/ / Prezident Administrasiyasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri ilə görüş keçirilib
Prezident Administrasiyasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri ilə görüş keçirilib
13.05.2022 [21:19]
Mayın 13-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev arasında görüş keçirilib.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ədalət Vəliyev cəmiyyətin inkişafı naminə ölkəmizdə iqtidar-müxalifət əməkdaşlığından söz açıb, dayanıqlı demokratik ənənələrin dərinləşməsində siyasi partiyaların rolunun yüksək olduğunu vurğulayıb. Şöbə müdiri İkinci Qarabağ müharibəsi, Qələbə və yeni siyasi reallıqlar barədə fikirlərini səsləndirib, Prezident İlham Əliyevin çıxışından sitat gətirib: “...Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına yol verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə ilə və indiki reallıqlarla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaq vəzifəsi durur. Bizim partiyalarımızın bəziləri beynəlxalq partiya qurumlarına üzvdürlər. Bu məlumat o qurumlar çərçivəsində verilməlidir. Yəni bu, gələcək fəaliyyət üçün əsas istiqamət olmalıdır”.
Görüşdə, həmçinin “Siyasi partiyalar haqqında” qanunun layihəsi üzrə müzakirələr aparılıb. Şöbə müdiri bildirib ki, qanun layihəsi ilə əlaqədar bir sıra siyasi partiyalar tərəfindən təkliflər təqdim olunub. Eyni zamanda, təəssüflə vurğulanıb ki, əksər partiyalar bu məsələdə fəallıq göstərməyiblər.
Elşən Musayev ölkəmizdə aparılan siyasi dialoqu və dialoq çərçivəsində görülmüş işləri yüksək qiymətləndirib, eləcə də radikal müxalifətin cəmiyyətin parçalanmasına xidmət edən sərt ritorikasını tənqid edib. Partiya sədri siyasi partiyaların işğaldan azad olunmuş ərazilərə təşkil olunmuş birgə səfərlərini xatırladaraq, bu cür müsbət təcrübənin davamlı olmasını arzulayıb.
Görüşdə qeyd edilib ki, Azərbaycan Demokratik Maarifçilik Partiyasının da təmsil olunduğu Milli Məclisdə ümumilikdə 10 müxalifət partiyasının yer alması ölkəmizdə demokratik mühitin təzahürüdür. Bu partiyaların nümayəndələrinin ilk dəfə olaraq Milli Məclisin, həmçinin komitə və komissiyalarının rəhbərliyində vəzifə tutması xüsusi vurğulanıb.
Elşən Musayev Regional məsələlər komitəsinin sədr müavini kimi fəaliyyətindən söz açaraq parlamentin son illərdə müxtəlif istiqamətlərdə əldə etdiyi uğurlar, qarşıda duran vəzifələr, eləcə də qanunvericilik hakimiyyətinin icra hakimiyyəti orqanları ilə əməkdaşlığının daha da təkmilləşdirilməsi perspektivləri barədə danışıb.
Ədalət Vəliyev konstruktiv əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, Elşən Musayevə və onun sədrlik etdiyi siyasi partiyaya dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxMədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35

