən törədilir, bu kimi təxribat xarakterli məlumatlar, informasiyalar bilərəkdən yayılır. “Burada əsas məqsəd Azərbaycan ilə Ermənəistan arasında gedən danışıqlardakı pozitivliyi pozmaqdır. Artıq tərəflər arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı ciddi danışıqlar gedir. Azərbaycanla Ermənistan arasında Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub. Məhz bu baxımdan, Ermənistanda siyasi iddiaları ilə önə çıxmaq istəyən “Qarabağ klanı” ərazi bütövlüyümüzün tanınmaması, eyni zamanda sülh müqaviləsinin imzalanmaması üçün belə addımlar atır. Düşünürəm ki, sülh müqaviləsi imzalanana qədər bu kimi təxribatların şahidi olacağıq. Çünki bir çoxları həqiqətən də status-kvonun saxlanmasını istəyir. Onlar guya regiondan ermənilərin köçürülməsinin insan haqlarının pozulması şəklində dəyərləndirilməsinə çalışırlar. Amma bütün bu cəhdlər boşunadır”, - deyə A.Nağıyev əlavə edib.
Xəbər lenti
Hamısına baxMüsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26

