Ermənistan xarici borcların və yardımların məngənəsində
04.11.2010 [09:51]
Ermənistan hakimiyyətinin səriştəsiz siyasəti bu dövləti daxili problemlər girdabında çapalamağa məhkum edərək, xarici siyasətdə senyor-vassal münasibəti ilə idarə olunan, bəzi böyük dövlətlərin forpostu olmaq statusundan uzağa getməyən bir ölkəyə çevirib. Məlum olduğu kimi, bu ölkə nəhəng xarici borclar səbəbindən kreditor dövlətlərin və beynəlxalq təşkilatların köləsinə çevrilib.
ölkə iqtisadiyyatı sovet dövründə olduğu kimi, yenə də dotasiyalar, digər dövlətlərin ianələri hesabına yaşayır. Sadəcə, bu dəfə ianə verən, humanitar yardım göstərən SSRİ-nin müttəfiq respublikaları yox, xarici ölkələrdə fəaliyyət göstərən erməni diasporu və geosiyasi mövqeyinə görə Ermənistanın Qərbə inteqrasiyasına rəvac vermək istəyən ABŞ və Avropa dövlətləri, eləcə də, onların maliyyələşdirdikləri beynəlxalq təşkilatlardır. Təhlilçilərin fikrincə, zəngin ölkələrin kasıb dövlətlərə etdiyi bu cür yardımlar qəbul edəndən çox onu verən donor ölkələrin maraqlarına xidmət edərək, bir növ neokolonializmə şərait yaradır.
Xarici ianələr və borclar hesabına yaşayan Ermənistanda dövlət büdcəsinin vəziyyəti qənaətbəxş deyil. Belə ki, bu ilin yanvar-mart aylarında ölkə büdcəsi 6.009 milyard dram məbləğində və ya ümumi daxili məhsulun (üDM) 1.1 faiz səviyyəsində kəsrlə icra edilib. Maliyyə Nazirliyinin rəsmi hesabatında qeyd edildiyi kimi, ölkənin xarici borcu 2.5 milyard dolları ötüb ki, bu da üDM-in 36 faizi deməkdir. Ermənistanın təbii resurslarla zəngin olmayan, istehsal sahələrinin inkişaf etmədiyi yarımfeodal bir postsovet respublikası olduğunu nəzərə alsaq, bu ölkənin nə xammal vasitələri ilə, nə də istehsal olunmuş məhsulları xarici bazarlara ixrac etməklə öz borclarını qaytarmaq iqtidarında olmadığı aydın olar. Ermənistanın belə acınacaqlı və çıxılmaz vəziyyətdə olması beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb. Dünya Bankının proqnozlarında göstərildiyi kimi, 2011-ci ildə bu ölkənin xarici borclarının ümumi daxili məhsulun 50 faizini keçməsi gözlənilir.
Bununla yanaşı, xarici borcların əsas və faiz hissəsinin ödənilməsi üçün hər il dövlət büdcəsindən ayrılan məbləğin artan xətt üzrə inkişafı faktı da ölkəni ciddi təhlükələrlə üz-üzə qoyur. Belə ki, əgər 2008-ci ildə xarici borcların qaytarılması üçün Ermənistan cəmi 8 milyon dollar ödəyirdisə, artıq 2013-cü ildə bu rəqəmin 478 milyon dollara çatacağı labüddür. Xarici borcların qaytarılması üçün dövlət büdcəsindən ayrılan vəsaitin ildən-ilə artması Ermənistana kənar siyasi təzyiqlərin güclənməsinə də münbit şərait yaradır.
Xarici borc məsələsində Ermənistan üçün daha bir ağrılı problem müxtəlif dövlətlərdən, beynəlxalq maliyyə qurumlarından alınan vəsaitlərin səmərəsiz xərclənməsi, xeyli hissəsinin isə ayrı-ayrı məmurlar tərəfindən mənimsənilməsidir. Hakim koalisiyada yer alan “çiçəklənən Ermənistan” partiyasının parlament fraksiyasının üzvü Vardan Bostancıyan bununla bağlı bildirib ki, “Alınan xarici borcların boş yerə sərf olunmasında hakimiyyətin günahı böyükdür, çünki bu hakimiyyətin pul və məhsullarla davranmaq mədəniyyəti yoxdur”.
Deputat Ara Nranyan isə qeyd edib ki, hökumət nəticə əldə etmək üçün pul vəsaitlərinin xərclənməsinin yeni mexanizmini işləyib hazırlamalıdır. Adıçəkilən parlament üzvünün sözlərinə görə, hökumət bu sahədə dəyişikliklərə getmək istəmir. Əsas səbəb də artıq kök salmış və gündən-günə inkişaf edən korrupsiya mexanizminə məmurların təhlükə yaratmamaq istəyi ilə bağlıdır. Elə xaricdən borc şəklində götürülən pulların da böyük hissəsi indiki mexanizmlərlə korrupsiya şəklində mənimsənilir.
“çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik çarukyan da rəhbəri olduğu siyasi təşkilatın hakim koalisiyada təmsil olunmasına baxmayaraq, Serj Sarkisyan komandasını sərt tənqid edib. Onun sözlərinə görə, “iqtisadi inkişaf naziri Nerses Yeriçyanın rəhbərlik etdiyi sahə barədə heç bir anlayışı yoxdur”. “Şant” telekanalına açıqlamasında Q.çarukyan N.Yeriçyanın ölkənin maliyyə böhranından xilas olmasına dair fikirlərinin qətiyyən reallığı əks etdirmədiyini bildirib: “Ermənistanın maliyyə, iqtisadi böhrandan xilas olmasına dair fikirləri yalnız bu sahə üzrə məlumatı olmayanlar söyləyə bilərlər. Ola bilər ki, iqtisadi inkişaf nazirinin və digər onun kimi adamların şəxsi büdcəsi artıb və bu səbəbdən onlar böhranın başa çatdığını düşünürlər. Lakin əhalinin vəziyyəti yalnız ağırlaşmağa doğru gedir”.
Qeyd etmək lazımdır ki, hazırda Ermənistanın qonşu dövlətlərə, xüsusilə Azərbaycana qarşı apardığı təcavüzkar-işğalçılıq siyasəti onun beynəlxalq əhəmiyyətli regional layihələrdən tamamilə təcrid edilməsinə və iqtisadi inkişaf imkanlarından məhrum olmasına gətirib çıxarıb. Ermənistan yalnız öz təcavüzkar siyasətindən uzaqlaşaraq qonşularla əməkdaşlığa söykənən dinc, sülhpərvər münasibətlər yaratmağa səy göstərəcəyi təqdirdə iqtisadi və sosial problemlər məngənəsindən xilas olmaq şansı qazana bilər.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40

