Paşinyan müxalifətin “Qarabağ yarası”na duz basır
25.05.2022 [10:47]
Danışıqlar Ermənistanı böhrandan xilas edə bilər, amma...
Günel ABBAS
Mayın 22-də Brüsseldə keçirilən üçtərəfli görüş iki ölkə arasında davamlı sülhə imza atılmasına, danışıqların intensivləşməsinə, sərhədlərin delimitasiya və demarkasiyasına təkan verib. Ancaq görüşün baş tutması və nəticələri radikal müxalifətin revanşist çıxışlarını bir qədər də artırıb. Küçə aksiyaları davam edir və üçtərəfli görüş revanşist qüvvələri daha da aqressivləşdirib.
Ermənistanda aksiyaların keçirilməsinə hələ aprelin 25-dən başlanılıb, mayın 2-dən etibarən isə proseslər bir az da gərginləşib. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyanın xarici siyasətdə atdığı addımlardan “narahat olan” Ermənistan müxalifəti baş nazirin istefasını tələb edərək “vətəndaş itaətsizliyi” mitinqləri təşkil ediblər. Qeyd edək ki, bu tarixdən başlayaraq bir çox şəhərlərdə, xüsusən də paytaxt İrəvanda nümayişçilər mütəmadi şəkildə toplaşırlar. Onlar yolları bağlayır, parlament binasına piyada getməyə cəhd edirlər. Qrup halında küçələrə çıxan əleyhdarlar müxtəlif şüarlar səsləndirir, zibil qablarını yollara çəkirlər. Az qala bir çox küçə və prospektlərdəki yol blokadalarına polis müdaxilə edir. Müxalifət bloku isə günlərdir xalqı meydanlara, küçələrə, etirazlarını davam etdirməyə çağırır. Ermənistanın paytaxtı İrəvanda hökumətin istefasını tələb edən nümayişçilər bəzən gecələri şəhərin mərkəzində qurduqları çadır şəhərciyində keçirirlər. Müxtəlif vaxtlarda hökumət binası qarşısına toplaşırlar. Ötən gün isə “Müqavimət” hərəkatının üzvləri İrəvanda Ermənistan Xarici İşlər Nazirliyinin binasını mühasirəyə alıb. Səbəb kimi XİN-nin Ermənistan dövlətinin maraqlarına xidmət etmədiyini göstəriblər.
Müxalifət qrupunun liderləri Ermənistanın baş naziri Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyində bir olduqlarını bildirirlər. Etirazçıların əsas vəzifəsi Paşinyanın istefası və “Qarabağın qeyd-şərtsiz Azərbaycana təslim edilməsinin qarşısını almaq”dır. Proseslər baş verən ilk gündən müxalifət hakimiyyətin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq planlarından xəbərdar olduğunu deyir. Paşinyanın öz çıxışlarında Azərbaycanla sülh sazişinin imzalanmasının ən qısa zamanda onların proqramında olduğunu deməsi və Brüssel görüşündə bu istiqamətdə addımların atılması müxalifətin onsuz da sızlamaqda olan “Qarabağ yarası”na duz basır.
Ermənistan müxalifəti başa düşmür ki...
Tərəflərin razılığı nəticəsində kommunikasiyaların açılması Ermənistanın hazırda içində olduğu dərin iqtisadi böhrandan çıxmasına da şərait yarada bilər. Ancaq bunu anlamamaqda israrlı olan müxalifət hakimiyyəti Azərbaycanla danışıqlara getməkdən çəkindirməkdə qətiyyətlidir.
Son məlumatlara əsasən Ermənistanın dövlət borcu 4 il ərzində 2,58 milyard ABŞ dolları və ya 37,6 % artıb. Ölkə hakimiyyəti antiböhran tədbirlərinin həyata keçirilməsi adı altında təkcə 2021-ci ildə dövlət borcunu 1,25 milyard dollar artırıb. Bu ilin ilk 4 ayında dövlət borcu 222 milyon dollar artıb. Bu pulun əhəmiyyətli hissəsi Mərkəzi Bank tərəfindən məzənnənin sabitləşdirilməsinə sərf edilib. Buna baxmayaraq hazırda adambaşına düşən milli borc təxminən 3 200 dollardır. Eyni zamanda, bu göstəricinin artması ÜDM-in ən azı proporsional artımına töhfə verməyib. Dörd il ərzində 2,45 milyard dollar borc xərclənib, lakin Ermənistanın nominal ÜDM-i təxminən 1,6 milyard dollar artıb və orta yoxsulluq səviyyəsi aşağı düşmək əvəzinə 27%-ə yüksəlib. Borc nəinki ölkənin sosial-iqtisadi problemlərini həll etmir, hətta onları daha da dərinləşdirir.
Təxribatlar digər dövlətlərlə münasibətləri zədələyir...
Hakimiyyətin sülh danışıqları ilə bağlı atdığı hər addıma radikal mövqe nümayiş etdirən müxalifət bu davranışı ilə Ermənistanın qonşularla olan münasibətini də zədələyir. Onlar Ermənistanın öz qonşuları ilə münasibət yaratmasını ya istəmirlər, ya da bunu gözardı ediblər. Müxalifətin bu cür çıxışları ümumilikdə dövlətin mənafeyinə ziyan vurur. Revanşist qüvvələrin Ermənistanda baş tutan müxtəlif beynəlxalq tədbirlər zamanı təxribatlara cəhd etdiyinin dəfələrlə şahidi olmuşuq. Elə mayın 22-də İrəvandakı Avropa çempionatında da Olimpiya Xartiyasına zidd olaraq idmanın ruhuna və missiyasına uyğun olmayan hallar müşahidə olunub. Açılış mərasimində ev sahibi olan ölkə Ermənistan tərəfindən təxribatçı hərəkətlərə yol verilib, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının “simvolu” kimi qeyri-qanuni qurumun qondarma “bayrağı” nümayiş etdirilib. Əslində, insanları və ölkələri bir araya gətirmək, idman vasitəsilə dostluq formalaşdırmağa xidmət edən tədbirin “Ermənistan nümunəsi” hamıya məlumdur. Bununla yanaşı Avropa Boks Federasiyası bayrağı altında keçirilən tədbirdə təxribat məqsədilə nümayiş etdirilən “simvol” əslində Ermənistanın işğalçılıq siyasətini göstərir və bu addım qəti şəkildə cəzalandırılmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37

