Sərhədlərin delimitasiyasına nə zaman start veriləcək?
05.05.2022 [09:56]
Birgə işçi qrupu tezliklə görüşməlidir
Nurlan QƏLƏNDƏRLİ
Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə Brüsseldə görüşü - üçtərəfli görüş zamanı müzakirə olunan və razılığa gəlinən mühüm məsələlərdən biri sərhədlərin dəqiqləşdirilməsi idi. Şübhəsiz ki, tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratmaq barədə qərarları sərhəddə gərginliyin aradan qaldırılması, delimitasiya və demarkasiya prosesinin maneəsiz və ardıcıl davam etdirilməsi üçün önəmli idi. Azərbaycan Prezidenti ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda bu məsələyə toxunaraq “Sərhədlərin delimitasiyasına start verilməsini də biz təklif etdik. Bu təklif də bir ildən artıq Ermənistan tərəfindən cavabsız qoyulmuşdur. Nəhayət ki, onlar buna razılıq verdilər və deyə bilərəm ki, çox tezliklə birgə işçi qrupları görüşəcəklər”, - deyə bildirdi.
Azərbaycan siyasi-hüquqi öhdəliklərinə sadiqdir. Bakı istər sülh müqaviləsinin imzalanmasına, istərsə də sərhədlərin delimitasiyası ilə əlaqədar prosesə hazırdır. Amma eyni fikri Ermənistan haqqında əminliklə söyləmək mümkün deyil. Çünki bəhs olunan üçtərəfli görüşdən sonra İrəvan ənənəsinə sadiq qalaraq prosesi sabotaj etməyə çalışdı. Söhbət bir müddət öncə Ermənistanın təxribat-diversiya qrupunun Azərbaycan sərhədini keçməyə cəhd göstərməsindən gedir.
Doğrudur, tərəflər sülh müqaviləsinin imzalanması ilə əlaqədar təmasları davam etdirirlər. Xarici işlər nazirləri arasında birbaşa telefon danışıqlarının baş tutması bu mənada xüsusi qeyd edilməlidir. Yeri gəlmişkən, mayın 2-də Brüsseldə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ikinci görüşü baş tutub. Reallıq göstərir ki, prosesdə irəliləyişə nail olmaq mümkündür.
Amma analitiklərin üzərində durduqları digər məsələ sərhəd məsələləri üzrə birgə komissiya yaradılmasıdır. Nikol Paşinyan Ermənistan parlamentinin iclasında qeyd etmişdi ki, aprelin 30-dək Bakı ilə İrəvan arasında Birgə Sərhəd Komissiyasının üzvləri təyin edilməlidir. Amma siyasi ekspertlərin qeyd etdikləri kimi, İrəvan tərəfindən dəqiq və konkret addım atılmaması müşahidə edilir. Bu isə prosesdə gecikməyə səbəb ola bilər.
Xüsusilə də, İrəvanda müəyyən siyasi dairələr Ermənistanda müxalifətin etiraz aksiyalarını bəhanə kimi göstərərək Brüssel sülh gündəliyini hədəfə almağa çalışırlar. Bu, rəsmi mövqe olmasa da, hər halda, Ermənistanda ictimai-siyasi ab-havanı nümayiş etdirir. Əslində isə, hərbi-siyasi təxribatların, vaxtı uzatmaq, prosesdən yayınmaq və təxribat cəhdlərinin İrəvan üçün, sadəcə, bumeranq effekti vəd etdiyini anlamaq o qədər çətin deyil. Ermənistan indiyə qədər ayrı-ayrı məsələlərlə əlaqədar müxtəlif bəhanələr gətirib, prosesi sabotaj etməyə çalışıb. Amma reallıq dəyişməyib, bu gün müzakirələr qalib Azərbaycanın şərtləri diktə etməsi fonunda və təklifləri əsasında davam etdirilir. Üstəlik, proses Avropa İttifaqı, Rusiya, ABŞ və digər güc mərkəzləri, beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilir - təqdir olunur. Xüsusilə də, nəzərə alınır ki, Cənubi Qafqazda postmüharibə dövrü olsa da, hərbi-siyasi təxribatlar, üçtərəfli Bəyanatda əksini tapmış öhdəlikləri yerinə yetirməkdən, sülh müqaviləsini imzalamaqdan yayınmaq kimi siyasi sabotajlar eskalasiyaya səbəb ola bilər. Ona görə də Ermənistanın yanaşması adekvat olmalı, prosesi uzatmaq cəhdlərinə, vaxt itkisinə yol verilməməlidir. Bakı ümid edir ki, sərhədlərin delimitasiyası prosesinə tezliklə start veriləcək, birgə işçi qrupları görüşəcəklər. Bu, təkcə ümid deyil, həm də konkret şərt və tələbdir!
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

