Anons verildi: Müharibə şiddətlənəcək
13.05.2022 [10:23]
Rusiyaya qarşı uzunmüddətli plan işə düşür
Pərviz SADAYOĞLU
Rusiya ilə Ukrayna arasındakı gərginliyi aradan qaldırmaq, prosesi danışıqlar masasına daşımaq üçün edilən cəhdlər nəticə vermir. Aparıcı beynəlxalq təşkilatlar da bu faktı təəssüflə təsdiqləyirlər. Məsələn, sülh prosesinin yaranması üçün cəhd göstərən BMT Baş katibi Antonio Quterreş “The Guardian” nəşrinə müsahibəsində məsələyə pessimist yanaşma sərgiləyib. O bildirib ki, yaxın vaxtlarda sülh olmayacaq. “Vaxt gələcək ki, Rusiya ilə Ukrayna arasında sülh danışıqları başlayacaq. Bu müharibə sonsuzadək davam etməyəcək. Sülh danışıqlarının aparılacağı vaxt gələcək. Lakin mən bunun yaxın gələcəkdə olacağını düşünmürəm”, - o söyləyib.
Son proseslər isə Rusiyaya qarşı ittifaqın yeni planlar üzərində çalışdığını deməyə əsas verir. Ukraynaya dəstək olan Qərb ölkələri Kremllə olan problemi nəinki danışıqlar masasında həll etmək, müharibəni daha da şiddətləndirmək istəyirlər.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlyas Hüseynov bildirib ki, BMT kimi universal bir təşkilatın rəhbərinin bu fikirləri səsləndirməsi vəziyyətin ciddiliyindən xəbər verir. O qeyd edib ki, Antonio Quterreş Rusiya və Ukrayna səfərinin ardından da bildirmişdi ki, müharibə Rusiya istədiyi zaman bitəcək. Politoloqun fikrincə, Türkiyənin vasitəçiliyi ilə aparılan danışıqlarda müəyyən irəliləyişlərə nail olunsa da, Buça və İrpendə baş verən hadisələr təmasların dayanması ilə nəticələndi. Bu hadisələr müharibənin müddətini bir qədər də artırdı və diplomatik sahədə olan intensivliyi azaltdı: “Hazırkı durumda isə ABŞ tərəfindən Lend-Liz qanununun imzalanması, G-7 sammitində Rusiya neftindən və qazından mərhələli şəkildə imtina edilməsi bəzi məsələləri üzə çıxarır. Rusiyanın hərbi sahədə məğlubiyyətini yaxınlaşdırmaq, iqtisadi sahədə tənəzzülünə nail olmaq üçün genişmiqyaslı fəaliyyət müşahidə olunmaqdadır. Görünür Rusiyaya qarşı uzunmüddətli plan işə düşüb. ABŞ prezidentinin Lend-Liz qanununu imzalaması Rusiya-Ukrayna müharibəsinin dönüş nöqtəsi ola bilər. 40 milyard ABŞ dollarına yaxın məbləğdə yardımı və krediti nəzərdə tutan bu qanun hücum silahlarının verilməsini də özündə ehtiva edir”.
İ.Hüseynov bildirib ki, indiyə qədər Ukraynaya yalnız müdafiə qabiliyyətli silahlar ötürülürdüsə, Lend-Liz qanunu sayəsində qırıcılar, raket-artilleriya sistemləri və komplekslər də veriləcək. Yardım may ayının sonları və iyun ayının əvvəlində baş tuta bilər. “Bu baxımdan, qarşıdakı aylarda Rusiya-Ukrayna müharibəsinin ən şiddətli dövrünə şahid ola bilərik. Təbii ki, Rusiya baş verənləri görür və yəqin ki, dəyərləndirir. Rusiyanın da planlarının olması heç kimdə şübhə doğurmur. Əgər bütün dünya mediası Lend-Liz qanununu müzakirə edirsə, buna kontr-arqumentlər hazırlanıb. Hərbi-siyasi strateqlər bu proqrama qarşı öz güclərini səfərbər ediblər. Artıq iqtisadi sahədə Rusiyanın qarşısının alınması, neft və qazdan mərhələli şəkildə imtina, Lend-Liz qanunu ilə hərbi yardımların genişləndirilməsi və eyni zamanda daxildə sosial narazılıqları daha da inkişaf etdirmək fonunda zəmin formalaşdırılır. Bu üç aspektin eyni anda Rusiyaya qarşı işə düşməsi ölkənin böhran dövrünə qədəm qoymasına gətirib çıxara bilər. Amma bunu qısa zamanda etmək mümkün olmayacaq. Çünki Rusiyanın ciddi valyuta ehtiyatları vardır”, - deyə İ.Hüseynov əlavə edib.
Xəbər lenti
Hamısına baxGündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29

